Beynəlxalq sektor: Qətərin müxtəlif məntəqələrində mübarək ramazan ayı boyu “100 Quran xətmi” layihəsi icra ediləcək.
İQNA İran Quran İnformasiya agentliyi Qətərin əl-Şərq qəzetinə istinadən bildirir ki, Qətərin Vəqf və İslami işlər nazirliyinin təbliğat idarəsinin Quran hifzi üzrə bölmə rəisi Nasir ibn Yusif əl-Səliti bu layihənin 1000 məsciddə həyata kçiriləcəyini açıqlayıb. Layihə əsasında ramazan ayının sonunadək bir Quran xətmi nəzərdə tutulur. Bu layihədə “Əl-Fatihə surəsinin islahı” adı altında başqa bir proqram da icra ediləcək. Məqsəd namazqılanları əl-Fatihə surəsinin düzgün oxunuşu və mənası ilə tanış etməkdir.
source : www.iqna.ir