Azəri
Tuesday 8th of October 2024
0
نفر 0

Ibni Həzm «Əl-mühəlla» kitabında yazır: «Peyğəmbəri Ək‌rəm‌dən sonra əvvəlki səhabələrdən bir qrupu onun halal olma‌sına e`tiqadda qalmışdı.

7-ÖMƏRDƏN SONRA MÜT`ƏNIN HALAL OLMASINA ISRAR EDƏNLƏR

Ibni Həzm «Əl-mühəlla» kitabında yazır: «Peyğəmbəri Ək‌rəm‌dən sonra əvvəlki səhabələrdən bir qrupu onun halal olma‌sına e`tiqadda qalmışdı. O cümlədən, Əbu Bəkrin qızı Əsma, Cabir ibni Əbdüllah, Ibni Məs`ud, Ibni Abbas, Müa‌viyə ibni Əbu Süfyan, Əmr ibni Həris, Əbu Səid Xidri, Üməy‌yə ibni Xələfin iki oğlu Sülmə və Mə`bəd və Cabir ibni Əbdüllah onun Peyğəmbərin dövründə halal olmasını, Əbu Bəkrin və Ömərin xilafətinin axırlarına qədər halal‌lığında qalmasını bütün səhabələrdən rəvayət etmişlər.

O deyir: «Ömər ibni Xəttab yalnız o halda qadağan və rədd olunmuş sayırdı     ki, iki adil şəxs ona şahidlik et‌mə‌sin və iki nəfər adilin şəhadəti ilə onu rəva bilir‌di. Tabeinlərdən Tavus, Əta, Səid ibni Cübeyr və sair Mək‌kə fəqihləri onun halal olmasına israr edirdilər.»[1]

Qurtubi öz təfsirində belə qeyd edir: Müvəqqəti evlən‌mə‌ni yalnız Imran ibni Həsin, bə`zi səhabələr və Əhli-beytdən bir qrupu caiz bilirlər. O deyir: Əbu Ömər demişdir: «Ib‌ni Abbasın səhabələri, məkkəlilər və yəmənlilərin hamısı müvəq‌qəti izdivacı Ibni Abbasın məzhəbinə əsasən, halal hesab etmişlər.»[2]

Ibni Qüdamə «Muğni» kitabında deyir: «Ibni Abbasdan rəvayət olunur ki, o, müt`əni caiz hesab etmişdir. Səha‌bə‌lərin çoxu, o cümlədən Əta və Tavus bu əqidə‌də‌dir‌lər. Ibni Cərir bu əsasda fətva vermiş və onun halal ol‌ma‌sını Əbu Səid Xidri və Cabirin dilindən rəvayət et‌miş, şiələr də ona doğru getmişlər. Çünki Peyğəmbəri Ək‌rəm ¡-in ona icazə verməsi danılmaz bir məsələ idi.»[3]

8-ÖMƏRIN ARDICILLARI MÜVƏQQƏTI IZDIVACI QADAĞAN EDIR

Müvəqqəti izdivacın haram olmasının tərəfdarlarından biri də Əbdüllah ibni Zübeyrdir. Ibni Əbi Şeybə «Müsən‌nəf» kitabında Ibni Əbi Ze`bdən belə rəvayət etmişdir: Ibni Zübeyr xütbə oxuyub deyirdi: "Əla və innəl-müt`ətə hiyəz-zi‌na, yə`ni "agah olun ki, müt`ə elə həmin zinadır!"[4]

Digəri isə Ibni Səfvandır ki, onun hədisi qeyd oluna‌caq‌dır. Üçüncüsü Əbdüllah ibni Ömər özünün iki nəzəriy‌yə‌sin‌dən birində haram etmişdir. (Bunun da şərhi gələcəkdir.) Həm‌çinin, bu məsələdə Ömərin ardıcılları ilə müxalifləri ara‌sında çoxlu çəkişmələr və münaqişələr olmuşdur ki, onu aşa‌ğıda qeyd edirik:

9-ÖMƏRIN MÜXALIFLƏRI ILƏ TƏRƏFDARLARI ARASINDA IXTILAF

Müvəqqəti evlənmənin halal olması barəsində Ibni Ab‌bas‌la müxaliflərdən olan Ibni Zübeyr kimiləri arasında aşa‌ğıdakı şəkildə bəhslər və mübahisələr baş vermişdir:

Müslüm «Səhih» kitabında və Beyhəqi «Sünən» kitabında Ür‌‌vət ibni Zübeyrdən belə rəvayət edirlər: Əbdüllah ibni Zü‌beyr Məkkədə ayağa qalxıb dedi: «Allah, qəlblərini də göz‌lə‌ri kimi kor etdiyi insanlar müvəqqəti izdivacın halal ol‌ma‌sı‌na dair fətva verirlər!» Bu sözlə Əbdüllah Ibni Abba‌sı nə‌‌zər‌də tuturdu ki, o zaman gözlərini əldən vermişdi. Ibni Ab‌bas cavabında dedi: «Sən əclaf və yelbeyin bir varlıqsan! Ca‌nıma and olun ki, müt`ə Imamul-müttəqinin (məqsədi Pey‌ğəm‌bər idi) dövründə halal idi. Ibni Zübeyr dedi: «Sən özün sınaqdan çıxart; Allaha and olsun, əgər belə etsən – müt`ə əncam versən – səni öz daşlarırla daş-qalaq edəcəyəm!»

Ibni Şəhab yazır: Xalid ibni Mühacir ibni Seyf mənə xə‌bər verərək dedi: Mən bir kişinin yanında oturmuşdum, baş‌qa bir kişi onun yanına gəlib müt`ənin hökmünü souşdu. O, müt`ənin yerinə yetirilməsinə dair fətva verdi. Əbu Əmrə Ən‌sa‌ri ona dedi: «Yavaş!» O dedi: «Nə üçün? Allaha and ol‌sun ki, biz Imamul-muttəqinin dövründə onu yerinə yetirir‌dik.»[5]

Səid ibni Cübeyr rəvayət edərək deyir: Əbdüllah ibni Zü‌beyr bir xütbə oxudu və Ibni Abbasın müt`ənin halal olması barəsindəki fətvasına e`tiraz edirdi. Ibni Abbas dedi: «Əgər düz deyirsənsə, anandan soruş!» Əbdüllah öz anasından soruş‌duqda, belə bir cavab eşitdi: «Ibni Abbas düz deyir: bəli, belədir.» Ibni Abbas deyir: «Əgər istəsən, müvəqqəti izdivac yolu ilə dünyaya gələn Qüreyş kişilərinin adını sayaram.[6]

Aydındır ki, bu söhbətlər Əbdüllah ibni Zübeyrin Mək‌kəyə hakim olduğu vaxtda baş verməlidir. O zamanda cümə və cama‌at namazları Beytüllahil-həramda qılınırdı. Düzgün nə‌zər budur ki, bu söhbətlər cümə namazı xütbələri vaxtında və müsəlmanlardan çoxunun iştirakı ilə olan məclisdə baş ver‌mişdi. Çünki bizim nəzərimizə görə, Ibni Abbas, Ibni Zü‌bey‌rin çıxışlarında iştirak etməyi səhih bilmirdi, yal‌nız cümə namazında iştirak edirdi ki, onda iştirak etməyə də məcbur idilər.

Buradan aydın olur ki, Ibni Zübeyrin və hakim hey`ətin, yə`‌‌ni xilafət aparatının Peyğəmbərin müt`əni qadağan etməsi ba‌‌‌rə‌‌sində söz, əməl və təqriri barəsində heç bir sənədləri yox idi. Çünki əgər malik olsaydılar, Ibni Abbasın müqa‌bi‌lin‌‌‌də və onun dediyi: «Müt`ə Peyğəmbərin dövründə yerinə ye‌ti‌‌‌ri‌‌lirdi» - kimi möhkəm fətvası qarşısında ona istinad edər‌‌dilər.

Bəli, həcc müt`əsini və qadınlar müt`əsini bu günkü günə qə‌dər haram edən, onu günün məntiqinə uyğunlaşdıran və xi‌la‌fətin hakim hey`ətinin əksinə olaraq onun halal olmasına inananlar isə, Peyğəmbəri Əkrəm ¡-in sünnəsinə isti‌nad etmiş, onların qarşısına çıxmış və Peyğəmbərin sün‌nə‌sindən dəlil gətirmişdilər.

«Səhihi Müslüm», «Müsnədi Əhməd», «Müsnədi Təyalisi», «Sünə‌ni Beyhəqi» və sair kitablarda Əbu Nəzrədən belə rəva‌yət olunur: Cabir ibni Əbdüllahın yanında idim, bir şəxs gəlib dedi: «Ibni Abbas və Ibni Zübeyr həcc və qadınlar müt`ə‌si barəsində ixtilaf etmişlər.» Cabir dedi: «Biz onu Peyğəmbərin dövründə yerinə yetirirdik. Sonra Ömər bizi bu işdən çəkindirdi, biz də yerinə yetirmədik.»[7]

Digər bir rəvayətdə isə belə dediyi nəql olunur: Cabirə dedim: «Ibni Zübeyr müvəqqəti evlənməni qadağan edir, Ibni Abbas isə onun halal olmasına göstəriş verir. Cabir dedi: Hə‌dis mənim ixtiyarımdadır, biz Peyğəmbərin dövründə mü‌vəq‌qəti izdivac edirdik. Ömər ibni Xəttabın vaxtı gəlib çatan‌da bir xütbə oxuyaraq dedi: «Allah-taala Öz Peyğəmbəri üçün istədiyi hər bir şeyi halal etmişdir. Qur`an da öz ye‌rin‌də nazil olmuşdur. Indi öz həccinizi ümrənizdən ayı‌rın və bu qadınlarla müt`ə etməkdən çəkinin! Əgər müvəqqəti izdi‌vac etmiş olan bir kişini mənim yanıma gətirsələr, onu daş-qalaq edəcəyəm.»[8]

Bu rəvayət Beyhəqinin «Sünən» kitabında belə qeyd olunur: «Biz Peyğəmbərin dövründə və Əbu Bəkrin xilafətində müt`ə edirdik. Ömər ibni Xəttab xilafətə çatan zaman dedi: Alla‌hın Rəsulu elə Allahın Rəsulu, Qur`an da elə həmin Qur`an‌dır. Bu ikisi (ki, deyirik) iki müt`ədir ki, Peyğəmbərin döv‌rün‌də bərqərar idi və mən (indi) onları qadağan edirəm, hər kəs yerinə yetirsə, cəzalandıracağam: Onlardan biri müvəqqəti izdi‌vacdır, əgər müvəqqəti əqd ilə bir iş görmüş olan bir kiş‌ini mənim yanıma gətirsələr, onu daş-qalaq edəcəyəm və daş‌lar altında dəfn olunacaqdır! Digəri də həcc müt`əsidir. Öz həccinizi ümrənizdən ayırın; çünki bu iş sizin həcc və ümrə‌nizi daha kamil edər.»[9]



[1] «Əl-mühəlla», Ibni Həzm, 9-cu cild, səh.519-520, məsələ: 1854; Nüvəvi «Səhihi Mü‌slüm»ün şərhində Ibni Məs`udun rə`yini nəql etmişdir, 11-ci cild, səh.186.

[2] «Təfsiri Qurtubi», 5-ci cild, səh.133.

[3] «Əl-muğni», Ibni Qüdamə, 7-ci cild, səh.571.

[4] «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.293; «fi nikahil-müt`ə və hurmə‌ti‌hi.»

[5] «Səhihi Müslüm», səh.1026, hədis:277; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.205. Əbu Əmrə Ənsarinin apardığı mübahisələri Əbdür-Rəzzaq öz «Müsən‌nəf» kitabında 7-ci cild, səh.502-ci qeyd etmişdir.

[6] «Məanil-asarın şərhi», Təhavi; «nikahul-müt`ə» babı.

[7] «Səhihi Müslüm», səh.1023, hədis:1405; «nikahul-müt`ə» babı; «Müsnədi Əhməd», 1-ci cild, səh.52, azacıq fərqlə və 2-ci cild, səh.325, 363, xülasə şəkildə; «Sünəni Beyhə‌qi», 7-ci cild, səh.206; «Məanil-əxbarın şərhi», səh.401; «Kənzül-ümmal», 8-ci cild, səh.293-294.

[8] «Səhihi Müslüm», səh.885, hədis:145; «müt`ətun bil-həcc» babı; «Müsnədi Təya‌li‌si», səh.247, hədis:1792; «Əhkamul-Qur`an», Cəssas, 2-ci cild, səh.178; «Təfsiri Süyuti», 1-ci cild, səh.216; «Kənzül-ümmal», 8-ci cild, səh.294; «Təfsiri Kəbir», 3-cü cild, səh.26.

[9] «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriya Ordusu Hələbin növbəti maqistiral yolunu azad etdi
Hacətlərimiz üçün ən gözəl vasitələr
"Boko Haram" 15 nəfəri qətlə yetirdi
Ramazan Fanusu”, Misirdə Fatimilər Dövlətindən qalma gözəl sünnət
Ərəbistanda Şiələrin yaşadığı Qətif şəhərində iki terror aktı həyata ...
Sələfi terrorçuları Al Anbar şəhərini ikinci dəfə kimyəvi bomba ilə vurdular
Ərəbistan Yəmənə qarşı təcavüzlərində xarici pilotlardan istifadə edir
Ayətullah Xamenei ABŞ rəsmilərinin “İranla müharibə” mesajlarına münasibət ...
İmam Xameneinin Baş Ofisinin İstehlal şöbəsindən bayram açıqlaması
“Nardaran işi – 2”: “Bizə bu zülmləri eləyənləri Allaha tapşırmışam”

 
user comment