Azəri
Friday 19th of July 2024
0
نفر 0

NƏHCÜL- BƏLAĞƏ İLƏ ÜZBƏÜZ

NƏHCÜL- BƏLAĞƏ İLƏ ÜZBƏÜZ

Şiə aləmində və şiəlik tərz-təfəkküründə insanların düzgün fikirləşməsində meyar və haqqın batildən ayrılmasının yeganə yolu Quran, “Nəhcül-bəlağə” və məsumların (əleyhimussalam) başqa əsərlərindədir.

 Bu baxımdan alimlər təfəkkür meydanında, İslam maarifi haqqında olan əsərləri, danışıqları təsdiq etmək üçün Quran, Nəhcül-bəlağə və məsumların (ələyhimussalam) qısa kəlmələrinə istinad etməlidirlər. Yalnız belə olduqda onların nəzəri səhih olar. Amma bu yollarla nəzər verilməzsə, fikirlərin hamısı əsassız və batil olacaqdır. Ona görə də Məsum İmamlar (ələyhimussalam) onlardan nəql olunan rəvayətlərin düzgün və ya saxta olmasını aydınlaşdırmaq üçün buyurmuşlar:  “Bizdən nəql olunan hədisləri Quranla tutuşdurun. Əgər Quran ilə uyğun gəlsə düzgündür. Əgər Quranla uyğun gəlməsə saxta və ya təhrif edilmişdir. ”

 Bu tutuşdurma və müqayisə, Quran və Nəhcül-bəlağədən istifadə etmək qaydası iki yolla ola bilər: Birincisi, insan təmiz zehn və əvvəlcədən hökm vermədən bu müqəddəs kəlmələrlə qarşılaşır. İkincisi, insan əvvəlcədən hökm verib örnək götürməklə və müəyyən bir etiqadla Quranın, Nəhcül-bəlağənin və məsum İmamların (ələyhimussalam) sözlərini araşdırsın. Aydındır ki, ikinci surətdə Quran və Nəhcül-bəlağədən qavranan mətləb Quranın və Nəhcül-bəlağənin nəzəri olmayacaq. Əksinə, öz əqidə və ideyamızı Qurana qəbul etdirib, Qurandan və Nəhcül-bəlağədən öz əqidəmizi təsbit etmək istiqamətində istifadə edəcəyik. Quran və Nəhcül-bəlağəyə bu cür müraciət etməklə onun həqiqi mənasını əldə edə bilmərik, üstəlik bu nəinki insana heç bir şey öyrətmir, həm də insanın yolundan azmasına səbəb olur. Məgər bizim əqidəmiz bu deyildirmi ki, Quran “vəhy”lə nazil olan İlahi kəlamdır. Nəhcül-bəlağə də məsum İmamlarımızın (əleyhimussalam) kəlamıdır və vəhydən qaynaqlanır. Elə isə biz özümüzü vəhy kəlamının və kəlmələrinin yolunda qərar verməliyik, nəinki onlardan özümüzün şəxsi əqidəmizi sübut etmək, özümüzdən quraşdırdığımız bəzi əqidələrimizi və fikrimizi təsdiq etmək üçün istifadə edək. Fikrimizi isbat etmək bu müqəddəs kəlmələrin bəzilərinə istinad edib başqalarını kənara qoymaq heç də düzgün deyildir.

 Bununla da aydın olur ki, Quran ayələri və məsum İmamların (ələyhimussalam) kəlamlarından istifadə etməyin qaydası budur ki, insan onların qarşısında özünü müstəqil nəzər sahibi hesab etməsin, cavabını axtardığı məsələ haqqında nə bilirsə, hamısını kənara qoysun, təmiz zehnlə, şəxsi fikrindən istifadə etmədən bu nurlu kəlmələrin sorağına getsin.

Qurani-Kərimdən lazımi qaydada, düzgün istifadə edilməməsi və nəticədə bəzilərinin düzgün yolundan azmasını İslam inqilabı dövründə müşahidə etmişik. Hamıya aydındır ki, İslama zidd olan dəstələr məhz həmin yoldan istifadə edirdilər. Yəni, insan onların hər bir məsələ haqqında Quran ayələrini dəlil gətirdiklərini düşünür, amma Quran ayəsindən hansı məna, hansı təfsir və hansı əqidə ilə istifadə etdiklərini araşdırmaq lazımdır. Həqiqətdə onlar Quranın nə demək istədiyini bilmək istəmirdilər, əksinə, əvvəldən hər hansı məsələyə etiqad bağlayıb, sonradan Quranı açırdılar ki, bir ayə tapıb əqidələrini ona istinad versinlər. Nəticədə Qurani-Kərimdən çox qəribə mənalar əldə edirdilər. Allahın kəlamından elə məna və məfhumlar çıxarırdılar ki, saxta olması ilə yanaşı gülünc vəziyyət yaradırdı. Qurandan əsl həqiqəti dərk etmək əvəzinə, Allah-taalaya yalan nisbəti verib özlərini bu ayələrin nümunələri qərar verirdilər:[1]

وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَاراً

 “O (Quran) zalimlərin ancaq ziyanını artırır!” Yəni, onlar Qurana bu cür müraciət etməklə yalnız bir şey əldə edirdilər, o da budur ki, özlərinin fəsad, xəsarət və zəlalətdə olmaqlarını artırırdılar. Öz yanlış əqidələrini daha da dərinləşdirirdilər.

 Məsələnin aydınlaşması üçün bu cür yanlış istifadələrdən bir nümunəni qeyd edirik. Diqqət olunsa, bu cür işlərin insanın düzgün yoldan azmasına nə qədər səbəb olmasını anlamaq olar. Allah-taala Bəqərə surəsində müttəqiləri tanıtdıraraq buyurur:[2]

الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ

“Müttəqi şəxslər onlardır ki, qeybə inanırlar”

 Başqa ayələrdən istifadə etməklə ayə haqqında onu demək olar ki, ondakı “qeyb” kəlməsindən məqsəd “Allah”-dır. Yolundan azmış bəzi dəstələr özlərinin səhv və yanlış əqidələrində ayəni bu cür təfsir edərək deyirdilər: “Ayədə “qeyb”, yəni, yeraltı və gizlin mübarizə mənasını verir. Deməli, Quran sizi gizli mübarizəyə dəvət edir. ” Bundan əlavə, məgər onların mübarizəsi İslam və Qurandan başqa şey ola bilər?! Bütün bu təhlükəli fikirlərin mənşəyi və dəlili nədir? Ən mühüm dəlili budur ki, bu cür şəxslər özlərini Quranın göstərdiyi yolda qərar vermək istəmirlər. Quranın nə dediyini fikirləşmirlər. Əksinə, Quranı öz hədəfləri yolunda bir vasitə qərar verib çalışırdılar ki, öz fikir və əqidələrini Qurana qəbul etdirsinlər. Yəni, əvvəlcədən bir iş barəsində fikirləşib etiqadlı olduqdan sonra Quranı vərəqləməyə başlayırdılar ki, görəsən bir ayə tapa bilərikmi ki, zahirdə bizim əqidəmizə oxşasın?! Sonra belə bir nəticə alırdılar ki, Quran bizim əqidəmizi təsdiq edib.

 Beləliklə, aydın olur ki, Qurani-Kərimə bu cür yanaşmaq və Allah kəlamından bu yolla istifadə etmək fəsad və azğınlıqdan başqa bir nəticə vermir. Məsumların (ələyhimussalam) kəlamlarından istifadə etmək də eynilə o cürdür. Xüsusən, bizim əsl bəhsimiz olan Nəhcül-bəlağəni o vaxt araşdırmalıyıq ki, zehnimizi əvvəlcədən müxtəlif fikirlərlə doldurmayaq. Bilmək istədiyimiz mövzu haqqında əvvəlcədən müəyyən məlumatlar yığıb məsələ haqqında qabaqcadan nəzər verməyimiz, əvvəlcə bir şeyə yəqinlik tapıb sonradan Nəhcül-bəlağəyə müraciət etməyimiz və bir cümlə tapıb öz əqidəmizi həmin cümlə ilə isbat etməyimiz düzgün deyil. Əksinə, Nəhcül-bəlağənin sorağına gedərkən zehnlər təmiz olmalıdır. Qəsdimiz yalnız bu olmalıdır ki, İmam Əli (əleyhissalam)-dan bu mövzu haqqında nə söylədiyini dərk edək. Əgər bu yolla, yəni zehni hər cür fikirdən pak halda “Nəhcül-bəlağə”nin sorağına getsək, ondan layiqli şəkildə faydalana bilərik. Əks halda isə fəsaddan, xəsarətdən başqa heç bir şey əldə olunmayacaq.

هَذَا مَا أَمَرَ بِهِ عَبْدُ اللَّهِ عَلِيٌّ أَمِيرُ الْمُؤْمِنِينَ مَالِكَ بْنَ الْحَارِثِ الْأَشْتَرَ

“Bağışlayan və mehriban Allahın adı ilə! Bu bir fərmandır ki, Allahın bəndəsi Əmirəlmöminin Əli, Haris oğlu Malik Əştəri Misrə vali təyin etdiyi zaman ona göstəriş verir. ”

Qeyd etdiyimiz kimi, məsumların (ələyhimussalam) kəlamları adi insanlar arasında geniş yayılmış və hər cür çaşqınlıq və səhvdən uzaqdır. Onların hər birinin özünəməxsus məna və aydın məfhumu vardır. Sözlərində artıq kəlmələr və mənasız cümlələr müşahidə edilməz. Deməli, belə nəzərə gəlir ki, Həzrəti Əli (əleyhissalam) özünün, “ma əmərə bihi” “Bu bir fərmandır ki, Allahın bəndəsi Əmirəl-möminin Əli... göstəriş verir” cümləsi ilə İslam mədəniyyətində iki mühüm və əsas mətləbi göstərir:

Birincisi: Qəflətdən uzaq olmaq

Əksəriyyəti fəsad, zülm, sitəm, istismar, adam öldürmək və sair kimi rəzil xislətlərə düçar olan qüdrət sahiblərinin ən böyük bəlalarından biri də özlərinin kimliyindən və necə olmalarından qafil olmalarıdır. Əgər hər hansı bir hakim və qüdrət sahibi malik olduğu məqam və mənsəblə yanaşı bilsə ki, onun bütün güc və qüvvəsi, ruhu, nəfəsi və istedadı başqa yerdən ona mərhəmət olunur, mərhəmət sahibi istədiyi vaxt onu kəsə və bu güc-qüvvəsini ondan birdəlik geri ala bilər, bu halda heç kəsə zülmü və sitəmi rəva bilməz, müharibə, tüğyan və təkəbbürlük fikrində də olmaz. Amma, əgər qeyd olunanlara, Xaliqin sonsuz əzəmətinə və özünün müqayisəolunmaz dərəcədə heçliyinə diqqət etməsə, özünün təkəbbür və tüğyanı hər an artacaqdır. Həzrət Əli (əleyhissalam) da zahiri bir məqamda əyləşmişdi. (Bəlkə də) özünə və nəfsinə buyurdu:

“Agah ol! Hər nəyin varsa Xaliqdəndir və hər şey Ona tərəf dönəcək!”

Ona görə də namaz halında oturub duranda “Allahın qüdrəti ilə oturub dururam”-cümləsini demək müstəhəbdir. Yəni, insan bilməlidir ki, namazın bütün mərhələlərində oturub-durmaq, yalnız Allahın lütf və mərhəməti ilə müyəssər olur, onun qüdrət və gücü müstəqil olmayıb və heç vaxt da olmayacaq. Deməli, əgər dünyanın qüdrətliləri yalnız bu məsələyə diqqət yetirsələr, Allahın qüdrətini hər anda gözləri önünə gətirsələr və bütün qüdrət və güclərinin Allah tərəfindən olduğunu bilsələr, görəsən, yenə zülm və sitəm dünyanı tutarmı?

İkinci:Allaha bəndəlik etməklə rəhbərlik

 Həzrət Əli (əleyhissalam)-ın nəzərində (əsl İslam mədəniyyəti də məhz budur) qüdrət, məqam, rəhbərlik, mənəvi nüfuz və nəhayət, böyüklük (özünün həqiqi mənasında, qarətçilik və zorakılıq mənasında yox) yalnız Allaha bəndəçilik sayəsində gerçəkləşə bilər. Əli (əleyhissalam) bu hədəfini bəyan etmək üçün rəhbərlik və Allaha bəndəlik məqamını bildirən: “fərman” kəlməsindən sonra “Allahın bəndəsi” mövzusunu bəyan edir və buyurur: “Bu bir fərmandır ki, Allahın bəndəsi Əli... ” Həmin mənanı Qurani-Kərimdə oxuyuruq: “Pakdır o kəs ki, gecə vaxtı öz bəndəsini Məscidül-Həramdan Məsscidül-Əqsaya apardı.”[3] Allah-taala bu ayədə “Mən Rəsulullahı meraca apardım” – deyə buyurmur. Əksinə buyurur: “Pakdır o kəs ki, Öz bəndəsini ... apardı”. Yəni, bəndəçiliklə merac arasında birbaşa rabitə vardır. Məhz xalis bəndəlik sayəsində Allah insanı həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-i meraca aparır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) həmin məna barəsində buyurur:

“Hər pak mminin meracı namazdır”.

Bu rəvayət namazla meracın arasında bəndəlik rabitəsini göstərir. Gündəlik namazların təşəhhüdündə belə oxuyuruq:

“Şəhadət verirəm ki, həqiqətən Məhəmməd Allahın bəndəsi və elçisidir. ”

Bəndəliyin risalətdən öncə gəlməsi onu göstərir ki, o həzrətin xalis bəndəliyi onun risalətə seçilməsi üçün dəlil və səbəb olmuşdur.


 

 

 


[1] İsra surәsi, 82-ci ayә.

[2] Bәqәrә surәsi, 2-ci ayә.

[3] İsra surәsi, 1-ci ayә

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment