Beynəlxalq sektor: Misir paytaxtı Qahirədə yerləşən İslam muzeyi 7 il əsaslı təmirdən sonra növbəti həftələrdə ziyarətçilərin istifadəsinə veriləcək.
İQNA İran Quran İnformasiya Agentliyi Lexpress mənbəsinə istinadən xəbər verir ki, muzey 2003-cü ildə restavrasiya məqsədi ilə bağlanıb. Muzeyin ramazan ayının sonunadək açılışı gözlənilir. Muzey 20-ci əsrin əvvəllərində italyan memarı Alfonso Manskalunun layihəsi əsasında tikilmişdir. Muzeydə 3 mindən artıq dəyərli əsər saxlanılır. Muzeyin rəisi Məhəmməd Abbas Səlim bildirib ki, muzey binası torpaq sürüşməsi nəticəsində ciddi xəsarət aldığından təmir işləri 7 il uzanmışdır.
source : www.iqna.ir