Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən, Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç

131. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən, Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində) təriflənəndir.
132. Həm göylərdə və həm də yerdə nə varsa (onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq üçün Allah bəs edər.
133. Ey insanlar! Əgər istəsə sizin hamınızı aradan aparar və başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir.
134. Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir.
135. Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədalətə əsaslananlardan və Allaha görə şahidlik edənlərdən olun. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən, Allah etdiklərinizdən həmişə xəbərdardır.
136. Ey Allaha iman gətirənlər, Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.
137. Həqiqətən, Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)
138. Münafiqləri (Bərzəx aləmində və Qiyamətdə) onlar üçün ağrılı bir əzab olacağı ilə müjdələ.
139. Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən, bütün izzətlər Allaha məxsusdur.
140. Həqiqətən, Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.
141. (Həmin) o kəslər(i) ki, həmişə sizə bir hadisə (üz verməsini) gözləyirlər. Beləliklə, əgər Allah tərəfindən sizə bir qələbə yetişsə, «məgər biz sizinlə birgə deyildik? (Odur ki, qənimətlərdən bizim də payımızı verin)» deyərlər. Əgər (qələbədən) kafirlərə bir pay düşsə, (kafirlərə) deyərlər: «Məgər biz (söhbətdə) sizə qalib gəlmirdik (ki, qələbə çalmaq üçün öz əqidələrinizdən möhkəm yapışın)?; məgər döyüşlərdə sizə qalib gəlmirdik və sizdən əl götürərək, sizi möminlərdən (onların zərər-ziyanlarından)qorumurduq? (Buna görə bizi də qənimətə şərik edin)». Allah Qiyamət günü sizin aranızda hökm edəcəkdir. Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır.
142. Həqiqətən, münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar.
143. Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda tərk etdiyi kəs üçün əsla bir yol tapa bilməzsən.
144. Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?
145. Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan.
146. Tövbə edib (öz vücudlarının cövhərindən və əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabına) möhkəm yapışanlar və dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir.
147. Əgər şükr etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyiri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
148. Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir.
149. Əgər yaxşı işi aşkar etsəniz, ya gizlətsəniz, yaxud pislikdən (başqalarının pisliklərindən) keçsəniz (bunların hamısında ilahi xislətlərə yiyələnmisiniz və) həqiqətən, Allah həmişə (günahlardan) keçən və qüdrətlidir.
150. Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər –
151. onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
152. Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.
153. Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstər!» dedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik və Musaya aydın dəlil-sübut (və aşkar qüdrət) verdik.
154. Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul və ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq və onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq.
155. Beləliklə, (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.156. Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq;
157. və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən, onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən, öldürməyiblər,
158. əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.
159. Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyiri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.
160. Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.
161. Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq.
162. Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə – onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.
163. Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən).
164. Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
165. (Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir.
166. (Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir.
167. Həqiqətən, kafir olub (başqalarını) Allahın yolundan saxlamış kəslər, şübhəsiz, uzun-uzadı bir azğınlığa düşüblər.
168. Həqiqətən, Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir.
169. Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır.
170. Ey insanlar, həqiqətən, Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən, göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.
171. Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən, Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.
172. Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.
173. Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.
174. Ey insanlar, həqiqətən, Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Quran) nazil etdik.
175. Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
176. Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras olanlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ

 
user comment