Azəri
Sunday 21st of July 2024
0
نفر 0

İranda keçiriləcək həzrət Əli Əsğər (ə) beynəlxalq anma konfransında 11 ölkədən nümayəndələr iştirak edəcək

Beynəlxalq şöbə: İranın Məşhəd şəhərində oktyabr ayının 19-20-də keçiriləcək Həzrət Əli Əsğər (ə)-ın şəxsiyyəti haqda dördüncü beynəlxalq konfransda 11 ölkədən alimlər, incəsənət xadimləri və məddahlar iştirak edəcək.

İQNA Quran Xəbər Agentliyi: Əli Əsğər (ə) beynəlxalq anma asambeleyası, Astan-e Qods-e Rəzəvinin əməkdaşlığı ilə təşkil olunur. Konfras səkkizinci imam həzrət Əli ibn Musa Rza (ə) mövlud günü münasibəti ilə keçiriləcək. Konfransda Səudiyyə Ərəbistan, Kuveyt, İraq, Livan, Qətər, Tunis, Bəhreyn, Amerika, Kanada, Pakistan və Hindistandan nümayəndələr iştirak edəcək.

Həzrət Əli Əsğər (ə) beynəlxalq anma asambeleyası bəyanat yayaraq bildirib ki, konfras 19 oktyabr saat 8-də Məşhəd şəhərində İmam Rza (ə)-ın məqbərəsinin Tusi səhnində yerləşən mərkəzi kitabxanada öz işinə başlayacaq və iki gün keçiriləcək.

Konfransın keçirilməsindən məqsəd Həzrət Əli Əsğər (ə) -a mütəvəssil olmaqla inqilabçı ruhlandırma yaratmaq və İmam Hüseyn (ə) əzadarlıq adət-ənənəsini yaşatmaq və İmam Hüseyn (ə) südəmər körpəsinin məzlumluğu haqda danışmaqdır.

Həzrət Əli Əsğər (ə) beynəlxalq anma asambeleyası qeyri hökumət təşkilatdır və hər il İranda və digər ölkələrdə həzrət Əli Əsğər (ə) anma mərasimlərini təşkil edir.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...

 
user comment