Beynəlxalq şöbə: Əfqanıstanda Quran yandırılmasına etiraz edən müsəlmanlar ABŞ hərbçiləri tərəfindən güllələndi.
İQNA Quran Xəbər Agentliyinin “Dəyərlər”ə istinadən verdiyi məlumata görə, Əfqanıstan müsəlmanları ABŞ-ın hərbçilərinin bu ölkədəki işğalçı qərargahı qarşısında “Quran yandırılması” kampaniyasına qarşı etirazlar ediblər. NATO və ABŞ-ın cinayətkar hərbçiləri bu zaman dinc nümayişçilərə atəş açıb. Nəticədə bir dinc əfqanıstanlı qətlə yetirilib, xeyli sayda insan isə yaralanıb, - “İslamNyus” xəbər verir.
Səhər saatlarından etibarən 10 minə qədər insan Fayzabad əyalətində etirazlara başlayıb. Onlar nümayiş keçirərək NATO qərargahına yaxınlaşıblar. Bu zaman qərargahda olan hərbçilər nümayişçilərə atəş açmağa başlayıb.
Qeyd etmək lazımdır ki, analoji etiraz aksiyaları dünyanın bir sıra ölkələrində, habelə Əfqanıstanın digər əyalətlərində də keçirilir. Bu ölkədə NATO işğalçı hərbçiləri gücləndirilmiş hazırlıq vəziyyətinə gətiriliblər.
source : www.iqna.ir