Beynəlxalq şöbə: İslam Peyğəmbərini (s) təhqir edən "Alma" qəzetinin fəaliyyəti dayandırılıb.
İQNA Quran agentliyi "Salamnyus" informasiya agentliyinə istinadən məlumat verir ki, "Alma" qəzetin baş redaktoru İsrail Musayev qəzetin bağlanması xəbərini təsdiqləyib. "Din xadimlərinin səyi nəticəsində, "Alma" qəzetinin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırlıb", -deyə Musayev deyib.
Musayev həmçinin qeyd edib ki, qəzet rəhbərliyinin Peygəmbəri (s) təhqir edən məqaləyə görə cəzalandırılacağı istisna edilmir. Lakin bu cəzanın nədən ibarət olması haqqında dəqiq fikir yürütmək hələ ki, çətindi.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Azərbaycan İslam Partiyası (AİP) “Alma” qəzetində İslam Peyğəmbərinin (s) təhqir olunması ilə bağlı Azərbaycan Mətbuat Şurasına müraciət ediblər.
source : www.iqna.ir