Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Iraq məktəbliləri üçün Quran yarışması keçirilib

Beynəlxalq şöbə: İraq məktəbliləri üçün Qurani Kərim yarışması keçirilib. Yarış noyabrın 19-da Nəcəf şəhərində təşkil olunub.

İQNA Quran agentliyi “Əl-Nəcəf-Əl-Əşrəf” xəbər saytına istinadən məlumat verir ki, Nəcəf Əşrəf şəhərinin “Mehrab şəhidi” müəssisəsinin təşəbbüsü ilə keçirilən yarışlarda orta məktəb şagirdləri iştirak ediblər.

Yarışda “Müslim bin Əqil (ə)” məktəbi, “Şəhid Adil Nasir” məktəbi və digər bir neçə məktəbdən şagirdlər qatılıb və Quran haqda məlumatlar sahəsində suallar məktəblilərdən soruşulub.

Mehrab şəhidi müəssisəsinin maliyyə şöbəsinin rəhbəri Hazim Əl-Həlu yarışların bağlanış mərasimində çıxış edərək məktəblilərin bu növ yarışlarda iştirak etməsini onların Quran sahəsində maarifləndirilməsinə kömək edəcəyini deyib. Sonda yarışlarda fərqlənmiş məktəblilərə hədiyyələr verilib. Quran yarışması ilə yanaşı elmi və mədəni sahədə də yarışlar keçirildi və məktəblilər bu sahələrdə də öz bacarıqlarını nümayiş etdirdilər.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment