Beynəlxalq şöbə: Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) müqəddəs hərəmlərinin əzadarlıq dəstələri və heyətləri üzrə şöbənin rəhbəri Haşim Əl-Musəvi deyib ki, cari ildə Aşura günü 660 –dan çox əzadarlıq heyəti Kərbəlada mərasimlər təşkil edəcək.
İQNA Quran agentliyi “Nun” saytına istinadən məlumat verir ki, Musəvi deyib ki, indiyədək 665 heyət əzadarlıq mərasimləri təşkil etmək üçün ad yazdırıb. Bu əzadarlıq heyətləri İraqın müxtəlif şəhərlərindən, Ərəb və digər islami ölkələrdən ad yazdırıblar. “Onlar Aşura günü Kərbəlada mərasimlər təşkil edəcəklər. İraqın təhlükəsizlik qüvvələri ilə əzadarlıq heyətlərin təhlükəsizliyinin təmini üçün danışıqlar aparılıb”, -deyə Əl-Musəvi deyib.
Məhərrəm ayının gəlməsi və zəvvarların Kərbəlaya gəlməsinin sayının artmasına münasibəti ilə Kərbəlada təhlükəsizlik tədbirləri artırılıb. Şəhərin ətrafında 25 min polis yoxlamalar aparır.
source : www.iqna.ir