
AİLə QURMAQDA MəQSəD
Din ailə əsaslarını möhkəmləndirmək üçün iki mövzunu ilkin şərt bilir. Ailə qurmaqda nəslin davamı, ictimai tarazlıq, nəfs istəklərinin tə’minindən əlavə bir məqsəd ünsiyyət və ülfətdir. Belə ki, ilahi vəhy aynasında həyat yoldaşı bu məqsədə görə müqəddəs tanıtdırılır. «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir» («Rum» 21). Əvəzolunmaz həyat yoldaşı ilə yaxınlıqdan yaranan sakitlik yorğunluğun, iztirabların aradan qalxmasına səbəb olur. Allah-taala öz zikrini və yuxunu sakitlik səbəbi bildiyi kimi ailə və həyat yoldaşını da sıxıntıların əlacı kimi təqdim edir. Ailə yaxınlığı bir çox iztirabların qarşısını alır.
AİLə əSASLARI
Ülfət, yaxınlıq ailənin əsasıdır. Bu əsası qüvvətləndirən hər bir amil din tərəfindən israr olunur. Daha çox iki amilə diqqət yetirilir və bu amillər ailənin əsası hesab olunur. Bunlardan biri məhəbbət, digəri isə güzəştə getməkdir. Hər iki amil ülfət və bağlılığın yaranmasında mühüm rola malikdir. İlikin rol iki həyat yoldaşının məhəbbətinə aiddir. İctimai həyat boyu büdrəmələr çox olduğundan güzəştə getmə də mühüm rola malikdir. Çünki hər büdrəmə, hər nöqsanın ardınca düşmək küdurətə səbəb olur. Amma hər kəs öz səhvinə görə utanıb, qarşı tərəfi bağışlasa və öz səhvini islah etsə, nəticədə pis olmaz. Hər ikisinin sonu ülfət və bağlılıqdır.
Allah-taala bu səbəbdən də iki əsası – ər-arvad bağlılığının bünövrəsi kimi xatırlayır. Ər-arvad bir-birlərinə bağlı olmalı, bir-birinin nöqsanını bağışlamalıdırlar. «Sizin aranızda iki bağ qərar verilmişdir – biri məhəbbət, digəri isə güzəştə getmə».
Həyatının bütün sahələri örnək olan Rəsulullah ailə qurumunda da hamı üçün nümunədir. O, ailədə daim ülfət və məhəbbətin varlığı üçün nöqsanları bağışlayır. Kimsə bu me’yarlara həzrət qədər diqqət yetirməmişdir. Həzrət həyat yoldaşına məhəbbəti namaza məhəbbətdən ayırmır.
«Sizin həyatınızda üç şey mənə sevimlidir: ətir, həyat yoldaşı. Amma sakitlik namazda gözümdür» bu məhəbbət haqqında ən gözəl söz həzrətindir: Kişinin qadın üçün ən gözəl, yaddan çıxmayan sözü «mən səni sevirəm» sözüdür. («Vəsail» 14-ci cild).
Rəsulullah (s) cəmiyyətin ən sıxıntı çəkən fərdlərindən olan qadınlara mərhəmətli idi. Buyurur: «İki dəstəyə zülm etməkdən çəkinin: Yetimlərə və qadınlara». Həzrət həyat yoldaşına yaxşılığı fəzilətin üstün me’yar bilirdi. «Sizin ən yaxşınız ailəsi üçün yaxşı olanınızdır və mən öz ailəm üçün ən yaxşısıyam». Həzrət öz ailəsi ilə xoş rəftar edər, zarafatlaşardı. Onların səhvini bağışlamaqla məhəbbəti artırardı.
O, öz qadınlarını heç bir işə məcbur etməzdi. «Mən və fəzilətsevər ümmətimdən olanlar kimsəyə bir işi zorla icra etdirməkdən uzağıq». O, öz şəxsi işlərini özü görər və ev işlərində yoldaşlarına kömək edərdi. («Bəhar» 16-cı cild).
Həzrət soyuqluq yaradan bütün işlərdən çəkinərdi. Onun ailəsi məhəbbət dolu bir həyat yaşayar, dedi-qodudan uzaq olardı. Hansı ki, onun bir yox, bir neçə həyat yoldaşı vardı.
RəSULULLAH Və UŞAQLAR
Bir fidana nəzər salarkən insanın xəyalında lətafət, zəriflik, təravət, sakitlik canlanır. Bu xüsusiyyətlərin hər biri fidanın vücudunun keyfiyyətlərindən danışır. Onun lətifliyi və zərifliyi mehr və səfanı yada salır. Onun təravəti həyat və ümid carçısıdır. Onun elastik gövdəsi tərbiyədən, tərbiyənin qəbulundan xəbər verir. Uşaq bir fidan kimi zərif, lətif, təravətli və şaddır. Uşaq öz insanlıq fitrətinə yaxın olduğu üçün (yaşı ötdükcə bu məsafə artır) paklıq, səmimiyyət, mehribançılığını saxlayır. Təravətli və şad olduğu üçün ümid və həyatı xatırladır. Hər yana əyilə bilmək baxımından tərbiyəni həyat boyu genişləndirir. Uşaq ilahi bir hədiyyə olaraq, sadə, zehn, fitrətlə yaranmışdır və bütün çirinliklərdən uzaqdır. Yalnız sonrakı xarici tə’sirlər onu ləkələyir. Həmin xüsusiyyətinə görə də bütün tərbiyələri qəbul etmək iste’dadı var. Müəllim cavan bir ağac kimi onu istədiyi səmtə yönəldə bilər.
Buna görə də uşaq üçün tərbiyə proqramı hazırlananda onun fiziki və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın tutumunu, ruhiyyəsini bilmədən onu düzgün tərbiyə etmək mümkün deyil. Uşaqla ünsiyyətdən olarkən onun xarakteri araşdırılmalıdır. Bu araşdırmalardan belə nəticə çıxır ki, uşaqla mehriban, nəvazişlə rəftar etmək onun iste’dadını çiçəkləndirir. Əksinə, sərt rəftar bu iste’dadı puça çıxarır.
Rəsulullah (s) vəhy göstərişi ilə uşaqların xüsusiyyətlərini nəzərə alaraq onlarla rəftar edir. O, uşaqların tutumuna uyğun şəkildə onlarla ünsiyyət saxlayırdı. Onların fitri iste’dadlarını nəzərə alar, onlar əziyyət çəkəndə narahat olardı. Həzrtə böyük səmimiyyətlə uşaqların şəxsiyyətinə hörmət qoyar, onlarnı insni fəzilətlərini çiçəkləndirərdi. Körpələrin hərəkətlə, ağlamaqla bildirdikləri istəklərə diqqət yetirərdi.
UŞAQLARLA EYNİLİK
Rəsulullah (s) malik olduğu şəxsiyyət və kəramətə baxmayaraq, uşaqlarla olanda özünü onlarla eyni tutardı. Onlarla oynayar, yaxınlıq edərdi. Tövsiyə edərdi ki, uşaqla bir yerdə olan şəxs özünü onunla eyni tutmalıdır. «Yanında uşaq olan adam onunla uşaq kimi davranmalıdır» («Vəsail» 5-ci cild). Həzrət (s) nəvələri Həsən və Hüseyni çiyninə mindirər, «nə yaxşı atınız var» deyərdi. («Bəhar» 43-cü cild). Həzrət (s) adam içində də uşaqlarla yaşıd kimi rəftar edərdi. Əshaba buyurardı ki, uşaqlarla yaxın olun və onları qucağınıza götürün. Həzrətin (s) çiyninə mindirdiyi uşaqlar bu işlə fəxr edərdilər. Həzrət (s) Hüseyni küçədə uşaqlarla oynadığı zaman qucağına çağıranda Hüseyn zarafatla qaçar və həzrət (s) onu tutanadək tə’qib edərdi. Həzrət (s) tə’kid edərdi ki, tərbiyəçi özünü uşaqdan üstün tutmamalıdır. Uşaqla eyni uşaq kimi yaxınlıq edib, mehribanlıq göstərməlidir.
UŞAQLARI SEVİNDİRMə
Həzrət (s) çalışardı ki, birlikdə oynamaq və hədiyyə verməklə uşaqları sevindirsin. Bu barədə belə göstəriş verir: «Öz qız övladını sevindirən adam İsmail övladlarından bir qul azad etmiş kimidir. Öz oğlan uşağını sevindirən adam Allah qorxusundan göz yaşı axıtmış kimidir» («Bəhar» 101-ci cild). Uşağın arzu və ehtiyacını yerinə yetirmək onun tərbiyəyə yatımlılığında mühüm rol oynayır.
UŞAĞIN İSTəKLəRİ
Uşaq öz aclığını, susuzluğunu, sevinc və kədərini öz hərəkətləri, ağlaması və ya gülməsi ilə bildirir. Həzrət (s) mehriban olduğu üçün həssas idi və uşaqların istəklərinə diqqət göstərirdi. Oynadığı uşağın ürəyincə hərəkət etməyə çalışırdı. Hətta səcdə halında çiyninə uşaq çıxanda səcdəni uzadardı. Namaz zamanı uşaq fəryad çəksəydi, namazı qısa qılardı. Bunun səbəbi soruşulanda buyurardı: «Uşağın fəryadını eşitmirsinizmi?!» («Fürue-kafi» 6-cı cild).
UŞAĞIN İCİDİLMəSİNDəN ÇəKİNMəSİ
Uşağın ruhunun zərifliyinə görə həzrət heç bir uşağın könlünü qırmazdı. Daim bu məsələyə ciddi yanaşardı. Çünki uşağın qəlbinə dəymək onun vücudunda, bəlkə də, qarşısı alınmaz izlər buraxır. Tə’kid edərdi ki, uşaqlarla yaxın olun. Hətta qucağındakı uşaq onun üstünü murdarlayanda uşağı özündən uzaqlaşdırmazdı. Buyururdu ki, uşağın sidiyindən acıqlı halda qorunmayın. «Uşaq sidiyini qurutmayınca ona mane olmayın» («Bəhar» 16-cı cild). Uşağın incidilməməsi onun dərrakəsini artırır. Uşağın istəyini yerinə yetirəndə o, deyilənləri daha asanlıqla qəbul edir. Sərt rəftar isə uşağın iste’dadını söndürür.
UŞAQ ŞəXSİYYəTİNİN TəRBİYəSİ
Rəsulullah (s) uşağın inkişafı üçün ona şəxsiyyət kimi yanaşırdı. Həzrət belə buyurur ki, övladlarınıza hörmətlə yanaşın, onları təhqir etməyin. («Vəsail» 15-ci cild).
Böyük şəxsiyyətə malik olan həzrət (s) küçədə və bazarda uşaqlara salam verər, onların şəxsiyyətini qaldırardı. («Vəsail» 3-ci cild). Uşağın şəxsiyyətinin uca tutulması tərbiyə üçün faydalıdır.əksinə, şəxsiyyətin təhqiri onu şəxsiyyətsizliyə aparır. Hansı ki, uşağın şəxsiyyətlərinin uca tutulması onun kəramətli və fərzanə bir insan kimi tərbiyələndirir.
RəSULULLAH (S) Və CAVANLAR
Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə yatımlı, həm də yenilikçi və rəngarənclik sevərdilər. Onlar proqramlı, yekcins həyatdan yorulurlar. Cəmiyyətin tə’lim-tərbiyə qurumları o zaman müvəffəqiyyət qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanın dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar. İlahi vəhy isə Qur’an və rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rə’yinə əsaslanan bə’zilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.
Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir. Onun ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır. Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi. Bu ehtiyacların ödənilməsi üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dargözlük, yersiz tələblər yox idi. Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün bunlra ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.
Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.
Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı. Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.
Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar e’tiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, iste’dadları çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda kömək edən cavanlar idi.
CAVANLARA Tə’LİM
əgər din gənclərə bu qədər əhəmiyyət verərək, «azğınlar sizin gənclərinizi yoldan çıxarmamış onların sorağına gedin» deyə buyurursa, bunun səbəbi təkcə e’tiqad, inam məsələsi deyil. Müxtəlif baxımlardan gənclərin təhsil alması tə’kid olunur. Həzrət (s) buyurur: «Övladlarınıza atıcılıq və üzgüçülük öyrədin» («Vəsail» 12-ci cild). Həzrət (s) cəmiyyətin ehtiyaclı olduqları fənnlərin qayğısına qalırdı. Hər dövrün öz ehtiyacları vardır. Dini bir cəmiyyət vaxtlı-vaxtında bu ehtiyaclara nəzərə alaraq, sağlam əyləncələrin, idman və sair sahələrin təşkilinə diqqət yetirilməlidir. İste’dadların çiçəklənməsi üçün lazımı şərait yaradılmalıdır.
CAVANLARA VəZİFə VERMəK
Həzrət (s) cavanlara məs’uliyyət, vəzifə verərdi. Onları heç vaxt kənarlaşdırmaz, hətta böyük vəzifələr tapşırardı. Müxtəlif ictimai məs’uliyyətlərdə gənclər iştirak edərdilər.
Həzrət (s) gənclərə o qədər inanırdı ki, vəzifədə özünün doğruldanların iste’dadından tam faydalanırdı. O, gənclərə vəzifələr tapşırar və heç bir səbəb onu fikrindən daşındırmazdı. Öz inamında ciddilik göstərirdi. Bu inam səbəbindən həzrətin ətrafını cavanlar tutardı və onun tədbirləri cavanlar tədbiri idi. Onun yaxınları cavanlar nəslində təşkil olunardı. Hicaz gəncləri həzrətə o qədər məftun olmuşdular ki, öz ata-analarından, vətənlərindən əl çəkmişdilər. Onlar çətin şəraitdə amalların sədaqətli qalmışdılar. Hətta risalətin ilk çiçəkləri gənclər arasında cücərmişdi. Gənclər o qədər dərin inama sarılmışdılar ki, dini tədbirləri şəhərdə keçirmək mümkün olmayanda şəhər kənarına çıxardılar.
Rəsulullah (s) böyük mədəni, ictimai, hərbi vəzifələri cavanlara həvalə edərdi. Həzrətin Mədinəyə hicrətindən əvvəl gənc Məs’əb ibni əmir mədəni və təbliği risalətin icrası üçün Mədinəyə göndərilir. Həmin bu gənc Bədr və Ühüd döyüşlərinin bayraqdarı olur və Ühüd döyüşündə şəhadətə yetişir.
İyirmi bir yaşlı İtab ibni əsid Məkkənin fəthindən sonra həzrət tərəfindən Məkkə valisi kimi siyasi işlərə məs’ul tə’yin edilir. Hansı ki, səhabələr arasında ondan yaşlıları çox idi. Bə’ziləri cavan olduğu üçün e’tiraz etdikdə həzrət qətiyyətlə cavab verir ki, vəzifəyə tə’yinatda ölçü yaş yox, ləyaqət və fəzilətdir. Hər yaşlı insan ləyaqətli olmur. Başqa sözlə, yaş böyüklük səbəbi deyil. Böyüklük ləyaqət və fəzilətdir. Bu sözlər Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı Məaz ibni Cəbələ də aiddir. («Sireyi hələbi» 3-ci cild).
Eyni hal rumlulara qarşı könüllü döyüşçülərin başçısı Üsamə ibni Zeydin tə’yinatında da müşahidə edilir. Könüllülər arasında yaşlılar nə qədər çox olsa da, həzrət on səkkiz yaşlı gənci sərkərdə tə’yin edir. E’tiraz edənlərə eyni cavab verir. Üsamə öz atası kimi bu məqama layiqdir. Bu həzrətin üsuludur. Gənclərin başçı tə’yin olunmasına görə döyüşdən yayınanlar olurdu. Əbu əyyub ənsari belələrindən idi. qısası, həzrətin ətrafı cavanlar idi. Həzrətin buyurduğu «mənə cavanlarla yardım edildi» sözləri həqiqətdir.
RəSULULLAH (S) Və QADINLAR
Qadınlar haqqında görüşlər və onların müxtəlif sahələrdə iştirakı daim fərqli olmuşdur. Bu fərqlər qadınlar haqqında inam və mədəniyyətlərin fərqindən doğmuşdur. Cəmiyyətin ikidə birini təşkil edən qadınlar haqqında düzgün proqram hazırlamaq heç bir bəşər nəzəriyyəsinə nəsib olmamışdır. Çünki düzgün bir proqramın hazırlanması üçün qadınların ruhiyyələri, meylləri və qüvvələri bilinməlidir. Yalnız ilahi vəhydən doğan peyğəmbər proqramlarında deyilən şərtlər ödənir.
MəDəNİYYəTLəRİN NəTİCəSİ
Mədəniyyətlər fərqli olduğu üçün onların nəticələri də fərqlidir. Qadın şəxsiyyətinin qorunması, onun azadlığı haqqında müxtəlif nöqsanlı düşüncələr səbəbindən nəticələr ya ifrata varır, ya da üzdən keçir. Uyğunsuzluqların çoxu oxuculara aydındır.
AZADLIQ Və QADINLARIN İŞTİRAKI
ən əhəmiyyətlisi budur ki, dini mədəniyyət, xüsusilə də islam mədəniyyəti qadın şəxsiyyətini tam düzgün tanıdığı üçün onun proqramları da həqiqidir. Bu proqram nöqsansız şəkildə onların fərdi və ictimai mövqelərini müəyyənləşdirmək gücünə malikdir. Din qadın şəxsiyyətini düzgün tanımaqla onun üçün proqramlar hazırlayır. Bu proqramlarda qadının həm şəxsiyyəti, həm də dini və ictimai azadlıqları əks olunur. Rəsulullah (s) ilahi vəhydən ilhamlanaraq onların inkişafı üçün meydan açır və onları zillətdən, təhqirlərdən, nökərçilikdən xilas edir. Belə ki, qadınlar kişilərlə çiyin-çiyinə öz hörmətlərini qorumaqla azad şəkildə cəmiyyətdə iştirak edirlər. Elm və biliklərə yiyələnməkdə qadının kişi ilə bərabər olması, müxtəlif sahələrdəki müvəffəqiyyətlər qadın cəmiyyətinin imkanlarını aşkarladı. Rəsulullahın (s) ictimai-siyasi hökumətində vəhyin çiçəklənməsi dövründə qadınlar kişilərlə yanaşı fəzilət müsabiqəsinə çıxdılar. Hətta bə’zi sahələrdə qadınlar irəli çıxdılar və insani, məntiqi hüquqlarını geri qaytardılar.
Həzrətin müasiri olan qadınlar ictimai-siyasi, hətta hərbi sahələrdə iştirak üçün fürsət tapdılar. Müharibələrdə islam qoşununda qadınlar yardımda, hətta döyüşlərdə iştirak edirdilər. Elm və mədəniyyətcə o qədər yüksəlmişdilər ki, rəhbərin hüzuruna gedib, müxtəlif məsələlər barədə söhbətlər aparırdılar. Hətta sualların çoxu azadlıq, məhdudiyyətlər, müxtəlif sahələrdə iştirak etmə kimi əsas məsələlərə aid olunurdu. Yezid qızı əsmanın peyğəmbərlə söhbəti buna bariz nümunədir. Əsma bir dəstə qadının nümayəndəsi kimi həzrətin (s) hüzuruna gedib, qadın azadlığı, kişilərlə olan fərqlər barədə o qədər gözəl sual verdi ki, həm peyğəmbəri, həm də onun yaxınlarını əhsən deməyə vadar etdi.
Rəsulullah (s) cəmiyyəti qadınların iste’dadının, mədədniyyətinin, sən’ətinin inkişaf ocağı idi. Bu risalət kişilərlə yanaşı qadınlar üçün kəramət, şərafət, azadlığı hədiyyə gətirdi. Bu cəmiyyət quru, yersiz məhdudiyyətlər qoymadı. Qoyulmuş məhdudiyyətlər qadınların və cəmiyyətin iffətinin hifzi üçün idi. Kəramət qorunduğu üçün iste’dadlar çiçəklənirdi. Qadının cəmiyyətə çıxmasının çətinlikləri vardır. Müasir dünya qadınların cəmiyyətdə iştirakı ilə deyilənlərə şahid olmuşdur. Rəsulullah (s) qadınlara azadlığı kəramətlə bir yerdə vermişdir. Onların ictimai-siyasi həyatda iştirakı öz hüquqlarını qorumaq məqsədi daşıyır. İslami azadlıq bu günkü azadlıqla eyniləşdirilə bilməz. Bu günkü dünya azalıq və qadın hüquqları adı altında heyvani bir azadlıq təqdim edir. Qadının kəraməti müxtəlif yollarla ayaq altında tapdalanır. Bu günkü azadlıq öz iqtisadi təbliğatında qadın iffətini alçaldaraq ondan vasitə kimi istifadə edilir. Bu azadlıq deyil. Bu yataq otağını küçəyə çıxarmaq, insani həyatı boğmaqdır! İffət və kəraməti ərsəyə çıxarmaq ilahi dəyərdir və Rəsullah (s) bu azadlıqla fəxr edir.
DəYəRLİ FÜRSəTLəR
İslami qurumun təşkili ilə uyğun dəyərlərin gerçəkləşməsi üçün əlverişli şərait yaranır. Bu qurumda siyasi müdiriyyət və qadın cəmiyyəti olduqca ayıq olmalıdır. Bu fürsət qənimət bilinməlidir. Qərarlar islamın proqramları və peyğəmbərin göstərişləri əsasında həyata keçməlidir. Qərbpərəstlərin hamıya aydın olan ideallarına diqqətli olmaq lazımdır. Eləcə də, yersiz təəssüb və məhdudiyyətlərdən çəkinmək lazımdır. Qadınlarla münasibətdə islam elə təqdim olunmalıdır ki, cəmiyyət islamdan qaçsın. Diqqətli olmaq lazımdır ki, dindən uzaqlaşmanın əsas səbəblərindən biri həmin bu yersiz məhdudiyyətlərdir. Bu günkü qərbdən yorulmuş baxışlar böyük ümidlə islami dəyərlərə dikilmişdir. Siyasi və ictimai, qurumların mədəniyyət qurumlarının mühüm öhdəçiliklərindən biri qadın dəyərinin qorunması və cəmiyyətdə qadın fəallığının təşkilində ilahi dinin gücünü göstərməkdir.
RəSULULLAH (S) Və əDəBLəR
əDəBİN Mə’NASI
ədəb ağıl və şəriət nəzərincə əməl edilməsi gözəl rəftarlardan biridir. Ədəb üstünlükləri olan rəftarda gerçəkləşir. Məsələn, oturmağın müxtəlif formaları vardır. İnsan iki dizi üstə və ya ayaqlarını uzatmış halda otura bilər. Bə’zi oturuşlar ədəbə uyğundursa, bir qism oturuşlar ədəbsizlikdir. Aydın olur ki, ədəbli rəftarın iki xüsusiyyəti vardır. Əvvəla, ədəb insan rəftarının sifətidir. İkincisi, ədəb saleh və mübah (icazə verilmiş) rəftarın sifətidir. Əvvəlki xüsusiyyətə görə ədəb əxlaqdan ayrılır. Çünki əxlaq ruhun sifətidir və insanın möhkəm ruhiyyəsi əxlaq adlanır. İkinci xüsusiyyətə görə ədəb caziz işlərə aiddir. Hara işi ədəblə yerinə yetirmək olmaz. Ədəb bəyənilmiş rəftara xasdır. Əgər rəftarın əsası bəyənilməzdirsə, o, ədəbli surət ola bilməz.
Bundan əlavə, əgər əxlaq sabit iş olsaydı, bütün cəmiyyətlərdə onun ölçüsü eyni olmalı idi. Lakin ədəb ictimai işlərdə nisbi, mühitin ən’ənələrinə tabe ola bilər. Eyni bir rəftar sabit me’yarlardan bəhrələnsə də bir mühitdə ədəbli, digərində ədəbsiz sayıla bilər. Bütün hallarda ədəbin əsası əqidə və insan əxlaqıdır. Bir cəmiyyətin adət ən’ənələri onun e’tiqadını əks etdirir. Ədəb və əxlaq arasında mövcud fərqləri nəzərə alaraq ədəbi ayrıca nəzərdə keçirməli olur.
PEYĞəMBəRİN əDəBİ
Hər bir insanın ədəbi onun tərbiyəçisindən asılıdır. Hər bir şəxs öz ədəbini ictimai ünsiyyətlərdə göstərir. Tərbiyyəçi nə qədər üstün olarsa, başqalarına da yaxşı ədəb öyrədər.
Peyğəmbərlərin (s) tərbiyəçisi Allah-taala olduğundan onların ədəbi ən üstün ədəbdir. «Allah-taala öz peyğəmbərini üstün ədəbli etmişdir» («Kafi» 3-ci cild). Allah öz peyğəmbərlərini, xüsusilə də Rəsulullahı (s) ən əqidəli, ən əxlaqlı, ən ədəbli qərar vermişdir. Həzrət bütün sahələrdə başqaları üçün nümunədir. Bu hissədə uyğun məsələyə toxunuruq.
İCTİMAİ əLAQəLəR
İlahi dinlər insanı ictimai rabitələrə rəğbətləndirir. Bu xüsusiyyət islamda daha qabarıq nəzərə gəlir. İslam insanlara tərkidünyalığı, cəmiyyətdən kənara çəkilməyi qadağan edir. Dini və qeyri-dini olmaqla cəmiyyt iki hissəyə ayrılır. Qeyri-dini mühitdə əlaqə, ünsiyyət yaradılması rədd olunub. İnsanı üsullar əsasında rabitə yaratmaq bəyənilir. Küfr, nifaq dəstəsi ilə rabitələr dini baxımdan rədd edilmişdir. Fitnəkarlarla ünsiyyət saxlamaq olmaz.
Dində ünsiyyət, rabitə, səmimiyyət göstərişi verilir ki, dini cəmiyyət bir ailənin üzvləri kimi olsunlar. «Ey iman gətirənlər, səbr edin, dözün, hazır olun» («Ali-imran» 200). Din cəmiyyətə qardaşlıq göstərişi verir. İslam dini bir yığını bir-birinə bağlı ailə adlandırır. «Mö’minlər bir-birləri ilə qardaşdırlar» («Hücürat» 10).
RABİTəLəR Və ME’YARLAR
Din ünsiyyətlərin yaranmasında öz tövsiyələrini verir. Qeyri-dini qurumda rabitələrin me’yarı cəmiyyətdə möhtərəm sayılan insan hüquqlarıdır. Məsələn, müqavilələrə hörmət, əmanətçilik, doğru danışıq, eləcə də xəyanət və zülmdən çəkinmək. Din bu barədə buyurur: «Xalqla insani me’yarlar əsasında rəftar et – istər müsəlman olsun, istərsə dinsiz!» «Bəqərə» surəsində buyurulur: «Xalqla yaxşı rəftar et». «Nəhcül-bəlağədən» oxuyuruq: «Xalqla mehribanlıqla dolu qəlblə rəftar et. Çünki xalq iki dəstədir – ya sənin din qardaşındır, ya da yaranış yoldaşın». Əgər din qardaşın olmasa da, sənin kimi bir insandır. Onların insani hüquqları möhtərmdir.
Din bütün cəmiyyətlərdə hamıya aid olan möhkəm me’yarlar müəyyən edir. Başqaları üçün pislik arzulama, özün üçün arzuladığını başqaları üçün də arzula! («Üsule-kafi» 2-ci cild).
XOŞ ÜZLÜLÜK
Bu me’yarların çiçəklənməsində Rəsulullahın (s) üsulu hamı üçün nümunədir. O, ictimai münasibətlərdə insani və ilahi hüquqlara həyat verdi. O, xalqla xoş üzlə, şirin rəftar edir, kin və acılıqdan çəkinirdi. («Bəhar» 16-cı cild).
O, başqaları ilə qarşılaşanda birinci salam verərdi. Salam vermək öz münasibətini bildirməkdir.
EYNİ RəFTAR
O, insanlara öz rəftarında fərq qoymaz, eyni cür yanaşardı. Varlıya, kasıba fərq qoymazdı. («Bəhar» 7-ci cild). «Hücürat» surəsində buyurulur: «Ey iman gətirənlər, sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanımanız üçün sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis əməllərdən daha çox çəkinənənlərinizdir». Fərq hansı tayfadan olmaqda yox, hansı fəzilətə malik olmaqdır.
KASIBLARLA BİR SÜFRəDə
Həzrət kasıblara hörmət qoyduğu üçün onların də’vətini qəbu edirdi. Əl görüşəndə görüşdüyü adam əlini çəkənədək gözlərdi. («Bəhar» 7-ci cild). Kimsənin istəyini rədd etməzdi. Bütün bu rəftarlar həzrətin rəhbər olduğu, xalqla ünsiyyətdə olduğu vaxta təsadüf edir. Hansı ki, Rəsulullah (s) üçün vaxt olduqca qiymətli idi. Bə’ziləri bunu anlamadığından saatlarla həzrətin vaxtını alırdılar. Hətta onun evi iclarslar məkanına dönmüşdü. Həzrət öz həyasına görə bu adamlara bir söz demədiyindən Allah-taala bu mövzuda buyuruqlar göndərdi. Rəsulullah (s) bir şəxslə danışarkən üzünü yana tutmaz, tam üzbəüz danışardı.
DANIŞIQDA əDəB
Danışıq insanlar arasında ən asan və ən ümumi rabitə vasitəsidir. İki insanın ilk görüşündə bu böyük ilahi ne’mətdən istifadə etməklə məqsədlər aydınlaşır. Danışıtın iki gözəlliyi vardır: Biri söhbətin mə’nası, digəri zahiri gözəlliyidir. Bir insanın danışığı mə’nalıdırsa, bu gözəlliyin biridir. Mə’na ilə yanaşı zahiri gözəllik də olarsa, hər iki gözəllik əldə edilər. Allah buyuruğu olan Qur’an tam halda hər iki gözəlliyə malikdir. «Zumər» surəsində buyurulur: «Sübhan Allah ən gözəl sözləri nazil etdi. Qur’an bir kitabdır ki, onun ayələri bir-birinə oxşar, bir-birinə nəzarət edəndir». Qur’an özü gözəl olduğu üçün başqalarına da gözəl danışmaq göstərişi verir. «Xalqla gözəl danışın» («Bəqərə» 83). «Mənim bəndələrimə de ki, daim ən gözəl söz danışsınlar. Şeytan onları pis danışğa vadar edir ki, düşmənliyə səbəb olsun» («İsra» 53). Qur’an heç bir halda çirkin sözlərə icazə vermir. Hətta dinsizlərə də pis söz deməyə yol verilmir. «Allahdan qeyrisinə tapınanlarla pis danışmayın, çünki onlar da nadanlıq üzündən Allahla pis danışırlar» («ən’am» 108).
Rəsulullah (s) bu ədəbin təcəllisinin kamil nümunəsidir. Onun danışığı dərin, mə’nalı, gözəl, biçimli, yerində və tə’sirli idi. onun danışığında artıq-əksik olmazdı. («Bəhar» 16-cı cild). Artıq kəlmədən çəkinərdi. Danışıq qaydalarına tam riayət edərdi. Hətta söhbəti özü kəsməzdi ki, qarşı tərəf özü kəssin. Qarşı tərəf söhbətini kəsənədək həzrət davam edərdi. O, biçimli və aram danışardı. Danışığı səlis və doğru idi.
Danışarkən qarşı tərəfdən səviyyəsini nəzərə alardı. Danışığı nə qədər dərin, gözəl, həqiqi olsa da, çox şirin idi. zarafat etsə də, zarafatı həqiqət olardı. Çox aydın və cazibəli danışardı.
Onun buyuruqlarından bə’zilərinə diqqət edin:
«əl verən əl tutandan üstündür».
«Başqalarına mehribanlıq göstərməyən kəs kimsədən mehribanlıq gözləməməlidir».
«ən üstün mə’rifət Allahdan qorxudur».
«Vacib əməlləri yerinə yetirən kəs ən abid insandır».
«Xalqın xidmətçisi onun ağasıdır».
«İnsanları yaxşı rəftara çağıran kəs özü yaxşı rəftar edən insan kimidir».
«Xalqı eşitmək Allaha müxalif olmamaqdır».
«Yaxında ehtiyaclı ola-ola (başqasına) sədəqə rəva deyil».
OTURMAĞIN əDəBİ
Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bəhar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bəhar» 76-cı cild).
Həzrət adətən üzü qibləyə oturardı. («Bəhar» 16-cı cild). O, özü üçün yer hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi. Həzrət oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə qoyardı. («Bəhar» 16-cı cild).
YEMəYİN Bə’Zİ QAYDALARI
Ruhun qidalanması kimi cismin də qidalanması insan üçün bir vəzifədir. Cismin münasib qidalarla və vitaminlərlə tə’mini bədən enerjisini saxlamaqla yanaşı, onu xarici amillərin tə’sirinə qarşı müqavimətli edir. Sadə və vitaminli qidalar enerjini və sağlamlığın tə’mini üçün çox münasibdir. Qidaların azlığı, eləcə də həddindən artıq qidalanma orqanizmə dağıdıcı tə’sir göstərir. Bu məsələlərin araşdırılması mövzumuzdan kənardır. Sadəcə bunu bilmək lazımdır ki, insanın psixoloji durumu və qidalanma qaydalarına əməl olunması insanın sağlamlığında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə insana yol göstərən din bu sahədə də ona heyvandan fərqli ilahi ədəblər tövsiyə edir. Qur’an təam barəsində buyurur: «İnsan öz təamına nəzər salmalıdır» («əbəs» 24). Ayə bu mə’nada ola bilər ki, insan yediyini halal və ya haram olmasına diqqət yetirməlidir. Bu insanın ruhi halı ilə bağlıdır ki, insan yediyinə baxmayanda dad bilmir.
əhli-beyt və pak itrət bu ayənin təfsirində ruhun qidasını da əlavə edirlər. İmam Baqirdən (ə) nəql olunub ki, «elminizin mənbəsi barədə, onun harada qidalanması haqqında düşünün» («Təfsire Safi» 2-ci cild). Əslində bu ruhun qida ilə tə’mini üçün bir göstərişdir.
Digər diqqət ediləsi məsələ təma yeyərkən bu ne’mətlərin sahibi olan Allah-taalanın yad edilməsidir. Allahın zikri ruhun ilahiliyi və sakitliyinə səbəb olur. Allahın zikri ilə yeyilən təam daha dadlı olub, bədənə daha yaxşı cəzb olunur və sağlamlığı tə’min edir. Rəsulullah (s) yolu istəklərinin tə’minində insan kimi yaşamaq istəyənlərə göstərişdir. Deyilənlərdən əlavə yemək zamanı diqqət ediləsi bə’zi nöqtələr vardır.
Həzrət süfrə kənarında təvazökar bir bəndə kimi oturardı. Bədənin ağırlığını sol omba üstünə salardı. Yeyərkən təkyələnməzdi. («Mustədrak» 16-cı cild). «Allahın adı ilə başlar, iki loxma arasında Allahı zikr edərdi». Deyilənlər insanın diqqətini ne’mətlərin sahibinə yönəldir. O, heç vaxt çox yeməz, əlini bir təama uzadanda buyurardı: «Allahın adı ilə, Xudaya, bizim üçün mübarək buyur» («Bəhar» 16-cı cild). Heç bir yeməyi pis saymazdı. Meyli olanda yeyər, olmayanda yeməzdi. Həzrət təklikdə yeməyi xoşlamazdı. «Onun üçün ən yaxşı təam cəm halda olan təam idi». Yeməyə hamıdan qabaq başlayar və hamıdan sonra əlini süfrədən çəkərdi. Məqsəd başqalarını tələsdirməmək idi. Süfrədə öz qarşısında olanlardan yeyərdi. Qaynar xörək yeməzdi. Yediyi arpa çörəyi tək sadə təamlar olardı. Heç vaxt buğda çörəyi yeməzdi. Xurma kimi qüvvəli şeylərlə meylli idi. («Bəhar» 16-cı cild).
İÇMəYİN QAYDALARI
Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu birnəfəsə içməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi. Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı ki, «dünya və axirətdə ən içki sudur» («Bəhar» 16-cı cild). Artıq bu gün uyğun kəlamların mə’nası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi su adı ilə yad edilir.
YATMAĞIN QAYDALARI
Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu ne’mətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bəhar» 73-cü cild). Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil.
əgər yuxu insan üçün başqa bir həyatdırsa, onun qaydaları və göstərişləri olmalıdır. Din bu sahədə yol göstərir. Rəsulullah (s) və digər din rəhbərlərindən nəql olunub ki, insan dəstəmazlı halda və üzü qibləyə yatmalıdır. («Bəhar» 73-cı cild). «Dəstəmaz alıb yatan kəs yuxuda ölərsə, şəhiddir». Din tövsiyyə edir ki, istər yuxu, istərsə oyaqlıq zamanı Allahı unutmamalıdır. Ona görə də çox tə’kid edilib ki, yuxu zamanı imkan daxilində bə’zi zikrlər və Qur’an ayələri oxunsun. Məsələn, «Ayətəl-kürsi», «Tövhid», «Təkasür», «Vaqeə» surələri, «Şəhid əllah» ayəsi qiraət edilsin. Peyğəmbərdən sifariş olunub ki, həzrət Zəhra (ə) təsbihatı deyilsin.
Həzrət yuxudan oyanandan sonra səcdə edər, bu duanı oxuyardı: «Həmd olsun o Allaha ki, bizi yatağımızdan qaldırdı. Əgər istədiyi, qiyamətədək yataqdaca saxlardı». Həzrət yatmazdan qabaq və oyanandan sonra misvak çəkərdi (dişini təmizlərdi). («Bəhar» 73-cı cild).
ÜZÜ QİBLəYə YATMAQ
Üzü qibləyə yatmağın necəliyində iki baxış vardır. Bə’zilərinin fikrincə ayaqlar üzü qibləyə olmalıdır. Necə ki, insan canvermə halında üzü qibləyə uzadılır.
İkinci baxışa əsasən qəbirdəki kimi qiblə istiqamətində sinə, qarın dayanmalıdır. Bir çox rəvayətlər ikinci baxışı təsdiqləyir. Rəvayətə görə hərzər yatanda sağ tərəfi üstə yatar və sağ əlini sağ üzünün altına qoyarmış. Bu digər bir rəvayətdə də nəql olunmuşdur. Bu tə’bir əlidən (ə) də eşidilmişdir. Çoxları birinci baxışı seçsələr də ikinci baxış daha real görünür. Əgər həzrət üzü qibləyə yatırmışsa, bu o zaman mümkün olur ki, o, sağ tərəfi üstə yatmış olsun.
Bə’Zİ DİGəR QAYDALAR
Həzrətdən (s) nəql olunmuş qaydalar çoxdur. Həzrət minikdə olanda kimsənin onun yanınca piyada getməsinə icazə verməzdi. Necə olar ki, bir insan rahatca at belində getsin, o biri isə min bir əziyyətlə onun ardınca sürünsün?! Bu hal insanın özünü üstün tutmasından danışır. Həzrət yol gedərkən başıaşağı, vüqarlı, iti gedərdi. Özünü aciz, süst göstərməzdi. Oturanda ətrafdakılar dövrə vurub oturardılar. Ağ rəngli libaslar geyər və bunu başqalarına da tövsiyyə edərdi. Buyarardı ki, ölülərinizi də ağ parçaya bükün. Daim səliqəli və ətirlənmiş olardı. Ətir ehtiyatı yemək ehtiyatından çox olardı. Başqa bir hədisdə deyilir ki, mö’mini ətirləmək üçün su kifayətdir. Ətir almağa qadir olmayan adam bədənini, libasını yumaqla ətirlənə bilər. («Vəsail» 2-ci cild). Xüsusi ilə də yay fəslində insan bədəni tez iylənir. Əgər qaydasınca yuyunsa, ayaqlarını yuyub corabını dəyişsə, heç vaxt başqaları onun qoxusundan narahat olmaz. Daim dişini yuyar, misvak çəkərdi. Rəvayətə görə misvakla iki rək’ət namaz yetmiş rək’ət misvaksız namazda nüstündür. Kimsədə eyb axtarmaz, kimsənin sirri ilə maraqlanmazdı. Sükutu ?? dörd qism idi. Dözüm, huşyarlıq, hamıya eyni nəzər salma, təfəkkür. Bir şəxslə danışanda üzbəüz dayanardı. Kimsəni incitməz, üzürünü tez qəbul edərdi.
Gülümsənərdi, amma qəhqəhə çəkməzdi. Zahirinə diqqətli idi. evdən çıxanda güzgüyə baxar, saçını darayıb, qaydaya salardı. Yalnız bu halda bir yerə gedər və bu qaydaları başqalarına da tövsiyyə edərdi. («Vəsail» 81-ci cild).