Azəri
Friday 19th of July 2024
0
نفر 0

BAŞQASINA QUYU QAZDI, AMMA ÖZÜ DÜŞDÜ

Bəhlul ləqəbi ilə şöhrət tapmış Şeyx Məhəmməd Təqi əsrimizin nadir şəxsiyyətlərindən biri olmuşdur. Uzun ömür sürmüş Bəhlulun macəra ilə dolu məşəqqətli, eyni zamanda bərəkətli həyatına nəzər salanda insan təəccübünü gizlədə bilmir.

Böyük alim, ədib, kəramət sahibi olmuş Bəhlul eyni zamanda haqq uğrunda mübarizə aparan bir mücahid idi. Həyatını bütünlüklə İslamın tərəqqisi uğrunda mübarizəyə həsr edən Bəhlul zalım şah rejiminə qarşı apardığı mübarizələrə görə `qiblərə `ruz qalmış, ömrünün müəyyən hissəsini mühacirətdə keçirmişdir. Əfqanıstanda dövlət `murları tərəfindən yaxalanan Bəhlul otuz bir il müddətinə Əfqanıstanın müxtəlif zindanlarında məhbus həyatı yaşamış, zindandan çıxdıqdan sonra isə Əfqanıstanın ucqar kəndlərindən birinə sürgün edilmişdir. Zahidanə həyat sürmüş Bəhlul 2005-ci ilin yayında, 114 yaşında vəfat etmişdir. (Allah rəhmət eləsin.)

31 illik zindan həyatını xatırlayan Bəhlul başına gəlmiş qəribə əhvalatlardan birini belə nəql edir:

Əfqanıstanda zindanda olduğum illərdə xəstə məhbuslara, uşaqlara baxmağı öz öhdəmə götürmüşdüm. Bu işdən əlavə şəhərin icra hakimiyyətinin razılığı ilə zindanda dərs verirdim. (Bəhlul ictihad dərəcəsi kəsb etmiş alim idi.) Otuz qırx nəfərə yaxın məhbus günün müxtəlif saatlarında yanıma yığışıb dərs oxuyurdular. Cəlalabad (Əfqanıstanın böyük şəhərlərindən biridir) şəhərinin yuxarı təbəqədən olan `zi şəxsləri icra hakimi ya zindanın rəisi ilə tanışlıqları olduğu üçün danışıb icazə almışdılar ki, öz uşaqlarını dərs oxumaq üçün zindana mənim yanıma göndərsinlər.

Zindana gəldiyim ilk günlərdən zindanın `zi təəssübkeş `murları şiə olduğum üçün məni incidirdilər. Onların məni görməyə gözləri yox idi. Bu səbəbdən icra hakiminin mənə olan ehtiramını, böyüklərin öz uşaqlarını mənim yanıma dərs oxumağa göndərmələrini görəndə çox narahat olurdular. Bir yolla məni aradan götürmək istəyirdilər.

Məhbuslardan biri zindanda balaca dükan kimi bir yer götürüb zəruri ərzaq məhsulları satmaqla məşğul olurdu. Bu adam dövlət yanında e`tibarlı zəmanət qoyaraq hərdən əsgərlərlə birlikdə çölə çıxış icazəsi almışdı. O , bir-iki əsgərin müşayiəti ilə çölə, bazara çıxıb məhbuslara lazım olan ərzaq məhsulları xırda-para şeylər alıb zindanda məhbuslara satırdı. Bu Əfqanıstan zindanlarında adi bir hal sayılırdı. Əlbəttə bu işlə məşğul olan məhbuslar icarə haqqından əlavə zindanın `murlarına aylıq haqq da ödəyirdilər.

Mən hər gün zindanın dükanından qatıq alırdım. (Bəhlul ömrünün doxsan ilə yaxın bir müddətini ancaq qatıq çörəklə keçinmişdi.) Mənimlə düşmənçilik edən zabitlər dükanı işlədən məhbusa təzyiqlər göstərib məcbur edirlər ki, məni bir vasitə ilə zəhərləyib öldürsün. Bu işə görə ona çoxlu pul mükafatı da `d etmişdilər.

Bir gün mən yenə adəti üzrə dükana qatıq almağa getdim. Dükan sahibi hər gün mənə qatıq çəkib verdiyi küpədən qatığı götürmədi dedi: Hər gün sizə satdığım bu qatıqların üzü, qaymağı alınır, bunları yeməklə canın qüvvət tapmaz. Bu gün sizə xüsusi bir kasada elə qatıq tutmuşam ki, yesən dadı damağından getməz. Qatıq deyil, əsil qaymaqdır. Bunu sizin üçün hazırlamışam ki, yeyib mənə dua edəsiniz.

Bunu deyib keçdi dükanın arxa tərəfindən bir kasa üzü qaymaqlı qatıq gətirdi. Mən qatığı götürüb öz hücrəmə qayıtdım. Çox acdığım üçün qatığı bütöv bir fətirlə bir oturuma yeyib, kasanın diibni barmaqlarımla təmizlədim. Bir dəqiqədən sonra `dəmdə sancı, ürək bulanması hiss etdim.

Dostlarım şagirdlərim halımı belə görüb dükançının üstünə cumdular ki, dükanını dağıdıb özünü əzişdirsinlər. Mən mane olub dedim: Tələsməyin, ola bilsin dükançı xəyanət etməsin. Bəlkə vəbaya tutulmuşam. O vaxtlar Əfqanıstanda vəba xəstəliyi yayılmışdı. Dükançı da xəyanəti hazırlayanda hiyləsi bu olmuşdu ki, əgər, birdən ölsəm, desin vəbadan ölmüşdür.

Mən ara vermədən öyüyüb qusurdum. Xülasə, dostlarım dükançıya toxunmadılar, gedib mənim üçün həkim çağırılmasını tələb etdilər. Həkim gəlib qaytardığım qatığı yoxlayıb, qatığın zəhərli olduğunu təsdiq etdi. Zindanın rəisi mənə dedi ki, dükançını qanuni cəzalandırmaq üçün şikayət ərizəsi ilə rəsmi olaraq ona müraciət edim. Amma mən dedim: Bizim imamlarımız bizə bu cür göstəriş verməmişlər. İmam Həsəni (ə) yeddi dəfə zəhərləyib öldürməyə çalışmışlar, amma imam zəhər verənlərdən heç birini mühakiməyə çəkmədi. Dedim: Tutaq ki, mən ondan şikayət etdim, siz ona neyləyəcəksiniz?

Allaha şükür ki, mənə bir şey olmayıb, ölməmişəm. Əgər ölmüş olsaydım belə, indi artıq İslam ölkələrində Qur`anın hökmləri yox, Avropa qanunları icra edilir; bu qanuna görə qatili öldürmürlər. Bir mənim qisas tələb edəcək varisim yoxdur. Görəcəyiniz bu olacaq ki, onun həbs müddətini uzadacaqsınız. Onun üstündə indi on bir il var. Həbsinə əlavə bir-neçə il əlavə edilsə bu daha çox onun ailəsinin zərərinə qurtaracaq. Mən bu işə razı deyiləm. Xülasə, mənim ondan şikayətim yoxdur.

Zindanın `murları dükançıdan böyük məbləğdə rüşvət aldılar. Məni qətlə yetirəcəyi müqabilində ona pul boyun olmuş `mur da demişdi: Mənim şərtim bu olmuşdur ki, sən o kafir axundu öldürəsən. İndi ki, ölməyib, sənə heç qara qəpik verən deyiləm.

Çox keçmədi dükançı vərəm xəstəliyinə mübtəla oldu. Bütün varını-yoxunu xəstəliyin müalicəsinə sərf etsə sağalmadı həmin xəstəlikdən öldü.

O öləndən sonra arvadı dörd kiçik qızı o qədər kasıblayıb zəiflədilər ki, imkan düşəndə mən zindandan onlara pul, çörək paltar göndərirdim.[1]

 

 

 

 

 

ZİNDAN XATİRƏSİ

Bəhlulun zindan həyatında maraqlı əhvala-tlardan biri belə olmuşdur:

Mənim əlimdən yanıqlı olan həbsxana rəisinin müavini hər yolla olursa-olsun, məni öldürmək istəyirdi.

Məhbusların əksəriyyəti `zi `murlar məni tərəfimi müdafiə etdikləri üçün bu işi zindanda görmək bir o qədər asan deyildi. Bunun başqa bir səbəbi zindanın ətrafında `zi dövlət idarələrinin yerləşməsi, ikinci səbəbi isə yuxarıda oturanların işə qarışa biləcəkləri qorxusu idi.

Həmin şəxs belə qərara gəlir ki, yeni bir zindan tikdirsin məni oraya köçürməklə işimi orada bitirsin. Buna görə şahla şəxsən görüşüb belə bir təklif verir ki, bizim bu zindanda səksənə yaxın siyasi məhbusumuz var. Bu zindan şəhərin ortasında yerləşdiyi üçün onların ətrafla əlaqələrinə lazımınca nəzarət etmək olmur. Bu məhbusların şəhərin içində saxlanılması məsləhətə uyğun deyil. Yaxşı olardı ki, onları şəhərdən kənar bir yerə köçürərdik.

Şah təkliflə razılaşandan sonra yeni zindanın tikilməsi üçün lazımi büdcəni ödəyir şəhərdən qıraqda yeni zindanın tikintisinə başlayırlar.

Bir il üç aydan sonra yeni zindan tikilib hazır olur.

Mənə düşmən kəsilmiş `mur öz yaxın adamları ilə belə bir plan çəkirlər ki, məni yeni tikilmiş zindanda rütubətli, tək nəfərlik bir hücrəyə salsınlar tədrici ölümümü gözləsinlər.

Yaxın əlaqəmiz olan zindan `murlarından biri məni məsələdən agah edir. Amma çıxış yolu yox idi. Mən edə bilərdim ki?... Bütün işləri Allaha tapşırıb oturub hadisənin ilə qurtaracağını gözləyirdim.

Zindan hazır oldu. Siyasi məhbusları iyirmi gün sonra yeni zindana köçürməli idilər.

Bu arada Kabul şəhərində böyük bir oğurluq hadisəsi baş verdi. Şahın xalası oğlunun evindən külli miqdarda pul, cəvahirat oğurlanmışdı. Kabul şəhərinin baş polis idarəsi uzun axtarışlardan sonra oğruları tapır. İstintaq zamanı `lum olur ki, bu dəstənin başında məni öldürmək istəyən zindan rəisinin müavini dururmuş. Sən demə, bunlar on beş il imiş ki, oğurluqla məşğul olurmuşlar, amma dəstənin başçısının kim olduğu bilinmirmiş. Oğruların e`tirafına görə oğurlanmış mal üç yerə bölünürmüş. Bir hissəni həmin məmur götürürmüş, qalan iki hissə isə dəstə arasında bölüşdürülürmüş.

`murun evində təftiş apararkən çoxlu miqdarda ləl-cəvahirat aşkarlanıb götürülür. Eyni zamanda `zi dövlət əhəmiyyətli sənədlər başqalarına məxsus əşyalar tapılıb üzə çıxır. Nəticədə yeni tikilmiş zindana düşən ilk şəxs, elə həmin `murun özü olur. O, zindana salınandan sonra məni digər siyasi məhbusları da yeni zindana köçürdülər.

Yeni zindanın rəisi şiə məzhəbli bir zabit idi. Mənə olduqca böyük hörmət göstərirdi. Evindən mənim üçün qatıq-çörək gətizdirər, öz otağına `vət edib süfrəni orada açardı.

Yeni rəis, həmin kemiş `murun başına oyun açırdı. Onu tək nəfərlik hücrəyə salıb gəzintiyə icazə vermirdilər. Hücrəsində bir vedrədən başqa heç bir şey yox idi. Ayaqyolu kimi istifadə etdiyi bu vedrəni hər gün səhər tezdən aparıb boşaldanda işıq üzü görürdü. Ona yeddi il həbs cəzası kəsəndən sonra ümumi zindana köçürdülər. Cəzasını çəkib azadlığa çıxandan sonra da həmişəlik dövlət işlərindən məhrum edildi. Sonradan onu görənlər deyirdilər ki, bədbəxt `mur Kabul bazarında kömür satırmış.[2]

 

ZALIMA TƏBRİK

İmam Baqirin (ə) tanınmış şagirdlərindən olan Məhəmməd ibn Müslüm belə nəql edir:

Günlərin birində şiələrdən bir qrupu İmam Baqirin (ə) mənzili önündə toplaşmışdılar. İmam Baqir (ə) dəstə-dəstə harasa tələsən camaatı görəndə ətrafındakılardan soruşdu:

Mədinə şəhərində hadisə baş verib?”

Zalım Abbasi xəlifəsi tərəfindən Mədinə şəhərinə yeni hakim `yin edilib. Bu camaat da təzə gələn hakimi təbrik etmək üçün onun hüzuruna gedirlər”–deyə mən cavab verdim.

İmam Baqir (ə) buyurdu: “Camaatın təbrik demək üçün zalım hakimin hüzuruna getməsi, düzəx (cəhənnəm) qapılarının birindən içəri girmək misalındadır.”[3]

İmam Baqirdən (ə) Abbasi sarayına getmək orada xidmət etmək barədə soruşanda, belə cavab verdi:

Heç vaxt, hətta bir xətt çəkmək miqdarında belə onlara kömək etmək lazım deyil.”[4]

 

ƏDƏBSİZ CAVANIN ÖLÜMÜ

Səid ibn Səhl Bəsəri belə nəql edir: “Bizim dövrdəki xəlifənin uşaqlarından birinin şərəfinə böyük qonaqlıq təşkil olunmuşdu. Bu məclisə çoxlu qonaq, o cümlədən İmam Hadi (ə) `vət olunmuşdu. İmam Hadi (ə) bu məclisdə iştirak etməyə məcbur idi.

İmam (ə) məclisə daxil olanda qonaqlar hörmət əlaməti olaraq sükut etdilər. Amma qonaqlar arasında cavan bir oğlan İmam Hadiyə (ə) məhəl qoymadan boşboğazlıq edir, ucadan gülürdü.

İmam Hadi (ə) üzünü həmin cavana tutub dedi: “Bu gülüşdür ki, sənin bütün vücudunu bürüyüb Allahı tamamilə yaddan çıxarmısan. Halbuki üç gün sonra qəbir əhli ilə birgə olacaqsan.”

Cavan oğlan İmamın (ə) bu sözlərinə lap mat qalmışdı. O, artıq dinib danışmırdı. İmam Hadinin (ə) dediyi kimi, üç gün sonra həmin cavan oğlan öldü.”[5]

 

 

 

 

 

 

 

 

ƏHLİ-BEYT DÜŞMƏNİNİN AQİBƏTİ

Hişam ibn Əbdülməlik (onuncu Əməvi xəlifəsi) çox zalım xudpəsəndin birisi idi. O, bütün müsəlmanların haqqı olan Beytül-malı özü üçün lazımsız yerlərə xərcləyərdi. İmam Hadini (ə) onun əmrilə Mədinə şəhərində zəhərləyərək şəhid etdilər.

Bir sözlə Hişam ibn Əbdülməlik Əhli-beytin (ə) qatı düşmənlərindən idi. O, Həzrət Əli (ə) sair İmamlar haqqında çəkinmədən nalayiq sözlər deyərdi.

Zeyd ibn Əlinin başçılıq etdiyi qiyam zamanı minlərlə adamı onun əmrilə qətlə yetirdilər. O, Zeydin başını bədənindən ayırmağı, sonra isə başsız bədəni çılpaq vəziyyətdə dar ağacından asmağı əmr etmişdi. Sonra aylarla dar ağacından asılı qalan Zeydin qurumuş bədənini Hişam ibn Əbdülməlikin əmrilə yandıraraq külünü göyə sovurdular.

Hişam ibn Əbdülməlikin törətdiyi cinayətlər saysız hesabsızdır. Amma burada qeyd olunması zəruri olan məsələ budur ki, onun ölümündən sonra Vəlid ibn Yəzid hakimiyyətə gəlir. Qohum olmaqlarına baxmayaraq, Vəlid öz doğma əmisi olan Hişam ibn Əbdülməlikə hədsiz nifrət edirdi.

O, Hişam ibn Əbdülməlikin cəsədini qüsülsüz kəfənsiz o qədər saxladı ki, meyyit artıq iylənməyə başladı. Axırda onun iylənmiş cəsədini ölü it kimi bir çalaya atıb üstünü torpaqla basdırdılar.

 

DOĞRU YANLIŞ DAVRANIŞIN NƏTİCƏSİ

Bu əhvalat Nadir şah hakimiyyətə gəlməzdən öncə baş vermişdir. Nadir şah bir dəfə buğda almaq üçün Xorasan rayonunun kəndlərindən birinə yollanır. O, qala anbardarından bir miqdar buğda alır. Aldığı buğdanı çuvala doldurub getmək istəyəndə, buğda sahibiHacı Abbasqulu gəlib çıxır. O, Nadirin əlindəki çuvalı alıb buğdanı yerə boşaldır. Nadirin–“mən burada qonağam, bir neçə gün yubanmışam buğdanı hansı qiymətə desəniz alıram”–deməsinə baxmayaraq, Hacı Abbasqulu ona buğda satmır. Çuvaldakı buğdaların hamısını boşaldandan sonra onu zorla anbardan bayıra çıxarır.

Nadir buğda sahibinə deyir: “Əgər dövlət adamı olsaydım, səninlə necə rəftar edəcəyimi görərdin.”

vaxt dövlət adamı olsan, deyərsən gözlərimi çıxartsınlar”– deyə Hacı Abbasqulu onu ələ salır.

O, çox `yus halda Hacı Abbasqulunun anbarını tərk edir. Hacı Abbasqulunun Nadirə dediklərini eşidən Hacı Əşrəfin ona ürəyi yanır. O, Nadiri evinə aparıb, ona xüsusi qulluq edir, sonra Hacı Əşrəf oğluna deyir ki, Nadirlə birlikdə anbara get qədər buğda istəyirsə ona ver. Buğdanın qiymətini insafla hesabla.

Hacı Əşrəfin oğlu atasının dediyi kimi edir. Hətta Nadir üçün yol azuqəsi qoyur.

Bir neçə il sonra Nadir qoşun başçısı (əmir) `yin edilir. O, bir gün Məşhədə gələndə Hacı Abbasqulu ilə Hacı Əşrəfi çağırtdırır.

Nadir əvvəlcə üzünü Hacı Abbasquluya tutub deyir: “Mənə dediyini xatırlayırsanmı? İndi isə sənin istəyini yerinə yetirməyi əmr edəcəyəm.”

Nadirin əmrilə Hacı Abbasqulunun hər iki gözünü kor etdilər. Sonra isə Hacı Əşrəfə dedi: Sənin anbarında buğda yığdığım zaman çarıqlarım yaddan çıxıb orada qalmışdı.” “Çarıqlarını harada qoymusansa elə orada da qalıb”–deyə Hacı Əşrəf cavab verir. O, çarıqları gətirmək üçün bir nəfəri Hacı Əşrəfin anbarına göndərir. Doğrudan da çarıqlar öz yerində qalmışdı.

Nadir Hacı Əşrəfin gözəl rəftarına, qonaqpərvərliyinə əmanətdarlığına əhsən dedi. O, bu gözəl xüsusiyyətlərinə görə Hacı Əşrəfi vergi ödəməkdən həmişəlik azad etdi.[6]

 

HƏKİM OLMAĞIMIN ƏSAS SƏBƏBİ

Öz dövrünün məşhur təbiblərindən olan rəhmətlik Mirzə Xəlil Tehrani buyurur: “Mənim tibb sahəsində heç bir səriştəm yox idi. Çünki bu elmə daha dəqiq yiyələnmək üçün müəllim yanına getmiş dərs oxumamışdım. Hal-hazırda tibb elmində əldə etdiyim bütün fəaliyyətlərə məsihi qadına verdiyim bir tikə çörəyin əvəzində nail olmuşam.” O, başına gələnləri belə nəql edir:

Macəra belə baş vermişdi: Bir dəfə Tehrandan Quma səfərə getmişdim. O vaxtlar çox cavan idim. Həmin il camaat bahaçılıq qıtlıqdan əziyyət çəkirdi. Hətta bir tikə çörək tapmaq da mümkün deyildi. Qumda olduğum vaxt xəstəxana otaqlarından birində qalırdım. Bu hadisə İranla Rusiya arasında baş verən müharibə zamanına təsadüf edirdi. Müharibədə əsir düşmüş rusları müxtəlif şəhərlərə göndərirdilər.

Bir gün çörək almaq üçün bazara yollandım. Çox çətinliklə bir çörək alıb otağıma qayıdırdım ki, yolda qucağında körpə uşağı acından rəngi qaçmış əsir rus qadınına rast gəldim. Qadın məni görüb dedi:

Siz müsəlmanlarda heç rəhm yoxdur. Çünki Allah bəndələrini əsir tutub, beləcə ac saxlayırsınız.”

Qadına yazığım gəldi. Aldığım çörəyi ona verib, otağıma qayıtdım. Həmin gün yeməyə başqa bir şey tapmadığımdan ac qalmalı oldum. Birdən bir kişi həyəcanla qaldığım hücrəyə girib dedi: “Ay ağa, arvadım ağrıdan həlak olur. Əgər tanıdığın bir həkim varsa, xahiş edirəm ünvanını mənə ver arvadımı onun yanına aparım.”

Elə bu vaxt ixtiyarsız olaraq dilimə bir dərman adı gəldi. Həmin şəxsə dedim: “Əgər filan dərmanı xəstəyə versəniz, sağalar.”

Həmin adam mənim həkim olduğumu güman edib, dediyim dərmanı xəstə arvadına içirtmiş dərman da qısa bir zamanda xəstəni sağaltmışdı. Xəstə qadın tam sağalandan sonra necə kimin vasitəsilə müalicə olduğu barədə öz tanış-bilişinə danışır. Bu əhvalatı eşidən xəstələr mənim ünvanımı soraqlaşıb tapırlar. Yanıma gələn xəstələr üçün ixtiyarsız olaraq dilimə gələn dərmanları yazırdım. Halbuki, mən bu dərmanların tərkibi haqqında heç bilmirdim. Yazdığım dərmanları qəbul edən xəstələr çox tez bir zamanda sağalmağa başlayırdılar.

Artıq bu sahədəki şöhrətim çox yerə yayılmışdı. Müxtəlif xəstəlikləri olan adamlar mənə müraciət edir yazdığım dərmanlar nəticəsində çox qısa bir zamanda sağalırdılar. Bu müddət ərzində etdiyim təbabətin mənə çox böyük xeyri oldu. Həkim `mininTöhfəadlı kitabını aldım ki, heç olmasa dərmanların adını bilim.

Bir müddət Qum şəhərində qaldıqdan sonra Tehrana qayıtdım. Çox tez bir zamanda məşhurlaşdım. Adım böyük tibb alimləri sırasında qeyd olundu. Bütün bunlara, məsihi qadına verdiyim çörəyin əvəzində nail olmuşdum.[7]

 

SEYYİDLƏRƏ HÖRMƏTSİZLİYİN ACI SONLUĞU

Bu əhvalat 1806- ilə təsadüf edir. Dövlət vergi `muru yoxsul bir seyyiddən vergi haqqını ödəməsini tələb edir. Maddi durumunun çox pis olduğunu vergi ödəyə bilməyəcəyini deyən seyyidin sözləri qəddar `mura `sir etmir. Əksinə o, zavallı seyyidə daha da ağır işgəncə verməyə başlayır.

Yalvarışlarının heç bir faydası olmadığını görən seyyid, zalım `murdan bir həftə möhlət istəyib deyir: “İnşəallah Allah-təala bir çıxış yolu açar. Heç olmasa cəddim peyğəmbərdən həya et.”

Vergi `muru deyir: “Əgər sənin cəddin bacarandırsa, ya səni mənim şərimdən qurtarsın, ya da istəyini yerinə yetirsin.” Sonra seyyiddən bir günlük zəmanət alıb deyir: “Əgər sabah səhər tezdən vergi haqqını ödəyə bilməsən, sənin boğazına nəcasət tökəcəyəm. Cəddinə de ki, bacarırsa onu da etsin.”

Həmin `mur axşam evə qayıdanda evin damında yatır. Gecənin bir yarısı ayaqyoluna getmək üçün yuxudan ayılır. Qaranlıq olduğundan ayağını nərdivanın pilləsinə qoyanda nərdivanla birlikdə yerə yıxılır. Təsadüfdən həmin yerdə ayaqyolu üçün qazılmış quyu vardı yıxılanda üzü üstə həmin nəcasət quyusuna düşür. Xoşbəxtlikdən həmin axşam heç kimin bu hadisədən xəbəri olmur. Sübhə qədər nəcasətin içində qalır. Səhər onu nəcasət quyusunun içində başı üstə göbəyinə qədər murdarçılığa batmış halda tapırlar. `murun qarnına o qədər nəcasət dolmuşdu ki, elə oradaca ölmüşdü.[8]

 

İMAM HÜSEYNİN (Ə) TÜRBƏTİNƏ HÖRMƏTSİZLİYİN CAVABI

Vəsailüş-şiəkitabının müəllifi Şeyx Hürr Amiliİsbatül-hudaadlı digər bir kitabında belə nəql etmişdir: “Məşhur məsihi təbibi Yuhənna deyirdi: Musa ibn İsanın sarayında olduğumuz vaxt müsəlman sərkərdələrdən biri Kərbəla türbəti ilə sağalan xəstələrdən söz açdı. Bəni-Haşim qəbiləsindən olan bir nəfər onun sözünə əlavə edərək dedi:

Biz əlacı olmayan xəstələrimizi onunla (Kərbəla türbəti) müalicə edirik. Musa ibn İsa Əhli-beytin (ə) qatı düşmənlərindən biri idi. O, İmam Hüseyni (ə) məclisdəkiləri ələ salmaq niyyəti ilə əyləşdiyi yerə bir az Kərbəla türbətindən tökməyi əmr etdi. Oturmağıylayandım, yandım”–qışqırığının ərşə qalxması bir olur. Bu vəziyyətdə məsihi təbiibn əlindən bir gəlmir. Onun ciyərləri parça-parça olub ləyənə tökülür. Sonralar həmin təbib məsihi olmasına baxmayaraq Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gedir müsəlman olur.

Bir dəfə Şah Abbasın sarayında şahın xüsusi qonaqlarından olan bir məsihi alimi belə deyirdi:

İnsanların batinini görməyi bacarıram.” Elə bu vaxt məclisdə oturan Şeyx Bəhai üzünü həmin alimə tutub deyir: Mənim ovcumdakının olduğunu deyə bilərsənmi?

Həmin alim bir az fikrə getdikdən sonra– “ olduğunu bilirəm. Amma sənin ovcuna cür sığışdığından təəccüb edirəm. Çünki sənin ovcundakı Cənnətin bir hissəsidir”– deyə cavab verir.

Şeyx Bəhai deyir: “Bəli, mənim ovcumdakı İmam Hüseynin (ə) türbətidir.”[9]

 

PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİYİN AQİBƏTİ (1)

Peyğəmbərlə (s) get-gəl etməsinə baxmayaraq, Əqəbə ibn Əbi Muit hələ müsəlmanlığı qəbul etməmişdi. Günlərin birində o, Peyğəmbəri (s) qonaq çağırır. Bunu eşidən Peyğəmbər (s) buyurur: “Qonaqlığa gələrəm, amma yeməyi bir şərtlə yeyərəm ki, sən müsəlmanlığı qəbul edəsən.” Əqəbə Peyğəmbərin (s) bu şərtilə razılaşır. Əqəbənin dostları bu işdən xəbər tutanda ona öz e`tirazlarını bildirirlər. O–“Məhəmməd (s) mənimlə yemək yesin deyə şəhadəteyni demişəm”– deyə onları razı salmağa çalışır. Dostları Əqəbəyə dedilər: “Əgər bizimlə dostluq etmək istəyirsənsə, gərək ağzının suyunu Peyğəmbərin (s) üzünə atasan.”

O, öz nadan dostlarının bu axmaq fikrilə razılaşıb bu işi icra etmək istəyəndə, tüpürcək geri qayıdıb onun üzünə tökülür. Onun hər iki yanağını elə yandırır ki, ölənəcən izi getmir.[10]

 

PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİYİN AQİBƏTİ (2)

Ütbə Əbu Ləhəbin oğlu idi. O da atası kimi Peyğəmbərlə (s) düşmənçilik edərdi. “Nəcmsurəsinin Peyğəmbərə (s) nazil olduğunu eşidən Ütbə dedi:

Mən bu surəni qəbul etmir ona inanmıram.” O, Peyğəmbərin (s) Me`racından bəhs edən bu surəni məsxərəyə qoyub inkar edərdi. Peyğəmbər (s) ürək ağrısı ilə ona belə nifrin etdi: “Ey Allahım! Onu öz yırtıcı heyvanlarından birinə həvalə et.”

Çox keçmədən Ütbə ticarət karvanıylaŞamşəhərinə səfər etməli oldu. Bir az yol gedəndən sonra yırtıcı bir şirin karvana tərəf gəldiyini görən Ütbənin canına vəlvələ düşür. Səfər yoldaşları ona deyirlər:

Biz ki, sənin yanındayıq. Bəs nədən qorxursan?”

Məhəmməd (s) mənə nifrin etmişdir. And olsun Allaha, göylər Məhəmməddən (s) doğru danışan başqa birinin üzərinə kölgə salmamışdır.”

Şir onu tapmasın deyə səfər yoldaşları öz yüklərini onun ətrafına toplayırlar. Buna baxmayaraq şir yüklərin üstünə çıxıb pəncəsiylə onları dağıtmağa başlayır. Amma şirin əlinə keçmədən Ütbənin ürəyi partlayıb elə oradaca ölmüşdü.[11]

 

HƏZRƏT ƏLİNİN (Ə) VİLAYƏTİNİ İNKAR EDƏNLƏRİN AQİBƏTİ

Cabir ibn Abdullah Ənsari belə nəql edir:

Günlərin birində həzrət Əli (ə) camaat qarşısında moizə edirdi. Əvvəldə Allaha həmd-səna etdikdən sonra buyurdu: “Burada Məhəmmədin səhabələrindən dördü siz camaatın qarşısındadır. Dediyim bu dörd nəfər bunlardır:

1. Ənəs ibn Malik.

2. Əş`əs ibn Qeys.

3. Bəra ibn Azib Ənsari.

4. Xalid ibn Yəzid Bəccəli.

Sonra bu dörd nəfərin hər birindən təkbətək bu sualı soruşdu. Əvvəlcə üzünü Ənəs ibn Malikə tutub dedi:

Ey Ənəs! Məgər sən Peyğəmbərin (s) mənim haqqımda dediyi bu sözləri eşitməmisən ki,–“Hər kimin mövlası mənəm, Əli onun mövlasıdır.”

Bunları eşitdiyin bir halda inkar etmiş olsan, Allah-təala səni bərəs (dəri xəstəliyi) xəstəliyinə düçar edəcək. Bu xəstəlikdən əmələ gələn ləkələr başını üzünü tamamilə bürüyəcək. Elə bir vəziyyətdə olacaqsan ki, əmmamə ilə bu ləkələri gizlədə bilməyəcəksən.”

Sonra Əş`əs ibn Qeysə dedi: “Ey Əş`əs! Sən Peyğəmbərdən (s) mənim haqqımda eşitdiyinə şəhadət verməsən, ömrünün sonunda Allah-təala hər iki gözünü kor edəcəkdir.”

Ey Xalid ibn Yəzid! Sən isə haqqı eşidib gizlətmiş olsan, Allah-təala səni cahillər kimi öldürəcək!”

Sonda üzünü Bəra ibn Azibə tutub dedi: “Ey Bəra ibn Azib! Bunlar sənə aiddir. Əgər sən Peyğəmbərin (s) mənim haqqımda dediklərini dansan, Mədinəyə hicrət etdiyin yerdə öləcəksən.”

Bu dörd nəfər Qədir-Xum günündə Peyğəmbərin (s) Əli (ə) haqqında dediklərini inkar etdilər.

Cabir ibn Abdullah Ənsari deyir:

Allaha and olsun, bir müddətdən sonra Ənəs ibn Malikin bərəs xətəliyinə tutulduğunun şahidi oldum. O, üz-gözündəki ləkələri əmmaməsi ilə gizlədə bilmirdi.

Ənəs ibn Qeysin hər iki gözünün kor olduğunu gördüm. O, deyirdi:

Allaha çox şükürlər olsun ki, Əlinin (ə) nifrini bu dünyada gözlərimin korluğu ilə sona yetdi. yaxşı ki, O (Əli (ə)) məni əbədi əzabla nifrin etməyib. Yoxsa həmişəlik axirətdə əzab içində olardım.

Xalid ibn Yəzidin öz evində öldüyünü ailəsinin onu evdə basdırmaq istədiklərini eşitdim. Amma Kindəqəbiləsi bunu eşidib onun evinə hücum çəkir cahiliyyət dövrünün adəti üzrə onu evinin qapısının kənarında basdırırlar. Beləliklə, o, cahillər kimi axirət evinə yollanır.

Müaviyə, Bəra ibn Azibi Yəmənə hakim `yin etmişdi. O Yəməndə, `ni Mədinəyə hicrət etdiyi yerdə zalım hakim olduğu bir halda dünyadan köçdü.[12]

İmam Hüseyndən (ə) belə rəvayət olunur: “` (Əş`əs ibn Qeysin qızı) atasının Əli (ə) ilə düşmənçilik etdiyini bilirdi. Ona görə deyirdi ki: Əli (ə) onu alov boğazı adlandırmışdı. O bu adın səbəbini soruşanda, Həzrət buyurdu: “Əş`əsin ölüm vaxtı yetişəndə göydən boğaza oxşar alov şö`ləsi ona tərəf gələcək. Bu alov onu yandırıb qara kömürə döndərəcək.”

Belə oldu. O, can verdiyi vaxt, `d edilən həmin alovun onu yandırdığını gördülər. Əş`əs fəryad çəkib qışqırırdı: “Necə pis imiş Əli (ə) ilə düşmənçiliyin nəticəsi.”[13]

 

 

 

 

 

 

 

 

 

HƏZRƏT ƏLİ (Ə) GÖZLƏRİMİ KOR ETDİ

Şeyx Müfid buyurur: “Bir gün Bağdadda `fər adlı bir şəxs kitablarını hərraca qoyub satırdı. Yaxınlaşıb mən bir neçə cild kitab aldım. Getmək istəyəndə `fər mənə dedi: Otur. Şahidi olduğum bir `cüzəni sənə danışmaq istəyirəm. Bu sənə imanının daha da möhkəm olmasına kömək edər. Şeyx Müfid deyir ki, mən onun sözünü yerə salmayıb oturdum. `fər dedi: Bir müddət dostumla birlikdə hədis rəvayət elmlərini öyrənmək üçün Əbu Abdullah Mühəddis adlı bir şeyxdən dərs alırdıq. Sonralar onun həzrət Əli (ə) ilə qatı düşmən olduğu hamıya bəlli oldu. O, `zən Həzrətin şəxsiyyətinə təhqir edici sözləri deməkdən belə çəkinmirdi. Biz hər ikimiz ona nəsihət etməyə çalışırdıqsa da o, öz inadından dönməyib deyirdi: “Mən öz əqidəmdən heç vaxt dönmərəm.”

Bir dəfə dərsdə o, həzrət Zəhraya (s) yaraşmayan söz deyəndə, artıq onun dərslərinə getməməyi qərara aldıq. “Bu cür şəxsdən dərs almağımızın faydası nədir?”– deyə düşündük.

Gecə yuxuda həzrət Əlinin (ə) Əbu Abdullah Mühəddisin evində oturduğunu gördüm. O Həzrət narazıçılıqla şeyxə dedi: “Axı sənə etmişəm ki, mənimlə düşmən olmusan? Məgər qorxmursanmı ki, Allah-təala səni kor edər?”

Bunu deyəndən sonra həzrət Əli (ə) şeyxin sağ gözünə işarə etdi. Yuxuda onun sağ gözünün kor olduğunu gördüm. Elə bu vaxt yuxudan ayıldım.

Səhər açılan kimi dostumla birgə Şeyxin evinə gedib onu bu məsələdən agah etmək qərarına gəldim. Elə bu fikirlə evdən çıxanda dostumun bizə tərəf gəldiyini görüb təəccüblə soruşdum: “Hara belə?” Dedi: “Dünən axşam bir yuxu görmüşəm, gəldim ki, onu sənə danışam.” Yuxuda gördüyünü soruşanda `lum oldu ki, o da mən gördüyüm yuxunu görmüşdür. Dostuma dedim: Elə mən bu yuxunu görmüşəm.

Birlikdə şeyxin mənzilinə yollandıq. Qapını döyəndə içəridən qadın səsi gəldi: Bu gün dərs yoxdur.

Bizniyə bu gün dərs yoxdur?–deyə soruşduq. Qadın dedi: Şeyxin halı çox pisdir. Bu gün səhər açılandan əlini sağ gözünün üstünə qoyub qışqırır ki, Əli (ə) gözümü kor etdi.”

Elə biz buna görə gəlmişik”– deyəndə qadın qapını açıb bizi içəriyə `vət etdi. Şeyx bizi görüb dedi: “Axır ki, Əli (ə) məni kor etdi.”

Axşam yuxuda gördüklərimizi ona danışıb dedik ki, gəl bu inadından əl çək. Bəlkə Allah-təala sənə şəfa verə Əlinin (ə) lütfü ilə gözün sağala.”

Birdən qışqırıb dedi: “Əgər Əli (ə) o biri gözümü kor etsə, yenə mən öz düşmənçiliyimdən əl çəkməyəcəyəm!”

Ayağa qalxıb onun mənzilini tərk etdik.

Axşam yuxuda yenə həmin əhvalatı gördüm. Amma bu dəfə həzrət Əli (ə) şeyxin sol gözünə işarə edəndə, onun bu gözünün kor olduğunun şahidi oldum. Bir müddətdən sonra onun mənzilinə gedəndə sol gözünün kor olduğunu gördüm. Buna baxmayaraq onun həzrət Əliyə (ə) qarşı olan düşmənçiliyi daha da artmışdı. Axır ki, bu şeyx küfr ilə dünyadan getdi cəhənnəmə vasil oldu.[14]

 



[1] Seyyid Abbas Musəvi Mütləq, “Əcubeyi Əsr”, səh. 113-116.

[2] Həmin, səh. 85-87.

[3] \"Vəsailüş-şiə\", c. 12, səh. 135.

[4] Dastanhai sahibdilan”, c. 2, səh. 56.

[5] Mənaqib ibn Şəhraşub”, c. 4, səh. 414.

[6] Nadir şahın keşməkeşli həyatı, səh. 252.

[7] Kəlmeyi-Təyyibə, Müntəxəbüt-təvarix”, səh. 819.

[8] Pəndhayi-tarix”, c. 1, səh. 64.

[9] İsbatül-hüda”, Şeyx Hürr Amuli.

[10] Tərcümei-əlğədir”, c. 16, səh. 66.

[11] Tərcümei şərhi-təcrid”, (Ağai Şüərani) səh. 498.

[12] Əlməvaizil-ədədiyyə”, səh, 126.

[13] Əlməvaizil-ədədiyyə”, səh, 126.

[14] Adabi əz Qur`an”, səh, 245.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment