Beynəlxalq şöbə: Hollandiya parlamentinin ifratçı nümayəndəsi və təhqiramiz film olan “Fitnə” filmini çəkən Girt Vilderz çirkin əməllərini davam etdirərək 2011-ci ildə İslam əleyhinə kitab çap etmək istəyir. .
İQNA Quran agentliyinin “gnet” saytına istinadən məlumat verir ki, bu ifratçı nümayəndə deyib ki, mən bu kitabı çap edib onu ABŞ-ın kitab bazarında geniş formada yayılmasını istəyirəm və məqsədim İslam əleyhinə beynəlxalq mübarizəni başlamaqdır.
Vilderz utanmazcasına deyib ki, biz Hollandiyada İslamla mübarizə üçün çox işlər görə bilərik, lakin istəyirik bu kimi fəaliyyətlərimizin nəticəsini Ərəb və İslam ölkələrində də görək. Bu səbəbdən çalışırıq bu mövzunu beynəlxalq səviyyədə diqqət mərkəzində saxlayaq.
İfratçı parlament nümayəndəsi deyib ki, 2011-ci ildə bu kitabı çap edəcəm və kitabda İslamçılıqla mübarizə yollarını oxuculara izah edəcəm.
source : www.iqna.ir