Azəri
Sunday 5th of May 2024
0
نفر 0

İmam Sadiqin (ə) nəzərində şiə və Əhli-Beyt sevənlər

1.İman qardaşlarına qarşı əliaçıqlıq.
İmam Sadiq (ə) zikr olunmuş rəvayətdə əliaçıqlıq və bəxşişi şiələrə layiq birinci sifət kimi tanıtdırır. İnsan öz ailə üzvlərinə diqqətli olduğu kimi din qardaşlarına da diqqətli olmalıdır. İmkanlı müsəlman imkansız müsəlmanın ehtiyaclarını ödəməyə borcludur. Mömin qardaşı xəstələnərkən və ya səfərdən qayıdarkən onun görüşünə getmək şiənin ibtidai vəzifələrindəndir. Əlbəttə ki, bütün əxlaqi göstərişlərə əməl etmək çətindir. Məsələn, evdə ehtiyac olmayan əşyaları, kitabları satıb dostun ehtiyaclarına sərf etmək o qədər də asan deyil.
2.Əlli bir rəkət namaz.
Şiələr öz ibadətləri ilə də seçilirlər. Əhli-beyt Allaha yaxın olduğu üçün seçilir. Onlar ibadət və bəndəlikdə hamıdan irəlidə olduqlarından, özünü şiə bilənlər də ibadətləri ilə seçilməlidirlər. Şiələrə əlli bir rəkət namaz qılmaq sifariş olunmuşdur. Bu əlli bir rəkətin on yeddi rəkətini gündəlik vacibi namazlar təşkil edir.
3.Davakar olmamaq.
Millətlər arasında hər çirkin sifəti müəyyən bir heyvana aid bilmək kimi adət var. Məsələn, heyvanlar arasında it yeri gəldi-gəlmədi hücum etməsi, davakarlığı ilə seçilir. Tanımadığı adamı görən it hökmən ona hücum edir. Onun bu hərəkəti xarakterindəki davakarlığın nişanəsidir. Müəyyən obyektləri qorumaq üçün hətta itlərə keşikçilik təlimi də keçirilir. Beləcə, itdə olan davakarlıq xüsusiyyətindən faydalı şəkildə istifadə edilir. Amma insanın tanımadığı insana qarşı davakar münasibəti normal sayıla bilməz. Amma tanışlara qarşı davakarlıq heç də itdə də müşahidə olunmur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr it kimi davakar olmazlar.»
4. Tamahkarlıq.
Tamahkarlıq ən çox qarğada müşahidə olunan sifətdir. Bu quş ac olmadığı vaxtda da əlinə keçəni toplayıb gələcək üçün ehtiyac yığır. Qarğa qoz yığıb basdırması ilə məşhurdur. Hətta belə bir məlumat var ki, təbiətdəki qoz ağacının əksəriyyətini qarğalar əkib. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr qarğa kimi tamahkar olmaz.» Yəni Əhli-Beyt ardıcıllarında ehtiyacından artıq var-dövlət toplamaq həvəsi müşahidə edilməməlidir. Əhli-beyt (ə) öz şiələrini heyvani sifətlərdən uzaq olmağa çağırır.
5. Əhli-Beyt düşmənləri qarşısında vüqar və onlardan uzaqlıq.
İslamın təkid etdiyi bəyənilmiş sifətlərdən biri izzəti-nəfs, yəni ehtiyacını bildirməyib başqalarına, hətta ata-anasına da ağız açmamalıdır. Əlbəttə ki, insan bəzən başqalarının köməyinə ehtiyac duya bilər. Məsələn, gecə yarı ağrısı tutmuş ailə üzvünü xəstəxanaya aparmaq üçün qonşunun avtomobilinə ehtiyac yarana bilər. Amma bu günkü dünyada başqalarının köməyi olmadan yaşamaq olduqca çətindir. Bəs kimdən kömək istəmək olar? İmam Sadiq (ə) buyurur: «Bizim şiələr bizim düşmənlərimizlə qonşu olmaz, acından ölsələr belə bizim düşmənlərə ağız açmazlar.» Əhli-Beytin əxlaqi göstərişlərində tapşırılır ki, imkan daxilində möminlərdən və Əhli-beyt şiələrindən kömək istəyin və günahkarlardan, Əhli-Beyt düşmənlərindən minnət götürməyin. Hədisdə cahillər yox, inadkar düşmənlər nəzərdə tutulub. Nadanların hidayət olmasına ümid itmədiyindən onlarla əlaqə saxlamaq faydalı ola bilər. Bəziləri isə inadkarcasına düşmənçilik edirlər. Qeyrətli şiə belələrinə ehtiyacını bildirməməli, onlara ağız açmamalıdır.
6. Bütün hökmlərdə Əhli-Beytə tabeçilik.
Bəzi hökmlərə münasibətdə məzhəblərin nəzəri fərqlidir. Məsələn, Əhli-beyt ilanbalığının ovunu haram bildiyi halda, digər məzhəblər onun ovunu və yeyilməsini halal hesab edirlər. Məsələn, başqa məzhəblərdə xüsusi hallarda dəstəmaz zamanı ayaqqabının üstündən məsh çəkməyi mümkün hesab etdiyi halda Əhli-beyt bu işə icazə vermir. İslamın ilkin dövrlərində ərəblər xurma və kişmişi isladar, bir müddət sonra onun suyunu içərdilər. Bu suda zəif məstedicilik xüsusiyyəti olardı. Əhli-Beyt bu içkini spirtli içkilərə aid edərək haram buyurmuşdur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr ilanbalığı yeməkdən imtina edər, ayaqqabı üstündən məsh çəkməz, zöhr namazı və onun nafiləsini düzgün yerinə yetirər və spirtli içkidən istifadə etməzlər.»

Həqiqi şiə ilə əhli-beyt aşiqinin fərqi
Həqiqi şiənin özünəməxsus xüsusiyyətləri var və onlar bu xüsusiyyətlərlə tanınırlar. Əhli-beyti sevmək şiə olmaq üçün kifayət deyil. Həqiqişiə olmaq üçün danışıq, rəftar, ibadət və sair sahələrdə məsum imamların yolunu getmək zəruridir. «Şiə» sözü Quranda da işlədilmişdir. Həzrət Nuhun əhvalatından sonra buyurulur: «Şübhəsiz ki, İbrahim də onun yolu ilə gedənlərdən (onun şiələrindən) idi.»
Əhli-Beyti sevmək həqiqi şiə olmaq deyil. Məsələyə aydınlıq gətirmək üçün rəvayətə müraciət edək. İmam Rizanın (ə) vəliəhdlik məsələsi ortaya çıxdığı zaman o həzrəti Mərv şəhərinə gətirdilər. Camaat dəstə-dəstə onun təbrikinə gəlirdi. Camaat elə hesab edirdi ki, bu iş Əhli-beytin qələbəsidir. Bir müddət sonra imamın görüşünə gəlmiş şiələri gözətçi qapıda saxlayıb soruşdu ki, siz kimsiniz? Onlar cavab verdilər ki, biz imamın şiələriyik. Gözətçi imamdan icazə almaq üçün getdi. O, imama ərz etdi ki, gələnlər sizin şiəniz olduqlarını deyirlər. İmam Riza (ə) onları qəbul etmədi. Bu adamlar üç gün ardıcıl imamın görüşünə gəlsələr də, imam görüşdən imtina etdi. Onlar anladılar ki, imamın imtinasında bir məna var. Gözətçiyə yalvardılar ki, bu işin səbəbini öyrənsin. Gözətçi imamdan soruşdu ki, ey mənim mövlam, bu insanları qəbul etməməyinizin səbəbi nədir? İmam buyurdu: «Onlar şiə olduqlarını iddia edirlər. Həqiqi şiələr Səlman və Əbuzər kimi olur. Bu insanlarda isə həqiqi şiə yox, sadəcə Əhli-beyti sevənlərdir.» Bu insanlar aşiq idilər. Ona görə də işin səbəbini öyrəndilər. Hansı ki, şiəlik iddiasında olanların çoxu həvəsdən düşüb geri qayıdardı. Qəlbində Əhli-beyt məhəbbəti olanlar bu məhəbbətdən istifadə edib həqiqi şiə olmaq üçün çalışdılar.
Həqiqi şiələrin azlığı.
İmam Sadiq (ə) həqiqi şiələrin xüsusiyyətlərini saydıqdan sonra ibn Cündəb onların harada olmağı barədə soruşdu. İmam (ə) bir Quran ayəsinə işarə ilə həqiqi şiələrin dağlarda və şəhərlər ətrafında olduğunu bəyan edir.
Bu söhbət o dövrə təsadüf edir ki, mövcud hakimiyyət Əhli-beyt və onun şiələrini incidib sıxıntıya salardı. Şiələr həbs olunar, min bir işgəncə ilə qətlə yetirilərdilər. Ona görə əksər şiələr Hicazdan uzaqlaşar, İran və sair məntəqələrə köçərdilər. Elə bu səbəbdən də bir çox imam övladlarının məqbərəsi İranın dağlıq ərazilərindədir. Elə bu səbəbdən də İmam (ə) ibn Cündəbə anladır ki, bizim şiələri şəhər mərkəzlərində camaat arasında görə bilməzsən. İmam buyurur ki, bizim şiələri tanımaq istəsən adi insanlarla yaxınlıq etməyənləri axtar. Həzrət buyurur ki, bizim şiələr xalq arasında eynən Həbib Nəccar Antakiyada olduğu vəziyyətdədir.
Allahu-Təala (c.c.) «Yasin» surəsinin 14-cü ayəsində iman gətirməyənlərə antakiyalıları misal çəkir: «O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. O iki elçini üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər ki, həqiqətən biz sizə göndərilmiş elçilərik.» Amma şəhər camaatı nəinki iman gətirmədilər, hətta göndərilmiş peyğəmbərləri ölümlə hədələdilər. Bu vaxt peyğəmbərləri müdafiə etmək üçün şəhərin ucqar nöqtəsindən Həbib Nəccar gəldi: «Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: «Ey qövmüm, elçilərə tabe olun!». Həbib Nəccar şəhərin bir guşəsində tənha yaşayırdı. Qövmünü doğru yola dəvət etdikdən sonra hücuma məruz qalıb qətlə yetirildi.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN AİLƏNİN MÖVQEYİ
Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)

 
user comment