Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Şərq və Qərb

Son zamanlar Azərbaycanın bəzi Kütləvi İnformasiya Vasitələri (KİV) tez-tez elə hey bu Qərb və demokratiya mövzusunu gündəmə gətirirlər. Məsələn bəzi KİV-lər deyirlər ki, demokratiya anlayışının Yunanıstanda meydana gəlməsinə baxmayaraq, demokratiya hal-hazırda Avropa və Amerika Birləşmiş Ştatları (ABŞ) - Qərbin az qala ki, milli sərvətinə çevirilsin. Yəni demokratiya, insan haqları, vicdan azadlıqı, vətəndaş cəmiyyəti, söz azadlıqı və sairə şeylər elə ancaq Qərbin üzündə və özündə təcəlla edib...
Bu belə.
Mən lap əvvələr Avropa və ABŞ-da - Qərbdə tam demokratiyanın olmasına bir az şübhə ilə yanaşırdım, amma bu yaxınlarda isə mən Qərbdə demokratiyanın olmamasına tam əmin oldum. Bəli mən ki, bunu deyirəm və necə ki, mən əvvəllər Qərbdə demokratiyanın olmasına şübhə ilə yanaşırdım, bəzi oxucular da mənim bu yazdıqlarıma şübhə ilə yanaşacaqlar (bəlkə də məni “boş-boş danışmaqda” belə suşlayacaqlar). Neynək, onda deməli vəziyyət belədirsə, mən də bu şübhəli oxucularımın nəzərinə Qərb haqqında apardığım bəzi tarixi qeydləri şərhsiz çatdırmaq istərdim.
Böyük Britaniya höküməti heç bir səbəb olmadan 1920-ci ildən başlayaraq İslam torpağı olan Fələstini işğal edir. Yerli müsəlman əhalisinin bir hissəsini hər cür vəhşililkə qətlə yetirir, bir hissəsini isə Fələstin torpaqlarından - doğma yurd-yuvalarından didərgin salaraq xaricə sürgün edir və fələstinlilərin yaşadıqları ərazilərə bütün dünyadan yəhudiləri köçürdür. Daha sonra isə yəni 1947-ci ildə 27 illik işğaldan sonra ingilis əsgərləri Fələstini tərk edir, amma silahlarını yəhudi dəstələrinə vermək şərti ilə. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1947-ci il noyabrın 29-unda belə bir qərar çıxarır ki, Fələstini iki yerə bölüb, iki dövlət yaratsınlar. Biri ərəb dövləti olsun, digəri isə yəhudi dövləti. Bəli, hadisənin üstündən bir az keçəndən sonra yəhudi – yəhudi (İsrail) dövləti yaradılır. Amma Ərəb (müsəlman) dövləti yaradılmır! (?) Beləliklə Fələstini tərk etmiş yerli müsəlmanların sayı bir milyonu ötür. 1918-ci ildə Fələstin əhalisinin 8%-ini təşkil edən yəhudilərin sayı 1948-ci ildə 80%-ə çatır.
ABŞ-nın o vaxt ki, prezidenti Harri Trumənin icazəsi ilə, ABŞ-ın atom bombasının Yaponiyanın iki şəhərində istifadəsi qərarlaşdırılır və 1945-ci ilin avqust ayının 6-sı səhər, ilk atom bombası bombardıman təyyarəsi ilə Hirosimaya, üç gün sonra isə (yəni avqustun 9-unda) ikinci atom bombası Naqasakiyə atılır. Bu iki bombanın enerji və radiasiya təsirləri nəticəsində iki yüz mindən çox adam tələf olur. ABŞ bombardımanı davat etdirəcəyini elan edərkən 15 avqustda Yaponiya təslim odur.
21-əsr. Prezident (oğul) Corc Buşun icazəsi ilə ABŞ ordusu növbəti dəfə (özünün “istehsal” etdiyi) dünyanın ən populyar və bir nömrəli terrorçusu Usamə Bin Ladinin Əfqanıstanda olduğunu zənn edərək onu tutmaq məqsədi ilə Əfqanıstanı işğal edir və özünü ora yerləşdirib bayrağını sancır. İşğal nəticəsində minlərlə əfqan şəhid olur, Əfaqnıstanın milli, mədəni, tarixi abidələri və digər şeyləri məhv edilir. Amma Bin Ladini tapmaq olmur ki, olmur. İşğal davam edir...
2003-cü il. Prezident (oğul) Corc Buşun icazəsi ilə ABŞ ordusu bu dəfə diktator Səddam Hüseynin “sözə baxmadığına” görə İraqı işğal edir. İşğal nəticəsində bir milyondan çox iraqlı şəhid edilir, İraqın milli, mədəni, tarixi abidələri və digər şeyləri məhv edilir, İraq belə demək mümkünsə sözün həqiqi mənasında xaraba qoyulur. Beş ildən sonra müsəlmanların Qurban bayramı günü Səddam Hüseyn ələ keçəndən sonra hamının gözü qarşısında “qurban” kəsilir. İşğal davam edir...
Bir az sonra isə İsrail höküməti “Hizbullah”-ı səbəbsiz terror təşilatı elan edərək Livanı bombalayır. Minlərlə livanlı qırılır. İşğal davam edir. Yenə...
Görəsən bu tarixi qeydlər az olmadı kı?
...Qərb həmişə hegemonluq, müstəmləkəçilik siyasəti yürüdüb. Həmişə Şərqin düşməni olub. Şərqin dəyərlərini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, əxlaqını məhv etmək istəyib və bacardığı qədər edib də. Qoşunlarını yeritdiyi və söküb dağıtdığı yer həmişə Şərqə olub. Fələstin, Yaponiya, Əfqanıstan, İraq, Livan və s.
Belə bir deyim var ki, Günəş (və eləcə də hər şey) həmişə Şərqdən çıxır, Qərbdə batır. Heç vaxt Günəş Qərbdən çıxmır. Yalnız bir dəfə Günəş Qərbdən çıxacaq. O da ki, dünyanın sonunda – Qiyamət günündə.
Bəlkə də Qərb dağılmağa məhkumdur, ona görə...

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)

 
user comment