Azəri
Monday 6th of May 2024
0
نفر 0

Milli mətbuatın milli düşmənləri

Sonuncu müstəqilliyindən sonra Azərbaycanın milli-mətbuatının bərpası hamımızı sevindirdi. Nəhayət bir çox ölkələr kimi Azərbaycanın da milli mənafeyindən çıxış edəcək, xalqın dərdinə şərik çıxacaq, xalqla bir gülüb, bir ağlayacaq milli-mətbuatımızın olması əlbəttə ki, bizi sevindirməli idi. Çox keçmədi ki, yeni-yeni televiziyalar yaradıldı, qəzetlər, jurnallar nəşr edildi. Milli jurnalistikamız formalaşmağa başladı. Əslində hələ ilk vaxtlardan mətbuat azadlığı, milli-mətbuat anlayışı bir çoxları üçün inandırıcı görünmürdü. Bunun nə dərəcədə düz olub olmamasını zaman göstərəcəkdi. Həqiqət olan bir şey idi. Mətbuata inanan da inanmayan da hamı mətbuatla yaxından maraqlanırdı. Sanki hamı nə isə gözləyirdi. Mən Azərbaycan mətbuatının tarixindən danışmaq fikrindən uzağam. Sadəcə olaraq demək istəyirəm, mətbuat bəlkə də xalqın yeni ümüdi idi, gələcəyə inamı idi. Hamı inanırdı (bəlkə də inanmaq istəyirdi) ki, mətbuat xalqın düzgün maariflənməsinə, övladlarımızın tərbiyəsinə, ailələrimizin daha da möhkəmlənməsinə, problemlərimizin işıqlnandırılmasına yardımçı olacaq. Milli mənlik şüurumuzun yaranmasında, milli özünəqayıdış prosesinin gücləndirilməsində, düşmənlərimizlə ideoloji mübarizənin aparılmasında aparıcı rola malik olacaq. Lakin...... Sən demə hələ qara günlərimiz irəlidə imiş. Sən demə biz “milli mətbuat” adlı xam xəyallara dalarkən, düşmən oyaq imiş. Üzümüzə gülüb, kürəyimizə bıçaq saplamağa hazır olan düşmən uzun müddət belə bir fürsət axtarırmış ki, mətbuat vasitəsilə evimizə qədər soxulsun. Bundan da acınacaqlı olan odur ki, düşmən dəyirmanına su tökən, sapı özümüzdın olan baltaları tapmaq düşmənlər üçün çox da çətin olmadı. Çox keçmədi ki, “milli mətbuatda” “yad cücərtilər” görünməyə başladı.
Bu gün mətbuatda düşmən bıçağı sümüyümüzə qədər işləyib. Artıq vəziyyət əleyhimizə o qədər dəyişib ki, xalqın yol göstərənləri, alimləri, ziyalıları efirdən didərgin düşüblər. Cahillər elmdən, tərbiyəsizlər tərbiyədən, xalq düşmənləri vətənə məhəbbətdən, rüşvətxorlar korrupsiyadan danışırlar. Üzdən iraq verilişlər, parno filmlər ekranları bəzəyir. Ən çox oxunan və baxılan mövzular şou və qalmaqallardır. Elmə, incəsənətə, vətənpərvərliyə aid mövzular azlıq təşkil edir, İslam dininə ümumiyyətlə yer verilmir. Əksinə İslam peyğəmbəri “milli mətbuatda” təhqir olunur, terrorçu adlandırılır. Milli düşmənlər isə bunu mətbuat azadlığı adlandıraraq heç bir şey olmamış kimi xalqı zəhərləməyə davam edirlər.
Gərək xalqın agah insanları bu məsələlər haqqında düşünsünlər. Üzərlərinə düşən məsuliyyəti dərk etsinlər. Həqiqətən bu millətə və dövlətə xidmət edən mətbuat orqanları yazıçıları, natiqləri, alimləri, ruhaniləri qəzet səhifələrində, mavi ekranlarda xalqla görüşdürsünlər. Şərait yaratsınlar ki, onlar xalqa doğru yolu göstərsinlər, hadisələrin düzgün şərhini versinlər. İnsanları xalqın problemlərinin həllində səfərbər etsinlər. Bu gün xalq bilməlidir ki, mətbuat vasitəsilə ara qarışdırmaq, su bulandırmaq, insanların müqəddəslərini təhqir etmək mətbuat azadlığı yox mətbuat azadlığından sui istifadə etməkdir. Bu işlərdə əli olanlar isə milli mətbuatın milli düşmənləridirlər. Gərək xalq da vəzifəsindən, yaşından asılı olmayaraq bayağı verilişlərdən, qəzetlərədən imtina etsin. Xalq gərək təsdiq etsin ki, əxlaqsız qadının əxlaqdan, fərarinin vətənpərvərlikdən, səviyyəsiz, dıydıq insanların Azərbaycan musiqisindən danışmağa ləyaqəti çatmır. Əli qələm tutan hər bir insan əldə qələm bu mübarizəyə qoşulmalıdır. Əks təqdirdə hər kəs Allahı, vicdanı və xalqı qarşısında cavab verməli olacaqdır.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şəxsiyyətin anomaliyası və bununla mübarizə yolları
İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN AİLƏNİN MÖVQEYİ
Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı

 
user comment