Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İslamofobiya fenomeninin təhlili

İslamofobiya termini son vaxtlar haqqında çox danışılan yeni terminlərdən biridir.Bu termin xüsusi olaraq, İslamın Qərblə rabitə kontekstində nisbətən işlədilib.Bu fenomen tarixdə, Qərblə İslam arasında aramsız əlaqələrin uzun-uzadı silsilələrindən qaynaqlanan dərin köklərə milikdir. Bu aramsız əlaqələrin nəticəsində Qərb tərzi-təfəkküründə “İslamdan qorxu” sabitləşərək səbəb oldu ki, onlar İslama ciddi bir xətər kimi baxsınlar.Şayəd bu tərzi-təfəkkürün bir ucu müsəlmanlarla Avropa xristianları arasında başvermiş xaç döyüşlərinə, bir ucu da tarix boyu İslam sivilizasiyasının ulduzu çıxdıqca Qərb sivilizasiyasının ulduzunun sönməsinə dayanır.
İslamofobiya termini ilk dəfə olaraq Qərbdə 1980-çı ilin sonları və 1990-çı ilin əvvəllərindən etibarən yayılmağa başladı.Bunun da kökü “biganəfobiya” fenomeni ilə bağlı olan ifadələrə gedib çıxır. Lakin 21-çi əsrin əvvəllərində başvermiş 11 Sentiyabr hadisələrindən sonra bu terminin ədəbiyyatı, daha çox Qərb ölkələrində yayılaraq daha da dərinləşdi.Yuxarıda deyilənlərə baxmayaraq “İslamdan qorxu” fenomeninin sabiqəsi İslam dininin ilk meydana çıxdığı çağlara təsadüf edir.Belə ki, “İslamofobiya”ın ilk fundamentini qoyanlar məhz Ərəbistan yarmadasında yaşayan yəhudi və ərəblər oldular.

İslamofobiya termininin kökü

“İslamofobiya” iki kəlmədən ibarət olan mürəkkəb bir ifadədir. “fobiya” latınca “hər hansı bir şeydən absurt qorxu” ya da “hər hansı bir şeydən bezmək” mənasını ifadə edir. “Fobiya” kəlməsi iki müxtəlif şəkildə işlədilir. Bu kəlmə bəzən psixologiyada bir növ xəstəliyə tutulmuş insanlar barəsində işlədilir, bəzən də sosial və ictimai zəmində “toplum və millətlərlə ziddiyyət”-lə bağlı terminlər sırasında işlədilir.”fobiya” ifadəsi birinci mənada “birbaşa siyasi dəlalət yükü”nə malik deyil. Lakin ikinci mənada bu yükə malikdir. “İslamofobiya” kəlməsi Avropanın siyasi lüğət kitablarında aydın bir məna daşıyır. Necə ki, 19-cu əsrdə “Antisemitizm” kəlməsi belə bir aydınlıq daşıyırdı.
Bu məqamda oxuyucunun diqqətini aşağıdakı maraqlı bir nöqtəyə cəlb etmək istərdim: “Qərb dünyası hətta “siyasi terminləşdirmə əməliyyatında” da belə İslam dininə qarşı ədavət və düşmənçiliyini əsirgəmir.Belə ki, İslam dininə yetişdikdə “İslamofobiya” terminindən istifadə edərək onu zalım kimi, yəhudələrə yetişdikdə isə “Antisemitizm” ifədəsindən istifadə edərək onu məzlum kimi qələmə verir.”

İslamofobiyanin formalaşmasının əsas səbəbləri

Fenomenoloji baxımdan “İslamofobiya” fenomeninin təhlilində hər bir fenomen kimi onu tək səbəbli hesab etmək olmaz. “İslamofobiya”nın əhəmiyyət baxımından bir-birindən fərqlənən bir çox səbəbləri vardır.
İndi isə gəlin birlikdə “İslamofobiya”ın əsas amil və səbəblərini nəzərdən keçirək:
A) Tarixin İslamla Qərb arasında başverən müharəbələrlə dolu olması:

İslam fəthləri əsrlər boyu İslamın üfüq və sərhədlərini genişləndirmişdir. Bu fəthlərdən əldə olunan “Rum hərbi düşərgələrinin məğlub olması və mərkəzlərinin müsəlman əskərlərinin ayaqları altında dağılması” kimi naaliyyətlər ilk acı və dərdli təcrübələr idi ki, Qərb İslam dünyası ilə öz rabətəsində onunla üzləşirdi.Bu kimi təcrübələr idi ki, “İslamdan qorxu” toxumunu Qərbin beyninə səpərək onda belə bir tendensiyanın inkişaf etməsinə gətirib çıxardı ki, Qərb dünyası İslama qarşı xəstəlik halına gəlib çıxan bir qorxunu öz vücudlarında daşısınlar.Tarixə qısa bir nəzər salmaqla Bu qəbildən olan hadisələrlə çox raslaşa bilərik.

B) İslamı yetərincə tanımama

İmam Əlinin(ə) ifadəsi ilə desək, insan adətən bilmədiyi şeylə düşmənçilik edər.Yəni nadancasına onu özünə xətər sayaraq ondan çəkinər.Bu prinsib “İslamdan qorxu,onunla mübarəzə və ona nifrət bəsləmə”ni qərblilər içərisində açıqlaya bilər.Çünki Qərb İslamla bağlı, elmi əhatəsi və mötəbər olmayan mənbələrdən əxz olunmuş səthi məlumatlara mailkdir.Qərbin univerisited dərsliklərində hələ də İslam haqqında, kökləri şərqşünaslıq məktəbində olan yanlış və azdırıcı məlumatlar mövcuddur. Onlar İslamı şərqşünasların-yəni Şərq zəminində və xüsusi olaraq İslamla bağlı qərb təfəkkürünü daşıyan bir halda araşdırma aparan qərblilər- vasitəsi ilə tanıyırlar. Bu gün yaxşı bilirik ki, müxtəlif sivilizasiya və mədəniyyətlərdə yaşayan insanların antologiya və qnoseologiyası bir-birindən tamamiylə fərqlənir.Qərb insanının qnoseoloji baxışı Şərq insanının qnoseoloji baxışından tam fərqlidir. Və habelə xristianla müsəlman. İslam adından yalnız o şəxs çıxış edə bilər ki, onun qnoseoloji və mədəni mühitində yaşayaraq onunla boya-başa çatmış olsun.Elə bu səbəbdəndir ki, şərqşünaslar və qərbin İslamşünaslarının təhlilllərinin çoxu yanlış çıxır.

C) Mənafelərin ziddiyyəti və dəyərlərin müxtəlifliyi:

Bu çaların mühüm bir hissəsi İslamla Qərb arasında mənafelərin qarşılıqlı ziddiyyəti üzərində dayanır.Bir çox liberal demokratik düşüncələr dini və islami düşüncələrlə üst-üstə düşmür.Bu gün Qərbin norma kimi qəbul etdiyi “fahişəlik, həmcins bazlıq, tam fərdi azadlıqlar, alkoqol içkilərdən istifadənin azadlığı v.s” elə bu qəbildəndir.Bu Qərb normaları İslam normaları ilə ziddiyyət təşkil etdiyindən təbiidir ki, qərblilər İslam və onun təlimlərini özləri üçün ciddi bir təhdid edici xətər hesab etsinlər.Əlbəttə etiraf etmək lazımdır ki, Qərb müəyyən miqdarda mötədil İslamı-Amerika İslamı-qəbul etməyə hazırdır. Hnsı ki, onun siyasi və iqtisadi mənafelərinə zəmanət verərək təhdid sayılmasın.

D) “Din”-lə “dindar” anlayışlarını bir-birindən ayırmama:

Çox zaman insanlar “düşüncə” ilə “düşüncəyə inanan” arasında fərq qoymurlar. Fərdlərin atdığı yanlış addımları onların inandığı “düşüncə”lərə insbət verirlər.Mümükündür ki, hər hansı bir fərdin inandığı “düşüncə və fikr” onu yaxşı əməllərə dəvət edən bir düşüncə olsun, lakin həmin fərdin öz nəfsani istəklərinə uyaraq inandığı düşüncənin ziddinə çıxıb tamm əks əməl etməsi o denək deyl ki, unun inandığı “düşüncə” onu belə bir işə vadar edir.Beləliklə fərdlərdən baş verən əməl və rəftarların təhlilində “düşüncə” sərhəddini “düşüncəyə inanan” sərhəddindən ayırmaq lazımdır. Təəssüflər olsun ki, “İslam” la “müsəlmanlar” arasında qeyd olunan prinsibə riayət olunmur. Müsəlmanlardan yanlış bir addımı müşahədə etdikdə, düşünmədən onu İslama nisbət verirlər.Bu zəmində “İslamofobiya”nın daha da artmasına getirib çıxardanlar özlərini müslman kimi qələmə verən “terrorist qruplaşmalar” və müqəddəs İslam dinini “insanlıq əqli və fitrətiylə zidd şəkildə” nümayiş etdirən firqələrdir.

İslamofobiyanin mərhələləri

İslamofobiya fenomenini tarixi baxımdan müasir dünyada bir neçə mərhələyə bölmək olar:

A) Bu projenin müəyyən şəkildə ilk mərhələsi yuxarida qeyd etdiyimiz kimi 80-cı illərin sonlarıda başladı.Qərb İslamofobiya projesinin başlamasının səbəbini “Şərqdə baş vermiş İslam inqilabının qələbəsi və İslam dünyasında ekstremist cərəyanların və İslam fundamentalizmının yenidən baş qalıraraq inkişafı” kimi mövzularda gördü.Şərqdə baş bermiş bu inqilabın ilk qələbə günlərindən etibarən dünya müsəlmanları arasında
“dini şüur və agahlıq” və “İslam kimliyi”nin meydana çıxmasına səbəb oldu. Və bununla da “İslam oyaqligı dialoqunu” səhnəyə gətirdi ki, bu da tədricən İslam dünyasına hakim olan bir dialoqa çevrildi.

B) Projenin ikinci mərhələsi isə 1989-cu ildə Sovetlər ittifaqının çökməsi ilə başladı.Şərq bloku və keçmiş sovetin çökməsi ilə Leo Straus kimi insanların “həqəqi və ya fərzi düşmənin varlığı” haqda irəli sürdükləri konservativ baxışlar əsasında “İslamofobiya projesi” birləşmiş ştadların siyası planlarından biri kimi hegomon qüvvələrin diqqət mərkəzinə çevrilir.Bu istiqamətdə birləşmiş ştadlar belə bir qərara gəlir ki, “biganəfobiya” və “düşüncə mühasirəsi”ni doldurmaq üçün İslam xətərini Komunizm xətərinin alternativinə çevirsin.Bu səbəbdən onlar yeni bir xətdə “İslamofobiya”planını sırf təbliğat xarakterindən çıxardaraq ona elmi və mədəni bır yapı verir. Bu zəmində 1993-cü ildə Samuel Huntington tərəfindən “sivilizasiyaların toqquşması” teorisi irəli sürülür. O, özünün Şərq blokunun çökməsindən sonrakı dünyaya istiqamətlənmiş nəzəriyyəsində sivilizasiyaların formalaşması barədə söhbət açır. Daha sonra isə beynəlxalq müstəvidəki mübarəzə və əlaqələri mədəniyyət və sivilizasiya meydanında olmasını vurğulayır.O, qeyd etdiyi sivilizasiyaların içərisindən daha çox İslam sivilizasiyası üzərində dayanır.Və inanır ki, qərb dünyası gərək hər nəyin bahasına olursa olsun bu sivilizasiyanı maharlamalıdır.
“İslam qanunlarının bəşər hüquqi ilə zidd olması, İslamın zorakı,qəddar və stratejiliyi yayan bir din olmasi, İslam dininin fundamental və elm-təkamüllə müxalif olması, İslamın terrorizm düşüncəsinin yaradıcısı olması v.s” bu qəbildən olan anlayışların təbliğatı İslamofobiyanın bu mərhələdəki yeni xəttinin bir hissəsini təşkil edir.

C) İslamofobiyanın üçüncü dalğası da 11 Sentiyabr hadəsələrindən sonra həyata keçir.Bu mərhələdə hegemon rejimlərin kontrolu altında olan KİV-lər səy göstərməyə başladılar ki, İslam dünyası ilə qərbin arasında olan əlaqələri tamailə dəyişsinlər.Bu üzdən geniş bir vəhdət şəklində “İslamla Qərb arasında sivilizasiyanı ayıran xətlər aktivləşdi.”ibarəsini insanlara təlqin edirdilər.11 Sentiyabr hadisəsindən sonra Corc Buş elan edir ki, “xaç döyüşləri” yenidən başladı.O, bu hadisədən sonra ölkələri iki qrupa-birləşmiş ştatlarla dost və düşmənə- bölərək deyir: “Bizimlə olmayanlar bizim eleyhimizədər”.
11 Sentiyabr partlayışlarndan iki gün sonra dünyanın ingilscə ən çox oxunan beynəlxalq qəzeti sayılan “Herald Tribune”də bir məqalədə belə bir yazı dərc olunur ki, bu hadisələr İslam sivilizasiyasının Qərb sivilizasiyasının toqquşmasını aşikar etdi.
Bu gedişatın davamında 11 Sentiyabr hadisəsindən bir ay sonra Amerikanın yeni konservativ cərəyanının teoristlərindən olan Fransis Fukuyama Qardin qəzeti ilə müsahəbədə vurğulayır ki, İslam qərb modernizmini təhdid edən yeganə mədəni sistemdir. O, daha sonra açıq-aşikar qeyd edir ki, Amerika modernizm qarşısında İslam ölkələrinin müqavimətəni sındırmaq üçün öz hərbi gücündən istifadə edə bilər.
Bu ölkənin mühüm stratejistlərindən sayılan Amerikanın sabiq müdafiə naziri William Cohen bu zəmində bildirir ki, Amerika və onun müttəhidlərinin İslamla savaşı dördüncü dünya müharəbəsidir. O, üçüncü dünya müharəbəsini 45 illik soyuq döyüş hesab edərək qeyd edir ki, dördüncü dünya müharibəsi də Qərb sivilizasiyası ilə İslam sivilizasiyası arasındakı döyüşdür.

Nəticə

İslamofobiya Qərbin dünyada müsəlmanların gün-bəgün artmaqda olan nüfuzunun qarşısını almaq məqsədi ilə “İslam oyaqlığı” qarşısında vaksenidir. İslamofobiya Avropa və Amerikada anti İslami fəaliyyətlər və KİV-lərin siyasətləri vasitəsi ilə güclənib. İslamofobiya təkcə müsəlmanların əleyhinə yönəli ayrıseçkiliyin kökü deyil.Əksinə, qlobal sülh üçün açıq-aşikar bir təhdid sayılır.İslamofobiyanin kökləri 11 Sentiyab hadəsələrindən qabağa gedib çıxır.Halbuki, bu gün 11 Sentiyabr hadəsələri bu fenomenin dünya miqyasında artmasının səbəbi kimi qəbul olunur.Bəsirət və dərin baxış sahiblərinə gizlin deyil ki, Qərb öz xarici siyasətinə qanun donunu geyindirmək məqsədi ilə bu fenomeni yaradıbdır.

 

 
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment