Azəri
Sunday 5th of May 2024
0
نفر 0

ƏHLİ-HƏDİS (5)

ƏHLİ-HƏDİS (5)

ƏQİDƏLƏR (4)

 

 

1. Əhli-hədisin xəlifələrin xilafəti barədə nəzəri necədir?

2. Əhli-hədisin hakimlərin barəsində nəzəri nədən ibarətdir?

 

 

4. XƏLİFƏLƏRİN XİLAFƏTİNƏ İMAN

Əhli-hədisin əqidəsində qabarıq şəkildə göstərilən dördüncü məsələ xəlifələrin xilafətinə iman məsələsidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, Əhməd ibni Hənbəl özünün «Əs-sünnə» kitabında demişdir ki, Peyğəmbərdən sonra ümmətin ən yaxşı şəxsləri Əbu Bəkr, ondan sonra Ömər, sonra Osman ondan sonra Əlidir ki, bunlar hidayət edən raşid xəlifələrdir. Əbul Həsən Əş᾿əri «Əl-İbanə» kitabında demişdir: Biz inanırıq ki, Peyğəmbərdən (s) sonra ən yaxşı rəhbər Əbu Bəkrdir. Həqiqətən Allah onun vasitəsilə Öz dininə izzət əta etdi onu ümmət üçün imam seçdi. Rəsuli-Əkrəm onu namaz üçün imam seçmişdi, camaat da onu Peyğəmbərin xəlifəsi kimi qəbul etmişdi. Ondan sonra ən fəzilətli şəxs Ömər ibni Xəttab, ondan sonra Osman ibni Əffandır. Onu zülmlə öldürmüşlər. Osmandan sonra isə Əli ibni Əbi Talibdir. Bu dörd nəfər Rəsuli-Əkrəmdən (s) sonra ümmətin rəhbərləridir onların xilafəti nübüvvət peyğəmbərliyin canişi hesab olunur.

TƏNQİD ARAŞDIRMALAR

Bu sözlərdən belə nəticə alınır ki, əhli-hədis onların ardıcılları olan əş᾿ərilərin e᾿tiqadı aşağıdakılardır:

1. Dörd xəlifənin xilafətini (haqq olmasını) iqrar etmək imanın bir hissəsi sayılır.

2. İmamət xilafət nübüvvət peyğəmbərlik səviyyəsindədir.

3. Raşidi xəlifələrin fəziləti onların xilafətlərinin tərtibi ilədir.

Bu nəzəri araşdırıb dəyərləndirməklə bir neçə sual yaranır:

1. Aşağıdakı məsələlərə diqqət yetirməklə, necə ola bilər ki, dörd xəlifənin xilafətinə e᾿tiqad bəsləmək imanın bir hissəsi sayılsın? Əvvəla, sünnü alimləri, mühəddis tarixçilər bilirlər ki, vəhy kəlamında, Rəsuli-Əkrəmin (s) bəyanında xəlifələrin xilafətinə dair aşkar bir göstəriş yoxdur. ᾿lum məsələdir ki, camaatın özü Peyğəmbərin (s) vəfatından sonra ümmətin icması (᾿y birliyi) ilə Əbu Bəkrə bey᾿ət etdilər, ikinci xəlifə Əbu Bəkr tərəfindən seçildi, üçüncü xəlifə şuranın ᾿yi ilə, dördüncü xəlifə isə camaatın ᾿y bey᾿əti ilə xilafətə çatdı. Buna görə xəlifələrin xilafətinə aşkar bir dəlil (nəss) yoxdur. Belə bir halda, din şəriət qanunlarının ᾿sis edildiyi zamanda üsulidinin bir hissəsi olmayan yalnız camaat tərəfindən ᾿yin olunan ümmətə rəhbərlik vəzifəsinin sonradan dininin bir hissəsi olması necə mümkün ola bilər?! İkincisi, sünnü alimlərinin əksəriyyəti imaməti üsulidindən deyil, füruidindən sayırlar. O cümlədən, imam Ğəzzali deyir: «Bilmək lazımdır ki, imamət məsələsi dinin mühüm ya əqli əsasları deyil, fiqhi məsələlər sırasındadır».[1] Seyfuddin Amədi belə deyir: «Bilmək lazımdır ki, imamət barəsində olan bəhslər üsulidindən deyildir. Bu məsələ gündəlik qarşıya çıxan işlərdən deyil ki, mükəlləflər ondan üz döndərə bilməsinlər...»[2] Buna əsasən, fiqhi məsələlərin qollarından sayılan bir məsələ necə ola bilər ki, Peyğəmbər (s) şəriətinə iman gətirməyin ayrılmaz bir hissəsi hesab olsun onun inkar edilməsi dindən xaric olmağa səbəb olsun?! Üçüncüsü, əgər xəlifələrin xilafətinə iman gətirməyi dinin bir hissəsi hesab etsək, onda Peyğəmbər (s) səhabələrinin müsəlmanlardan bir çoxunun dindən çıxmasını qəbul etməliyik. Çünki, Əbu Bəkr xilafətə seçildiyi zaman bir dəstə müsəlman müxalifətçilik etdilər, həmçinin ikinci, üçüncü dördüncü xəlifə seçilən zaman digər bir qrup kəskin mübarizəyə başladılar. Halbuki, əvvəldə qeyd etdik ki, əhli-hədis bütün səhabələrin ədalətli olmasına inanır onların fəzilətinin inkar olunmasını dindən çıxmaq kimi qələmə verir.

2. Əhli-hədis bir tərəfdən xilafət imaməti nübüvvət peyğəmbərliyin canişini kimi qələmə verir, digər tərəfdən xəlifələrin yalnız dörd nəfərdən ibarət olduqlarını bildirirlər. Burada belə bir sual yaranır ki, əgər imamət nübüvvət onun canişini məqamındadırsa, necə olur ki, Peyğəmbərin (s) vəfatından sonra yalnız dörd nəfər xilafətə çatır Əmirəl-᾿minin Əli ibni Əbi Talibin (ə) şəhid olması ilə sona yetir?! Görəsən xilafət imamət Peyğəmbərdən (s) sonra yalnız 30 il lazım idimi ondan sonra camaatın imama ehtiyacı yoxdurmu?!

3. Raşidi xəlifələrinin fəziləti ilə onların sıra tərtiblə xilafətə seçilməsi arasında kimi əlaqə bağlılıq vardır? Əgər fəzilət üstünlük me᾿yarı İslamı daha tez qəbul etmək olsaydı, onda tarixi gerçəkliklər digər bir tərtibatın təşkilini üzə çıxarardı. Əgər Peyğəmbəri-Əkrəmin (s) xəlifələrin fəzilətinə daha üstün olmasına dair şəhadət verməsi, onları hörmət ᾿riflə yad etməsi me᾿yar olsaydı, onda o həzrətin hədislərinə müraciət etməklə anlamaq olar ki, həqiqət tam ayrı bir şeydir; onlar haqda buyurulan sifətlər, imtiyazlar işlər tamamilə fərqlidir. Bu dəfə tamamilə başqa bir cədvəl tərtib etmək lazımdır. Buna əsasən, əgər «raşidi xəlifələrinin əfzəl olması, onların xilafətə ᾿yin olunma tərtibi əsasındandır» - sözünün me᾿yarı səhabələrin şəhadət ᾿yi olsaydı, belə bir hadisəni tarixdən əldə etmək mümkün olmazdı.

Çünki əvvəla, ikinci üçüncü xəlifə bütün səhabələrin ᾿y şəhadəti ilə seçilməmişdir. İkinci xəlifə birinci xəlifə tərəfindən seçilib, üçüncü xəlifə isə altı nəfərlik şura tərəfindən müəyyən olunmuşdur. İkincisi, birinci dördüncü xəlifənin seçilməsi zamanı da müsəlmanlardan səhabələrdən bir dəstəsi həm seçki zamanı, həm ondan sonra müxalifətçilik etmişdilər. Ümumiyyətlə, camaatın xüsusi bir şəxsə üz gətirib onu xilafət məqamına seçmələri, əmir olmaq s. şeylər labüd olaraq, onun üstün olmasına dəlil ola bilməz. İslam alimlərindən bir çoxu müxtəlif dövrlərdə yuxarıda qeyd olunan tərtibi onların əfzəl olmasını isbat etmək üçün dəlil hesab etməmişlər.[3]

5. SULTANLARA PADŞAHLARA İTAƏT ETMƏK

Əhli-hədisin beşinci əqidəsi heç bir qeyd şərt olmadan sultan hakimlərə itaət etməyin vacibliyidir, istər həmin sultan ədalətlə rəftar etsin, istərsə zülmlə. Hər bir halda sultanın əleyhinə qiyam etmək qadağan haramdır. Hər kəs bundan başqa e᾿tiqada malik olsa bid᾿ətçi haqq yolundan çıxmış hesab olunur. Belə ki, Əhməd ibni Hənbəl «Əs-sünnə» risaləsində belə deyir: Sədəqə, vergi, xərac qənimətlərin əmirlərə verilməsi (vacibdir), istər ondan ədalət yolunda istifadə etsin, istərsə zülm yolunda. Həmçinin, Allah-taalanın sizin işlərinizə rəhbər ᾿yin etdiyi hər bir şəxsin qarşısında təslim olmağınız vacibdir. Ona itaət etməkdən imtina etməməlisiniz, onun əleyhinə silahlı mübarizə aparmamalısınız. Allah sizə firavanlıq versin. Sultanın əleyhinə qiyam etməyin, əksinə onun əmrlərinə müt᾿i olun. Əgər sultan sizi Allaha qarşı ᾿siyət günah sayılan bir şeyə əmr etsə, ona itaət etməyin; belə bir halda da onun əleyhinə qiyam etməyə vəzifəli deyilsiniz onu öz haqqından çəkindirə bilməzsiniz. Heç bir fitnədə əlinlə dilinlə kömək etmə, əksinə əlinə, dilinə şəxsi meyllərinə nəzarət etməlisən; Allah sənin köməyindir

TƏNQİD ARAŞDIRMALAR

Bu mövzunu araşdırarkən qarşıya çıxan ən mühüm məsələ bundan ibarətdir ki, bu əqidənin dəlili nədir onu isbat etmək üçün hansı əsaslardan istifadə olunur?

Əhli-hədis bu əqidəni doğrultmaq üçün Peyğəmbəri-Əkrəmə (s) istinad edilən hədislərə əsaslanırlar. Belə ki, həmin hədislərdə müsəlmanların rəhbərinin sultanların əleyhinə qiyam etmək qadağan olunmuşdur.

O cümlədən, həzrət Peyğəmbər buyurmuşdur: «Hər kəs öz rəhbərindən batil bir baş verdiyini görsə, səbr etməlidir, çünki hər kəs hətta bir qarış qədər olsa belə, sultanın əleyhinə qiyam etsə həmin halda ölsə, cahiliyyətdə ölmüş kimidir

Amma əvvəla, qeyd etmək lazımdır ki, görəsən bu kimi hədisləri, Allah bəndələrini zalımlara arxalanmaq onlara itaət etməkdən çəkindirən çoxlu Qur᾿an ayələri ilə necə izah etmək olar? Bu barədə Qur`ani-kərimin Şuəra-151, Qələm-8, Qələm-10, Kəhf-28, Hud-113 Əhzab surəsinin 66-67-ci ayələrinə müraciət edə bilərsiniz.

İkincisi, Peyğəmbərdən (s) zalım sultanlara itaət etməyin qadağan olunması barədə çoxlu rəvayətlər nəql olunmuşdur bunlar da əhli-hədisin istinad etdikləri hədislərlə ziddiyyət təşkil edir.

O cümlədən, həzrət Peyğəmbər buyurub:

«Qulaq asın! Məndən sonra ᾿zi əmirlər gələcəkdir ki, hər kəs onlara varid olsa, onların yalanını təsdiq etsə, yaxud onların zülmündə yardımçı olsa, məndən deyil, mən onlardan deyiləm. Onlar «Kövsər» hovuzunun kənarında mənim yanıma gələ bilməzlər[4]

SUALLAR TAPŞIRIQLAR

1. Əhli-hədisin xəlifələrin xilafətinə iman barəsindəki nəzərini bəyan edin.

2. Əhli-hədisin xəlifələrin xilafətinə iman gətirmək barəsindəki nəzərlərinə tutulan iradları ixtisarla bəyan edin.

3. Əhli-hədisin raşidi xəlifələrinin fəzilət üstünlüyünün, onların xilafət tərtibatı əsasında olması əqidəsi düzgündürmü? üçün?

4. Əhli-hədisin rəhbərə itaət etmək barəsindəki nəzəri nədən ibarətdir?

5. Əhli-hədisin rəhbər sultana itaət etmək barəsindəki nəzərini araşdırın.



[1] «Əl-iqtisadu fil- e᾿tiqad».

[2] «Ğayətul-məram fi elmil-kəlam».

[3] İbni Əbil Hədidin «Nəhcül-bəlağə»nin şərhindəki müqəddiməsinə müraciət edin.

[4] «Camiul-üsul», 4- cild.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)

 
user comment