Azəri
Thursday 5th of December 2024
0
نفر 0

İmam Xomeyni(r) və Böyük İslam İnqilabı (2)

 İmam Xomeyni(r) və Böyük İslam İnqilabı (2)

vilayəti (hakimiyyəti) zalım və qaniçən hakimlərin hakimyyəti ilə bir neçə sahədə fərqlənir.
 


Onları qısaca olaraq belə qeyd etmək olar.


1) Müasir zamanda əksər hakimlərinin əksinə olaraq, alim, adil və şücaətli fəqhin hakimiyyəti (vilayəti) tam şəkildə, Allah-taalanın razı olduğu bir hakimiyyətdir. Çünki, bu hakimiyyətdə ən əsas Allah-taalanın razılığı əsas götürülür.


2) Fəqihin hakimiyyəti, Allahın dininə və bəndələrinə tam şəkildə ədalət və insaf əsasında xidmət etməkdir. Quranda oxuyuruq: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.” (Hədid surəsi, 25)


3) Fəqihin həyat və yaşıyış səviyyəsi, hakimiyyətdə olmasına baxmayaraq, bərbəzəkli qəsrlərdə və otellərdə yox, ən kasıb və imkansız xalq təbəqəsi içində və ona oxşar kimidir. Amma, müasir zamanda hakimlərin həyat və yaşayış səviyyəsi göz qabağındadır.


4) Fəqih öz hakimyyətini İmam Zamanın (əc) zühununun müqəddəməsi kimi bilib, xalqa xidmətdə görür və bu yolda çalışır. Amma, zamanəmizin hakimlərinin əksəriyyəti, ya şəxsi mənafesini, ya da öz dost və tayfasının mənafelərini həmişə xalqın mənafesindən üstün tutular.


5) Fəqihin hakimiyyəti, cəmiyyətdə elm və mərifət əsasında kamil insan tərbiyə etməkdir. Necə ki, peyğəmbərlərin və müqəddəs kitabların göndərilməsinin hədəfi haqqında Allah-taala Quranda buyrur: “(Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tə’rifə (şükürə) layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik.” (İbrahim surəsi,1)


6) Fəqihin vilayəti (hakimiyyəti) Allah-taalanın göstərişləri əsasında, insanları cəhalət zülmətindən çıxarıb ədalət əsasında ən yüksək səviyyəli mədəniyyət və insaniyyətə malik olan bir cəmiyyətin təşkil olunmasıdır. Amma, bu günkü hakimlərin əksəriyyətinin özlərinin hansı səviyyədə olmaları bizə həqiqəti anladır. Quran buyurur: “Allah (Ona) iman gətirənlərin (hamisi və) dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər.” (Bəqərə surəsi, 257)


7) Fəqihin hakimiyyəti cəmiyyətdə, elm iqtisad, mədəniyyət və hikmət əsasında insanlara xidmətdir. Quranda oxuyuruq: “(Peyğəmbər) Onlara, əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.” (Cümə surəsi, 2)


8) Nəhayət fəqihin vilayətində millət öz müstəqilliyini, azadlığını və milli hakimiyyətini tam şəkildə qoruyur və Allah-taaladan başqa heç bir qüdrət müqalibində baş əyməyərək xalqını kamilliyə və səadətə tərəf aparır.


İmam Xomeyni (rəhmətullah) Allahın köməyi və müsəlman xalqının ona verdiyi müsbət cavabla, fəqihin vilayəti nəzarəti altında İslam hökuməti təşkil edir və bu gün bütün dünyada azadlıq və müsətəqillik simvoluna çevrilmiş əzəmətili bir ölkə olaraq, “özünü böyük sanan” dünya qüdrətləri müqabilində bac vermir.

 

Al-Mustəfa (s) univeristetinin doktorantı Hacı Faiq Vəlizadə

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Azərbaycan Ağsaqqallar Şurası” yenidən təsis olunur
"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi - 2
ABNA İmam əl-Hadinin mövludu ilə bağlı təbrik deyir
37 – ci illərin REPRESİYA tufanı.DİNDARLARIN APELYASİYA MƏHKƏMƏSİ ...
Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu
Məzhəblərarası Yaxınlıq Cəmiyyətinin təsisatının ildönümüdür
Təfsiri-nümunə alban dilinə tərcümə edilir
Avstraliyada İslamofobun namizədliyi dəstəklənmədi
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Bu hədisi yanınızda saxlayıb, arabir oxuyun

 
user comment