Azəri
Friday 27th of December 2024
0
نفر 0

"Devrilmiş diktatorlar Səudiyyəyə sığınırlar"

 Tehranın bu həftəki Cümə namazının xətibi Ayətullah Əhməd Cənnəti diktatorların Səud rejiminə qaçdıqlarını deyib.

 
 


 - xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tehranın bu həftə ki imam cüməsi İran İslam Respublikasının Konstitusiyaya Nəzarət Şurasının sədri Ayətullah Əhməd Cənnəti olub.


Ayətullah Cənnəti İran düşmənlərinin hər an höküməti devirməyə can atdığını açıqlayaraq deyib: "Şəhid Behişti, Mutəhhəri və Rəcainin şəhadətindən sonra nizam düşmənləri nizama zərbə vurmaq üçün İmam Xomeyninin vəfatını gözlədilər. Lakin baş verən möcüzə ilə ölkənin təhlükəsizliyi zədələnmədi ".


Ayətullah Cənnəti bu gözləntilərin alınmadığını önə çəkərək sözlərini belə davam edib: “İslam İnqilabı Rəhbərinin yol göstərməsi təqdirə layiqdir. İmam Xomeyninin vəfatından sonra İslam inqilabının prinsipləri daha da güclənməsini müşahidə etdik”.


İmam Xomeyninin ən üstün xüsusiyyətlərdən birinin imperializm və ABŞ əleyhdarı olduğunu, İslam İnqilabı Rəhbərinin isə hal-hazırda bu xətti davam etdirdiyini bildirib.


İslam Respublikasında olan ədalətin Vəliyyi Fəqihə bağlı olduğunu bildirən Ayətullah Cənnəti deyib: "İslam İnqilabı Rəhbəri, ədalətə xüsusilə riayyət etməkdədir. Buna görə də 22 il müddətində ölkədə inkişaflar olmuş və ədalətə riayət olunmuşdur".


Tehranın İmam Cüməsi Fələstin məsələsinə toxunaraq Ayətullah Xameneinin çıxışı zamanı “İslam Respublikası ABŞ və imperializm əleyhdarı olan bütün hərəkatlara dəstək verir” cümləsini xatırladıb və deyib: "Biz hər zaman Fələstin və zülmə qarşı qiyam edənlərə dəstək verəcəyik".


Ayətullah Cənnəti bütün devrilmiş diktatorların Səudiyyəyə sığınmasını xatırladıb. Hüsnü Mübarəkin də Səudiyyəyə bir zaman getməsini xatırladan Cənnəti deyib: "Yəmən diktatoru qaçaraq Səudiyyə Ərəbistanına sığındı. Əlbəttə ki, Səudiyyə Ərəbistanına artıq qaçaq diktatorların yığışdığı ölkə adlandıra bilərik. Lakin xalq etirazlarının daha da genişlənməsi ilə Ərəbistan, Yəmən və Tunis diktatorları sonda ABŞ-a qaçacaqlarını proqnozlaşdırmaq olar. " .


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudi işğalçı ünsürlər də sələfilər kimi azyaşlı uşağı ...
Qurani-Kərimin alman dilində tərcümə və təfsiri
Fransız senatorlar İslam əleyhinə nümayişlərin qarşısının alınmasını ...
Nigeriyada Zariya Şiə Soyqırmına etiraz əlaməti olaraq Şəhidlərin 40-da Şeyx ...
Burundi müsəlmanları İslam Peyğəmbəri (s)-nin mövludu münasibətilə bayram ...
Mosul əməliyyatına qatılan '' Əbu Əzrail '' işid qəsbkarlarına Belə meydan oxudu
Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi
Ərəbistanda şiələrin hüquqlarının pozulması və onlara qarşı diqqətsizlik, ...
Qətərdə “100 Quran xətmi” layihəsinin icrasına başlanılır
Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr

 
user comment