Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Qeybət – İmam Zamanın (əc) xüsusiyyəti deyil, bizim qüsurumuzdur!

O, HƏM ZAHİRDİR, HƏM HAZIR O, qaib deyil. Bəlkə biz qaibik. Biz onu görmürük deyə, gizlənən odurmu, ya biz? Bəlkə biz qaibik, o ZAHİR! Bəlkə də gözü görməyən deyil, görən kordur. Bəlkə də qaib olan məhbub deyil, məhbub olan qaibdir. Biz onu görmürük, amma o bizi görür. Hətta bizim görmədiyimiz çox şeyləri o, görmədən bilir. Çox güman nöqsan bizim özümüzdədir, nə onda. O, həm zahirdir, həm hazır. Belə isə, biz qaibik, günahların çəkdiyi pərdə arxasında gizlənmişik. Belə olmasaydı, Allahın bəzi mömin bəndələri də onu görməzdi. Qeybət – İmam Zamanın (əc) xüsusiyyəti deyil, bizim qüsurumuzdur!

Böyük qeybət dövrünün başa çatması Allah Taalanın mömin bəndələrinə verilən vədlərdəndir. Bu vədin yerinə yetməsi üçün şərtlər də qoyulmuşdur. Bu şərtlərin ən əhəmiyyətlisi bu dövrün başa çatmasını tam vücudu ilə gözləyib intizar çəkənlərin məqsədləridir. Bu şərtə əsasən intizar çəkənlər səmimi qəlbdən bütün dünyaya hakim kəsiləcək ədalətli və Yer kürəsinin qarış-qarış torpağında ədaləti bərpa edəcək İmam Zamanın (əc) gəlişinə ümid edib onu gözləməlidirlər. Bu istək sadəcə bir ümid deyil, əslində bir vəzifə hesab olunur.

Bu etiqada əsasən, bəşəriyyət aləminin ağacı bütün peyğəmbərlərin və övliyaların varisi, kamil insan nümunəsi Həzrət Mehdi (əc) zühur etdikdən sonra bar verəcək. Lakin bu zühurun həqiqətə qovuşması üçün bir neçə şərtə riayət etmək zəruridir. Bu şərt özü-özlüyündə yaranacaq şərtlər sırasında olmadığı üçün insanların bu şəraiti özləri yaratması lazımdır. Bir sözlə, heç bir iş görmədən şərtin hasil olacağını gözləmək heç də məqsədə çatmaq demək deyil. Daha dəqiq desək, "intizar" sözünün mənası İmam Zamanın (əc) zühuru üçün şəraitin hazırlanması deməkdir. Beləliklə də Sahibəz Zamanı (ə) gözləyən ümmət, heç bir iş görmədən onun gəlişini gözləyən deyil, onun gəlişi üçün şəraiti yaradan ümmətdir.

Bəs onda bu ümmət İmam Zamanın (əc) gəlişi üçün hansı şəraiti yaratmalıdır?

Bu sahədə islam alimlərinin təkid etdiyi ilk şərt, islam ümmətinin mədəni cəhətdən inkişaf edib, onun gəlişinə hazır olmasıdır. Çünki hər hansı bir cəmiyyət mədəni cəhətdən yüksək səviyyədə olduğu zaman ətrafda baş verən hadisələri daha yaxşı dərk edir, hər hansı bir mövqe qarşısında qəti qərar qəbul etmək iqtidarı qazanır. Elə bu səbəbdən də cahil olmadığı üçün həm özünü zamanın tələbi ilə uyğunlaşdırır, həm də başqalarına məslənin nə yerdə olduğunu anladır.

Imam Zamanın (əc) zühur etməsi üçün digər bir şərt isə şücaət və şəhamətdir. Əlbəttə qeyd olunan bu iki şərt, müsəlmanların əsas vəzifəsi hesab olunur və intizarın əsas bünövrəsini təşkil edir.

İmam Baqirdən (ə) nəql olunan belə bir rəvayət nəql olunur: Əsrin İmamı (əc) zühur etdiy nəql olunur: "Əsrin İmamı (əc) zühur etdiyi zaman Allah Taala bütün insanlara və islam dünyasına Öz Lütfünü aşkar etmiş olacaq və Mərhəmət əlini islam ümmətinin başı üzərinə çəkdikdən sonra bəşər əqli və təfəkkürü kamilləşəcək".

İmam Baqirdən (ə) nəql olunan bu rəvayət əslində zahirdənhamıya birbaşa elm-hikmət əta ediləcəyi anlaşılsa da, dərin düşündükdə digər bir məna ilə üzləşirik. Hədisdən İmam Zamanın (əc) zühir etdiyi zaman hamının fikri və əqli cəhətdən inkişaf edib, kamil bir düşüncə sahibi olmasını anlamaq mümkündür. Bu isə Peyğəmbər Əkrəmin (s) bəyan etdiyi şərtlərlə tam uzlaşır. Deyirlər, islam ümməti şirdən şücaətli, nizədən itidir. Elə buna görə də əsrlər boyu öz şəhaməti ilə mədəniyyətini qoruyub saxlayır müsəlmanlar.

İmam Zaman (əc) zühur etdiyi zaman deyəcək: "Ay camaat! Mən sizi Başlanğıc və Məadı xatırlatmaq istəyirəm. Hər bir şeyi Yaradan Allahdır və hamı Onun hüzuruna qayıdacaq!".

Əsas məsələ də elə buradadır. Biz insanlar gəldiyimizi, indi yaşadığımız bilirik. Amma haraya və necə qayıdacağımı unutmuşuq. Biz necə yaşadığımızı unutmuşuq. Nə vaxtsa sınağa çəkildiyimizi, imtahandan kəsiləcəyimizi, hesab-kitabın tam dəqiqliklə bitəcəyi haqda düşünməyi belə yaddan çıxarmışıq. Bizə əmr olunan əməlləri yerinə yetirmək fikrində belə olmadığımız halda, hansı yaxşı məqamdan, qiymətdən və nəticədən danışmaq olar?!..

Belə isə bizim bu dövrdə, böyük qeybət dövründə əsas vəzifəmiz nədən ibarətdir? Biz nə edək ki, həqiqi intizar çəkənlərin sırasına daxil olar?

Zürarə İmam Cəfər Sadiqdən (ə) belə bir rəvayət nəql edir. Bu hədisdə İmam Cəfər Sadiqə (ə) belə deyilir: Mən İmam Zamanın (əc) böyük qeybət dövründə yaşayıramsa, onda nə etməliyəm? İmam Sadiq (ə) buyurur: Əgər sən bu dövrdə yaşayırsansa, bax elə bu duaları (rəvayətdə bir sıra dualar qeyd olunur) oxu və bu cümləni de. Ən yaxşı intizar bu duaların mahiyyətini dərk etməkdir. Dua yalnız dildə zümzümə etmək deyil. Dua tanışlıq demək deyil. Dua insanın tam vücudu ilə hansısa bir mahiyyəti dərk etmək üçün dil, qəlb və vücudun birlik və vəhdəti deməkdir. Elə bu səbəbdən də nəinki İmam Zamanın (ə) gəlişi üçün, ümumiyyətlə bütün mötəbər duaların səmimi qəlbdən inanaraq oxunması gərəkdir.

Digər bir məsələni xatırladaq ki, digər xalqlar, millətlər, din və məzhəblərdə də Gözlənilən, vədəsi verilmiş Mehdi var. Amma bizim gözləyib intizarını çəkdiyimiz Mehdi (əc) bizim ətrafımızdadır. O, bizi görür, eşidir və bəlkə də kənarımızdadır. Amma biz onu tanımırıq. Bizim intizarını çəkdiyimiz Mehdi (əc) sağdır! O da bütün insanlar kimi yaşayır və bizi görür. Onda o deyil, biz qaibik. Belə olmasaydı, Allahın bəzi mömin bəndələri də onu görməzdi. Qeybət – İmam Zamanın (əc) xüsusiyyəti deyil, bizim qüsurumuzdur!
X.Xəzər


source : 184.154.47.229
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları
Mərifət və itaət

 
user comment