Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Allah qorxusunun məfhumu və zərurəti

 Allah qorxusunun məfhumu və zərurəti

“Ya Musa! Məni xof, qorxu, vahimə ilə çağır. Hüzurumda üzü¬nü torpağa qoy, ən şərəfli vücudunla səcdə qıl. Mənimlə qorx¬muş qəlblə münacat et. Bütün ömrünü Tövratla diri saxla. Mənim yaxşılıqlarımı və mədh olmuş sifətlərimi cahillərə öy¬rət, nemətlərimi onlara xatırlat. Onlara de ki, azğınlığa düçar ol¬salar, ondan çəkinsinlər. Çünki mənim cəzam, həqiqətən, ağırdır”.

Qorxu nədir?
Bu nəsihətin başlanğıcında Allah-taala həzrət Musaya əmr edir ki, qorxu dolu qəlblə onu çağırsın. Bu hissədə hər üçü qorxu mənasını bildirən “xovf”, “işfaq”, “vəcl” sözləri iş¬lə¬dil¬miş¬dir. Bu sözlər demək olar ki, sinonimdir və eyni mənanı bil¬dirir. Onların təkrarlanması mənanın vurğulanması məqsədi daşıyır. Hazırkı qüdsi hədisdə və bir çox ayə və hədislərdə Allah qorxusu məsələsi önə çəkildiyindən bu ba¬rə¬də bir qədər danışmaq yaxşı olar. Amma öncə qorxu məf¬hu¬mu¬nu araşdıraq.
Qorxu insanın təhlükə və ya zərər qarşısında özünü göstərən psixoloji durumudur. Qorxu təbii və qeyri-iradi bir reak¬siyadır. Bu reaksiya əxlaqi baxımdan dəyərləndirilmir, yax¬şı və ya pis sifət sayılmır. Qorxu da şadlıq kimi bir ref¬lek¬s-dir. Əgər bir insanın ayağına iynə batarsa, o dərhal reaksiya göstərir. Təhlükə ilə üzləşən insan özündən asılı olmayaraq qorxur, rəngi dəyişir. Belə bir hal istənilən bir adamda təbiidir, hət¬ta şücaətli fərdlərdə də müşahidə olunur. Qurani-kərim həzrət Musanın sehrbazların sehrləri müqabilində reak¬si¬yasına işarə ilə buyurur: “Musa bir qorxu keçirdi. Dedik ki, sən üstünsən, qorxma”. 
Əlbəttə ki, qorxudan öncəki müqəddimələr insanın iradəsindən asılı ola bilər. Onların mənfi və ya müsbət səciy-yələndirilməsi mümkündür. Bəzən insan ondakı qorxu hissini gücləndirən hərəkət və rəftarlara yol verir. Məsələn, qorxaq in¬sanlar xüsusilə gecə vaxtı tək qaldıqda uydurma təsəv-vürlərlə qorxu hissini gücləndirirlər. Nəticədə, bu qorxu ciddi ruhi sarsıntıya çevrilir. Bəzən isə insan xüsusi məşğələlərlə özündəki qorxunu azalda bilir. Məsələn, gecə gəzintiləri ilə qaranlıq qorxusunu canından çıxarır. Bu müqəddimələr insa-nın özündən asılı olduğu üçün yaxşı və ya pis sayıla bilər. Əgər insan qorxduğu üçün qınanırsa, əslində bu qorxunu yaradan müqəddimələr nəzərdə tutulur. Qorxu və qorxaqlıq ayrı-ayrı məfhumlardır. Qorxu qeyri-iradidir və yalnız təhlükə ilə rastlaşarkən yaranır. Qorxaqlıq isə insanın xarakterində möh¬kəmlənmiş bir sifətdir. Qorxaqlığın rahattələblik kimi mən¬şələri var. Bu baxımdan qorxaqlıq bəyənilmir. Qorxaq in¬san¬da çətinliklərə müqavimət cürəti yoxdur. Belələri müxtəlif çə¬tinliklərlə müşayiət olunan ictimai vəzifələrdən boyun qa¬çı¬rır¬lar. Qorxaq insan kiçik təhlükələrdən uzaq olmaq üçün böyük mənfəətlərdən məhrum qala bilər.
Ərəb dilində qorxaq insan “cəban” adlanır. Bu söz “cübn” sözündən götürülmüşdür. Bu sözün antonimi “şüca” sözüdür. Əgər qorxaqlıq bəyənilməyən sifətdirsə, şücaət müsbət səciyyə sayılır. Ərəb dilində “cübn” sözü “xovf” sözündən fərqləndiyi üçün “xaif” mənası da “cəban” mənası ilə eyni deyil. Cəban de¬dikdə qorxaq, xaif dedikdə qorxmuş mənaları nəzərdə tutulur. Qorxaqlıq xasiyyətdirsə, qorxu ötüb keçən bir haldır. Amma hər iki sözün kökü qorxudan olduğu üçün onlar bir-birinə qarışdırılır və yanlış anlaşılır.
Hazırkı müqəddimənin ardınca insanın iradəsindən asılı olan, insan tərəfindən zəiflədə və ya gücləndirilə bilən qorxu ilə bağlı üç sualı cavablandıracağıq.

Nə üçün dini təlimlərdə Allah qorxusu zəruri sayılır?
Sual 1: Nəzərə alsaq ki, qorxu mənfi bir sifətdir və psixo-loq¬lar onu məzəmmət edib, psixoloji tarazlığın pozulması səbəbi sayır, Quran və hədislərdə Allah qorxusunun mədh olunması sual doğurur. Qorxu prinsipcə bəyənilmiş sifətdirmi ki, Allah və Onun əzabından qorxu da müsbət sayılsın?
Cavab: Qeyd etdik ki, qorxu öz-özlüyündə təbii bir hal olduğundan mənfi və ya müsbət dəyərləndirilmir. Bəyənilən və ya məzəmmət olunan isə qorxu yox, onun müqəddiməsidir. Yəni qorxu yox, qorxunu yaradan müqəddimə araşdırıl¬ma¬lıdır. Qorxunun güclənməsi və davamı onun səbəb və nəticə¬lə¬rin¬dən asılıdır. Bəzən qorxu bəyənilir. İnsan onun həyatını hədələyən təhlükələrdən çəkinməlidir və ehtiyatlı olmalıdır. Qorxub-çəkinmədən istənilən bir təhlükəyə doğru hərəkət bə¬yə¬nilməyə də bilər. Macəra axtaran, özünü oda-suya atan, istə¬ni¬lən bir təhlükəyə qucaq açan insanlar yetərincə sağlam və ağıl¬lı sayılmır. Əgər qorxunun səbəb və nəticəsi müsbətdirsə, bu qorxunu gücləndirmək mədh olunur. Heç şübhəsiz, Allah qorxusu müsbət nəticələr verdiyi üçün zəruri sayılmışdır.

Allah qorxusunun məfhumu
Sual 2: “Allah qorxusu dedikdə nə nəzərdə tutulur? Adətən, təhlükəli mövcudlar müqabilində qorxu yaranır. Əgər Allah sonsuz məhəbbət və rəhmət sahibidirsə, nə üçün ondan qorxmalıyıq?
Cavab: Qorxunun qaynağı insanın üzləşə biləcəyi təhlükədir. Bəzən də hər hansı mənfəəti əldən çıxarmaq dü-şün¬cəsi qorxuya səbəb olur. Amma səbəblə nəticə arasında əla¬qə olduğundan bəzən insan təkcə təhlükədən yox, təhlü-kə¬ni yaradan səbəbdən də qorxur. Məsələn, kimi, qarşısına çıx¬mış canavardan, kimi də qaranlıqdan qorxur. Çünki canavar və qaranlıq insanın həyatını hədələyən vasitələrdir. Tövhid prin¬siplərinə əsaslanan İslam təlimlərində, eləcə də ayə və hədislərdə insanın diqqəti “səbəblər səbəbinə” yönəldilir. Bu tə¬limə əsasən insan canavardan qorxduğu kimi canavarı ya¬rat¬mış və canavarın ixtiyarı əlində olan Allahdan, “səbəblər səbə¬bindən” qorxmalıdır. Məsələn, yağışdan sonra torpaqdakı to¬xum cücərib inkişaf edir. Amma toxumun cücərib inkişaf et¬məsi üçün zəruri olan bütün vasitələr Allahın ixtiyarındadır və onun iradəsi ilə təsir göstərir. Bu səbəbdən Qurani-kərim toxu¬mun cücərməsi və inkişafını Allaha aid edərək buyurur: “Həqiqətən, Allahdır, toxumu və çərdəyi çatladıb cücərdən!”
Məsələn, yerdən buxarlanan su havada soyuduqdan sonra yağış şəklində torpağa qayıdır. Amma yağışın əsas səbəbi buludlar yox, Allahdır. Günəşi yaradıb, onun istisini su höv¬zə¬lə¬rinə çatdıran, bu prosesin həyata keçməsi üçün qanunlar tən¬zim¬ləyən Allah-taaladır. Buxarlanma da, kondensasiya da Allah tərəfindən tənzimlənmiş ilahi qanunlardır. Suyun bu¬xar¬lanması, onun havada buludlar şəklinə düşməsi, yerin ca¬zibəsi vasitəsi ilə yağış şəklində torpağa qayıtması dəqiq qan¬unlar əsasında həyata keçir. Yağış da, qar da Allahın tədbir və ira¬dəsi ilə yerə enir. Bütün bunları nəzərə alaraq Qurani-kərimdə buyurulur: “Ümidlər üzüldükdən sonra yağışı en¬dirən, rəhmətini genişləndirən Odur. Odur həmd olmuş hami”.
Aydın olur ki, insanların diqqətinin səbəb salana yö¬nəl¬dil-mə¬si Quranın tərbiyə üsuludur. Bizi hədələyən zərərdən, mə-na¬¬fe¬ləri əldən çıxarmaq ehtimalından qorxsaq da, bu qorxular ikinci dərəcəlidir. İnsan onun həyatı üçün təhlükə törədən seldən qorxur. Əslində isə bu sel Allahın ixtiyarın¬da-dır və Allahdan qorxmaq lazımdır. Bəli, bütün təhlükələr sə-bəb¬lər səbəbi olan Allahın ixtiyarındadır.
Amma əxlaqi baxımdan dəyərləndirilən rəftarlar sırasında Allah qorxusu əslində insanın öz çirkin əməllərindən qor-xusudur. Nəzərdə tutulmuş qanunları pozan insan ilahi şəriət qanunları əsasında əzaba düçar olur. Bağışlanmağımız da, cəza¬landırılmağımız da Allahın ixtiyarındadır. Qurani-kərim¬də oxuyuruq: “İnsanların öz pis əməlləri səbəbindən quruda və suda fəsad görünər. Allah bəzi günahların cəzasını onlara dad¬dırar ki, bəlkə tövbə qıldılar”.  Başqa bir ayədə oxuyuruq: “Rastlaşdığınız hər bir müsibət öz qazancınızdır və Allah onların çoxunu bağışlayır”. 
Aydın oldu ki, Allah qorxusu dedikdə əsasən öz pis əməllərimizdən qorxu mənası nəzərdə tutulur. Bu əməllər bizi ilahi nemətlərdən məhrum edir, bir çox ağrılar yaşadır. Unut¬ma¬¬malıyıq ki, günahkarların Allah tərəfindən cəzalandırılması Allahın mərhəmət sifətinə zidd deyil. Allah mərhəmətlilər mər¬həmətlisi olmaqla yanaşı, ədalətlidir və bu ədalət tələb edir ki, başqalarına sitəm qılanlar cəzalandırılsın. Əgər yaxşı bax¬saq, Allahın cəzasında da mərhəmət var. İnsanlar dünyada cəza¬landırılmaqla təmizlənir, onların bir sıra günahları bağış¬la¬nır. Bağışlanmayan günahlara görə axirət cəzası nəzərdə tutulur. Əgər Allah bütün günahların cəzasını bu dünyada ver¬səydi, yer üzündə bir nəfər olsun sağ qalmazdı. Quranda oxu¬yuruq: “Allah insanları gördükləri işə görə cəzalan¬dır¬say¬dı, yer üzündə bir canlı da saxlamazdı. Amma müəyyən müd¬dətə¬dək onlara möhlət verilir, əcəlləri çatdıqda, Allah bəndələrini görəndir”.

Allah qorxusunun insanın rəftarına tərbiyəvi təsiri
Sual 3: Allah qorxusu məfhumu aydınlaşdıqdan sonra belə bir sual yaranır ki, Allah öz bəndələrini qorxutmaq əvəzinə, başqa bir tərbiyəvi üsul seçə bilməzdimi? Olmazdımı ki, bəndələr mükafat vədi ilə doğru yola dəvət edilsin, günahdan çəkindirilsin?
Cavab: Qısaca belə cavab vermək olar, Allah-taala bizi daha yaxşı tanıdığından hansı üsulun daha təsirli olacağını bilir. Əzab vədi daha təsirli üsuldur və Allah öz peyğəmbərlərini qor¬xudan ünvanında göndərir. Quranda oxuyuruq: “Biz səni haqq olaraq müjdə verən və qorxudan ünvanında göndərdik. Aralarında qorxudan peyğəmbər olmayan heç bir ümmət olmadı”. 
Peyğəmbərlər həm müjdə, həm də əzab vədi ilə dəvət etsələr də, onlar daha çox qorxudan ünvanı ilə təqdim olun-muşlar.
Uyğun sualı psixoloji baxımdan da cavablandırmaq olar. Elmi və təcrübi üsullarla sübuta yetirilmişdir ki, qorxu hissi insanları işə daha çox təşviq edir. Demək olar ki, insanı təlaşa təhrik edən 90 faiz qorxudur. Təlaşa təşviq baxımından müjdə yalnız 10 faiz təsirə malikdir. İnsanlar, adətən, uğursuzluq qorxusundan çalışırlar. Tənbehdən, ata-ananın məzəm¬mə¬tin¬dən, ətrafdakıların qınağından qorxmayan insan, adətən, bir çox işlərdən, eləcə də təhsildən yayınır. Çox az tələbəni elmə sövq edən eşqdir. Bu səbəbdən də ata-ana öz övladlarını təh¬silə təşviq etmək üçün onu uğursuzluğun pis aqibəti ilə qor¬xu¬dur¬lar.
Əksərimiz həm Cəhənnəm əzabına, həm də Behişt nemət-lə¬rinə etiqadlı olsaq da, çox vaxt vəzifələrimizi əzab qor¬xu-sun¬dan yerinə yetiririk. İnsanların çox az qismi savab və mükafat ümidi ilə öz vəzifəsini yerinə yetirir. Əlbəttə ki, bəzi işlərdə in¬sanı fəaliyyətə təşviq edən təkcə ümiddir. Axı müəy-yən işlərin ye¬rinə yetirilməməsi müqabilində cəza nəzərdə tutul¬ma¬mış¬dır. Bəli, müstəhəb işlər müqabilində savab nə-zərdə tutulur və bu işləri tərk edənlər cəzalandırılmır. Əlbəttə ki, bu məqamda da mükafatı əldən çıxarmaq qorxusu olur.
Aydın olur ki, fərdi və ictimai həyatda bir çox rəftar və əməl¬lərin hərəkətvericisi qorxudur. Çətinlik, nemətləri itir-mək, hörmətdən düşmək qorxusu bu qəbil qorxulardandır. Amma axirət dünyasına inananlar üçün birinci gecə qəbir qorxusu, Cəhənnəm qorxusu daha təsirlidir. Mənəvi baxı¬m-dan ali mərifət dərəcəsinə çatanlar üçün ən böyük və ən üzücü qor¬xu Allahın diqqətindən məhrumluq qorxusudur. Bəli, belə bir məhrumluq böyük əzabdır. Bu səbəbdən də Allah-taala əhd-peymanı pozanları məzəmmət edərkən onların diqqətdən məh¬rum edilməsini böyük əzab sayır və buyurur: “Allahın əh¬di¬ni və öz andlarını ucuz qiymətə satanlar üçün axirət bəhrəsi yoxdur. Allah Qiyamət günü onlarla danışmaz, onlara baxmaz, onları paklamaz. Onlar üçün ağrılı əzab olacaq”.
Uşaqlar üçün aclıq ana nəvazişindən məhrumluqdan daha asan olduğu kimi, Allahla ünsiyyət şirinliyini dadanlar üçün Cəhənnəm əzabından da ağır Allahın diqqətindən məh¬rum¬luq¬¬dur. Beləcə, Allahın lütf və diqqətindən məhrumluq qor¬xu¬su aşiqlər üçün bəndəlik vəzifələrinin yerinə yetirilməsində ən güclü mühərrikdir.

Allah qorxusunun işdə tövhidlə rabitəsi
Allah qorxusunun əhəmiyyət və zəruriliyini göstərən digər bir nöqtə budur ki, insan özündə güc və qüdrət gördükdə qar¬şı¬laşacağı hadisələrdən qorxmur. Bu baxımdan yetkin və güc¬lü fərdlərlə müqayisədə uşaqlar daha çox qorxur. Çünki onlar zəif¬dirlər və başqalarının təzyiqi qarşısında özləri üçün təh¬lükə hiss edirlər. Uşaqlarda müdafiə gücü olmadığından daha çox qorxur, müqavimət göstərə bilmirlər. Amma yetkin in¬san¬lar, xüsusilə öz həmyaşıdlarından daha güclü olanlar bir çox təh¬lükələrlə üzləşməkdən qorxmurlar. Çünki onlar özlərində təh¬¬lükəni aradan qaldırmaq üçün yetərincə güc görürlər. De¬mək, zəiflik çoxaldıqca qorxu da çoxalır. Daha zəifin qorxusu da daha çoxdur. Digər bir tərəfdən insanın kamilliyi Allaha tam bəndə olmaqdadır. Kamil insan özünü Allahın mülkü bi¬lir, zəifliyi öz zati səciyyəsi sayır. O əmindir ki, başdan ayağa qa¬¬dir Allaha ehtiyaclıdır və sonsuz qüdrət sahibi olan Allah qar¬şısında özünü tam aciz sayır.
İmanı daha kamil olanlar, tövhidə daha çox inananlar Allahdan daha çox qorxur. Onlar bilirlər ki, qarşıya çıxan təh¬lü¬kələri Allahdan savayı kimsə aradan qaldıra bilməz. Eyni za¬manda Allahdan başqası onlar üçün təhlükə yarada bilməz. Quranda oxuyuruq: “Əgər Allah sənə bir zərər yetirsə, ondan savayı bu zərəri aradan qaldıracaq kəs yoxdur. Əgər Allah sənə xeyir istəsə, Onun bəxşişinin qarşısını alacaq bir şəxs yoxdur. Allah bəndələrindən istədiyinə yetirər. O bağışlayan və mehribandır”. 
Ali işdə (əfali) tövhid mərtəbəsinə çatanlar, xeyir və zərəri Allah tərəfindən bilənlər heç bir təhlükəyə qarşı özlərində qüdrət görmürlər. Onlar əmindirlər ki, yalnız Allah təhlükəni aradan qaldıra bilər. Beləcə, Allahdan qorxur, Onun sonsuz qüd¬rətinə məftun qalırlar. Allah-taala bu sayağı tövhidə işarə ilə buyurur: “Göylərin və yerin hökmü əlində olan, özünə heç bir övlad götürməmiş Allahın şəriki yoxdur. O hər şeyi ya-rat¬mış və əvvəlcədən müəyyənləşdirmişdir”; “Müşriklər isə Onu yox, heç nə yaratmamış, özləri yaradılmış, özlərinə nə bir xe¬yir, nə də zərər verə bilən, diriltməyə, öldürməyə, yenidən aya¬¬ğa qaldırmağa gücü olmayan bütləri özlərinə məbud gö¬tür¬¬müşlər”.
Şübhəsiz ki, belə bir tövhid dərəcəsinə çatmış şəxs özünə güvənmir, Allahdan qorxduğu üçün yalnız Onun sonsuz qüd¬rətinə arxalanır. Onu Allahdan savayı heç nə qorxutmur. Çün¬ki Allahdan başqa hər nə varsa, onu özü kimi zəif və aciz gö¬rür. Allahın xalis bəndəsi olan imam Rahil ali mənəvi və töv¬hidi mərtəbəyə çatmışdır. İmam şəmsi 1342-ci il xordad ayının 15-də sitəmkar şah rejiminin ciddi təhlükələri ilə qarşılaşdığı vaxt buyurmuşdur: “And olsun Allaha, bir an belə qorx¬ma¬dım”. İmamda bu sayağı arxayınçılığı yaradan yalnız son¬suz ilahi qüdrətə inamı və güvənməsi idi. İmam əmin idi ki, Alla¬hın istək və iradəsi qarşısında bütün iradələr və güclər zəifdir. O əmin idi ki, yalnız Allah qarşısında əyilib, Allahdan qorxan kəs başqa heç nədən qorxmayasıdır və Allah belə şəxsin qor¬xu¬sunu düşmənlərin qəlbinə salasıdır. İmam Sadiq (ə) bu barədə buyurur: “Bir şəxs Allahdan qorxarsa, Allah hər kəs və hər şeyi onunla qorxudar. Bir şəxs Allahdan qorxmazsa, Allah onu hər kəs və hər şeydən qorxudar”.

 
Yer üzündə fəsad törətməyin aqibəti
Allah-taalanın həzrət Musaya öyüdlərinin sonunda Allah qor¬xusu məsələsinə nəzər saldıq. Allah-taala həzrət Musadan tələb edir ki, Bəni-İsrailə belə desin: “Onlara de ki, azğınlığa düçar olsalar, ondan çəkinsinlər. Çünki mənim cəzam, həqiqətən, ağırdır”.
Allah-taala həddini aşıb yer üzündə fəsad törədənləri cəza¬lan¬dırır. İlahi əzablar növbənövdür. Bu əzab fərdi, ictimai, dünyəvi, mənəvi və üxrəvi ola bilər. Allahla münacat ləzzətini duy¬mamaq da bir növ əzabdır. Amma bu dünyada ən ağır əzab istidrac qanununa düçar olmaqdır. Bu qanun ilahi gös¬tə¬riş¬lərə əməl etməyən, tövsiyələrdən təsirlənməyib gücü çat¬dıq¬ca fəsad törədənlərə tətbiq edilir. Belələrinin qəlbində hida¬yət nuru sönür. Allah belələrinə daha artıq nemət əta etməklə on¬ların qarşıdakı əzablarını artırır. Onlar elə təsəvvür edirlər ki, ixtiyarlarına verilmiş nemət Allahın razılığını göstərir. On¬lar nəinki peşiman olmur, arxayınlıqla öz günah yüklərini ağır¬laşdırırlar. Belələri qəflətə düçar olduqlarından Allah tərəfindən ağır əzab hazırlandığını anlamırlar. Hansı ki zaman ötdükcə onların geriyə qayıdışı və tövbəsi mümkünsüz olur. Allah-taala istidrac əzabı haqqında buyurur: “Kafir olanlar təsəvvür etməməlidirlər ki, onlara verdiyimiz möhlət xeyir¬lidir. Bu möhlət günahlarını daha artırmaları üçündür. Onları zəliledici bir əzab gözləyir”.  Digər bir ayədə oxuyuruq: “Verilmiş nəsihətləri unutduqlarından bütün qapıları onların üzünə açdıq. Verilmiş nemətlərə görə sevindikləri vaxt onları qəfil yaxaladıq və həmin vaxt ümidlərini itirdilər”.


source : Ayətullah Misbah Yəzdi
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq

 
user comment