Beynəlxalq şöbə: “Müxtəlif din xadimləri arasında dialoqlar” adlı seminar mordad ayının 3-dən 6-na kimi Muritaniyanın paytaxtı Noakşut şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi : «ISESCO» xəbər bürosunun məlumatına əsasən, bu təhsil seminarı təhsil nazirliyi, İslam mədəniyyət və elm mərkəzi, Sudan islam cəmiyyətinin, Muritaniya elm və mədəniyyət ocaqlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Bu təhsil seminarının keçirilməsinin əsas məqsədi şəhər vətəndaşları arasında əlaqələrin dəyişilməsi, dinlər arasında dialoqların aparılması üçün münasib zəminin yaradılması, milli və beynəlxalq qanunlarla əlaqədar çətinliklərin və bunlara dair məsələlərin icra üsullarının araşdırılmasıdır.
Mədəni təşkilatların nümayəndələri, Mərakeş, Misir, Sudan, Əlcəzayir, Tunis və Muritaniya ölkələrinin ictimai təşkilatlarının üzvləri bu təhsil seminarında iştirak edəcəklər.
Həmçinin ekspert Zəkəriyya Məhəmməd Əl-Robai İslam mədəniyyət və təhsil təşkilatının nümayəndəsi kimi bu seminarda iştirak edəcək.
source : ایکنا