Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı

 Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı

Həzrət Peyğəmbərimizin (s) öz ümməti üçün qorx¬du¬ğu şey¬lərdən biri Qurani-kərimlə bağlıdır. O həzrət çox ça¬lış¬dı ki, üm¬məti onun nigaran olduğu bu məsələdən ni¬cat tapsın.
Həzrətin bu haqda nigaranlığı iki cəhətə görə idi:

I. Quranın kənara qoyulması
Əziz Peyğəmbərimizin (s) əsas narahatlığından biri, üm-mə¬tinin Quranı kənara qoyub, onun göstərişlərinə əməl et¬mə-mə¬lə¬ridir. O həzrət dəfələrlə buyurmuşdu:
“Mən özümdən sonra iki qiymətli şeyi sizin aranızda qoyuram. Onlara sığınsanız, yolunuzu azmayacaqsınız:
Biri Allahın kitabı, digəri Əhli-beytimdir. Bu ikisi (Cən-nətdə) Kövsər hovuzunun yanında mənə birləşənə kimi bir-bi-ri¬lə¬rindən ayrılmayacaqlar”.
Furqan surəsinin 30-cu ayəsində həzrət Peyğəmbərin (s) Qiyamət günündə narazılığını belə nəql edilir:
“Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi!" - deyəcək”.
Onların yaşayışı Quranın göstərişlərinə uyğun şəkildə ol-madı, ona əməl etmədilər və buna görə də yollarını az¬dı¬lar.
Əziz Peyğəmbərimizin (s) bu şikayəti bu gün də da¬vam et-mək¬dədir və o həzrət biz müsəlmanların çoxunun əlindən Allaha şikayət edir ki, Quranı unutdular. Hə¬ya¬tın sirri, nicat və¬siləsi, qələbə səbəbi, irəliləyiş və tərəqqi rəm¬zi, həyatın bü-tün sahələrinə aid qanunlar toplusu olan Quranı tərk edib, öz mədəni və hüquqi qanunlarına gö¬rə başqalarına əl açdılar!
İndinin özündə də bir çox İslam ölkələri, xüsusən də şərq və qərb mədəniyyətindən asılı olanlar Quranı sadəcə mü-qəddəs bir kitab hesab edirlər. Ondan radio və tele¬vi¬zi-yadan  gö¬zəl avazlar yayımlamaq, ayələri ilə məscid di-varlarını bə¬zə¬mək, yeni evə köçmək, səfərə gedənləri yo¬la salmaq və xəs¬tə¬lə¬rə şəfa ummaq, ya da sadəcə, sa¬vab məqsədilə istifadə edilir.
Bəli, bu gün də əziz Peyğəmbərimiz (s) fəryad edir ki: “İlahi! Mənim ümmətim Quranı kənarda qoydu”. Qura¬nın mənası, möhtəvası, təfəkkürü, qurucu proqramları tərk edildi.
Bu ayənin təfsirində İslam peyğəmbəri (s) buyurur:
“Qiyamət günü Allahın hüzurunda hazır olacaq ilk şəxs mən olacağam. Məndən sonra Allahın kitabı, Əhli-beytim və ümmətim olacaq. O zaman öz ümmətimdən soruşacağam: Allahın kitabı və mənim Əhli-beytimlə nə etdiniz?  Onların göstərişlərinə əməl etdinizmi?”
Həzrət Peyğəmbər (s) və onun Əhli-beyti (ə) müsəl¬man-ların Quranı kənara qoyub, yollarını azacaqlarından nara-hat¬dır¬lar. Bu narahatlıq İmam Əlinin (ə) sözlərində də müşahidə olu¬nur. İmam Əli (ə) yaralanıb yatağa düşdü¬yü zaman, ömrü¬nün son saatlarında belə vəsiyyət edir:
 “Sizi Allaha and verirəm, sizi Allaha and verirəm, Qurandan muğayat olun! Qoymayın başqaları ona əməl et-mək¬də sizdən qabağa keçsinlər”. 
 
 Napaleon və Quran
 Bir gün Fransa kralı Napaleonun yanında Quran, İs¬lam və İslam ölkələri barəsində söhbət açıldı. O, dedi:
“Bu kitabı bir az oxuyun, görək nə deyir?”
 Quranı açdılar və bu ayə gəldi:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yo¬la yö¬-
nəldir, yaxşı işlər görən möminlərə böyük bir müka¬fa¬ta nail olacaqları ilə müjdə verir!” 
O, dedi: “Hələlik mənim fikirləşməyim üçün bu qədər ki¬¬fa-yət edər”.
Sonrakı gün dedi: “Bir az da oxuyun”. Oxudular. O ye¬nə fik¬rə getdi. Bir müddət fikirləşdikdən sonra belə dedi:
“Əgər müsəlmanlar bu kitaba əməl etsələr, xoşbəxt ola¬¬caq və daha nə Fransa və nə də digər ölkələr onların sər¬vətlərini qa¬rət edə bilməyəcəklər”.

Quranın şikayəti
Qiyamət günü şikayət edənlərdən biri də Qurani-kə¬rim olacaq. O, Qiyamət günü çox gözəl bir gənc şəklinə dü¬şüb, ona əhə¬miyyətsiz yanaşan və əməl et¬mə¬yən¬lər¬dən şikayət edəcək.
Əziz Peyğəmbərimiz (s) buyurub:
“Qiyamət günü Quran gələrək şikayət edəcək:
“İlahi! Məni kənara qoymaq və bütün göstərişlərimə əməl etməməklə məni cırıb təhrif etdilər”. “
Bir başqa hədisdə isə buyurur:
“Üzündən oxunmayan və kənarda toz-torpaq basmış Qur¬an Qiyamət günü insandan şikayət edəcək”. 
Quranın Qiyamət günü şikayəti bu surətdə olacaq:
Məsələn, məhşərdə  hicab  ayəsi gəlib, hicaba riayət et-mə¬yən qadınlardan şikayətlənəcək ki, nə üçün mənə hör-mətsizlik edib, hicaba düzgün riayət etmirdilər?! Yaxud, sələm və rüş¬və¬tin haram olduğunu göstərən ayə¬lər şikayətlənərlər ki, nə üçün bizə zülm edib, hök¬mü¬müzə əməl etmədilər?!
Amma onu özünə dost seçən və ona əməl edənlərə Quran o gün şəfaət edəcək. O, Allah-taaladan möminlər üçün Behiştin  ali dərəcələrini istəyəcək. İnsan üçün bun¬dan da böyük məh¬ru¬miyyət ola bilərmi ki, insan Quranın şəfaətindən məhrum olsun və şəfaət üçün gön¬dərildiyi halda, Quran ondan şi¬ka¬yət¬lənsin?!

Peyğəmbərin Qurana verdiyi dəyər
Əziz Peyğəmbərimiz (s) Qurana çox əhəmiyyət ve¬rər¬di ki, müsəlmanlar da Quranın dəyərini bilsin və ona əhə¬miyyət verərək (əməl edib) nicat tapsınlar. Burada bəzi nümunələri qeyd etmək yerinə düşərdi:
1. İslam peyğəmbəri (s) bir qrupu Yəmənə gön¬dər¬diyi zaman, bir gənci onlara başçı seçdi. Bəzi səhabələr etiraz edərək dedilər ki, ey Peyğəmbər (s), azyaşlı birini bizə başçımı se¬çirsən?!
Cavabında Peyğəmbərimiz (s) onlara xatırlatdı ki, o, Qu-ranı onların hamısından çox bilir və onunla çox ün¬siy-yətdədir.
2. Ühüd döyüşündə müsəlmanların çoxu şəhidlik məqamına yetişdi. Həzrət Peyğəmbər (s) məcbur olub bir qə-birdə bir neçə nəfəri dəfn edirdi. Bu zaman o həzrət Qu¬ranı yaxşı bilənləri (ən üstdə dursunlar deyə) qəbirə ən son dəfn edirdi.
3. Allah Rəsulu (s) təzə evlənən bir qa¬dının mehriy¬yə¬¬sini Quran təyin etdi. Əri mehriyyə əvəzi, ona Quran öy¬¬rətməli idi.

 

II. Quranın təvil  və təfsiri ilə bağlı həzrət
Peyğəm¬bə¬rin (s) nigarançılığı
Əziz Peyğəmbərimizin (s) Quranla bağlı ikinci ni¬ga¬ran¬¬¬¬lığı bu idi ki, olmaya insanlar Quranı öz istəklərinə uy¬ğun olaraq təfsir etmiş olsunlar.
Həzrət bu haqda buyurub:
“Mən özümdən sonra ümmətim üçün ondan qorxuram ki, onlar Quranı batil  yola yozmuş olsunlar. Mən nicat yo¬¬¬lu¬nu sizə göstərirəm: Quranın “möhkəm”lərinə əməl ed¬ib, “mütə-şa¬bih”inə  iman gətirin”. 
Bu gün şəxsi rəy əsasında Quranı təfsir etmək məsələsi ye-ni bir libasda ‒ dinin (dini mətnlərin—Red.) müxtəlif oxu¬-nuşları, yo¬zumları, Qurandan alınmış müxtəlif nə¬ti¬cə¬¬lərin çoxluğu şək¬lində meydana gəlmişdir.  Bu və¬ziy¬yət bir qrupun yolunu az¬masına səbəb olmuşdur. Bir hal¬da ki, Qurandan istifadə və onu dərk etmək asan deyil və bu işin mütəxəssisi olmaq zə¬ru¬ri¬dir. Quranı təfsir etmək baş¬¬qa elmlər kimi təhsilə və kamil şəkildə dini təlimlərə yi¬yə¬lənmək tələb edir. Hər kəs öz dərk və fikrinə uyğun ola¬raq Quranı təfsir edə bilməz. Yoxsa Pey¬ğəm¬bərimizin (s) ni¬ga¬ran olduğu şeyə‒həm özünün və həm də digər¬lə¬ri¬nin yo¬lunu azmasına səbəb ola bilər. Necə ki, o həzrət bu¬yurub:
“Hər kəs Quran barəsində agahlığı və elmi olmadan söz deyib onu təfsir etsə, Cəhənnəmdə öz yerini hazır¬lasın. Hər kəs elmi olmadan Quran barəsində söz desə, atəş¬dən olan yüyənlə Qiyamət səhnəsinə daxil olacaq”.
Yenə buyurmuşdur:
“Özümdən sonra ümmətim üçün qorxum, bir şəxsin Quranı götürərək, onu düzgün olmayan mənaya təfsir et¬mə-sidir”. 

Xəvaricin yolunu azması və şəxsi rəylə təfsiretmə
Xəvaric  İslamın ilk əsrlərində bir ayənin səhv yo¬zu¬mu uc¬batından özlərinin və başqalarının yollarını az¬ma¬la¬rına səbəb oldu.
Əmirəl-möminin (ə) əvvəlcə həkəmeynlə  müxalifət¬çilik edirdi. Sonrakı mərhələdə Əbu Musa Əşərinin nü¬ma¬¬¬yən¬də¬li-yi¬nə etiraz etdi. Amma nadan və zahiri mü¬səl¬man olan xə-va¬ric¬lər Əşərinin nümayəndəliyini zorla qə¬bul etdirdilər. Sonra onun Əmr Asa aldandığını gör¬dük¬də həkəmiyyəti səhv çı¬xa¬ra-¬
raq: “Hökm yalnız Alla¬hın¬dır.”-ayəsini özlərinə şüar seç-dilər.
Bu ayə Quranın çox gözəl ayələrindəndir. Ayə Allah ha¬ki-miy¬yətindən başqa, hökumətləri inkar edir. Xaricilər (xə¬varic, yaxud dindən xaric olanlar) Siffeyn mühari¬bə¬sin¬¬də həkəmeyni in¬kar etmək üçün bu ayədən yapışdılar və: “Müharibəni sona çat¬dırmaq və ya xəlifə seçmək üçün təşkil olunan nümayən¬də¬lik günahdır.”-dedilər. Çün¬ki Allah: “Hökümət (həkəmiyyət) Allaha məx¬sus¬dur.”- deyə buyurur.
Halbuki əvvəlcə, özləri bu həkəmiyyəti İmam Əliyə (ə) qə-bul etdirmişdilər. Sonda Əbu Musanın aldandığını gör¬¬dükdə öz¬ləri tövbə etməlikən, Əmirəl-mömininin (ə) ya¬¬nına gəldilər ki, onun qərarını öyrənsinlər. Onlar həz¬rə¬tə etiraz etdilər ki, hakimiyyət yalnız Allahın əlindədir.
Amma bundan qəflətdə idilər, yaxud özlərini na¬dan¬lı¬ğa vur¬muşdular ki, Allah tərəfindən seçilmiş şəxslərin seç¬diyi nü¬ma¬yəndəlik də elə Allahın seçdiyidir. Çünki Al¬lah bizə onlara itaət əmri vermişdir. Doğrudur, o nü¬ma¬yəndəlik həzrətin qə¬rarı ilə təyin edilməmişdi. Amma əgər onları İmam (ə) təyin et¬səydi, həzrətin hök¬mü əziz Pey¬ğəmbərin (s), o cənabın hök¬mü də Allahın hökmü ola¬¬caqdı. Onların vəzifəsi İmam Əlinin (ə) yanına gəlmək və ona itaət olmalı idi, şəxsi rəyləri ilə ona dərs vermək deyil.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları

 
user comment