Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi

Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi

Bəyaniyyədə cənab Məkarim Şirazi müsəlman və dindar təbəqənin ayıqlıqla zamanənin fironlarına qarşı qiyam etmələrini, məxsusən Bəhreynin şücaətli şiələrin ədalət naminə zalımlara qarşı apardıqları mübarizə hərəkatını və Fələstin xalqının sionistlər müqabilndə ümüd verici müqavimətlərini bütün Allahsevərlər üçün fəxr mənbəyi saymışdır.

Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həzrəti Ayətullah Məkarim Şirazi mübarək Ramazan Ayının daxil olması ərəfəsində öz ilahi Bəyaniyyəsini vermişdir. Bəyaniyyədə cənab Məkarim Şirazi müsəlman və dindar təbəqənin ayıqlıqla zamanənin fironlarına qarşı qiyam etmələrini, məxsusən Bəhreynin şücaətli şiələrin ədalət naminə zalımlara qarşı apardıqları mübarizə hərəkatını və Fələstin xalqının sionistlər müqabilndə ümüd verici müqavimətlərini bütün Allahsevərlər üçün fəxr mənbəyi saymışdır.

Bəyaniyyənin mətni yalnız   agentliyininə həvalə olunmuşdur. Əziz ziyarətçilərimizi Bəyanatın mətni ilə tanış edirik:

Bismillahir Rəhmanir Rəhim

 Mübarək Ramazan ayı, rəhmət, bərəkət, bağışlanma, bəşərin eləcədə bəşər ictimaiyyətinin maddi və mənəvi ünsürlərinin islah edən ayıdır: Belə güman edilməsin ki, bu aydakı ibadətlər təkcə oruc tutmaqdan ibarətdir. Nəfsi Əmmarə ilə mübarizə bu ayın ən mühüm ibadətidir.

Bu günlərdə İslamın and içmiş bədxah düşmənləri istər ölkə daxilində istərsədə ölkə xaricində müxtəlif formalarda islamın əleyhinə təbliğat aparır. Dünyanın müxtəlif bölgələrində müsəlmanların və onların mənafelərinin əleyhinə planlar çəkilir və onlara qarşı mədəni- maarif müharibəsi aparırlar. Xüsusi ilədə Fələstin, Əfqanıstan, Pakistan, Livan, Libiya, Yəmən müsəlmanlarının və qəhrəman Bəhreyn şiələrinin əleyhinə aparılan planlar.

Düşmənlər İslamı məhf etməkdən ötrü əl-ələ veriblər. Biz də gərək şeytani fikirlərin ictimaiyyətdə yer tapa bilməməsindən ötrü bir omalıyıq. Bütün müsəlmanları bu işdən agah etməliyik. Cahil və nadan insanları ilk növbədə ixlas ilə tutduqları işin mahiyyətindən agah edib bu işdən əl çəkməsi üçün ruhunun və cisminin paklanması üçün çalışaq və bu ayın maddi və mənəvi bərəkətlərindən istifadə etməklə öz insani vəzifəmizi həyata keçirtmiş olaq.

Müsəlman və dindar təbəqənin ayıqlıqla zamanənin fironlarına qarşı qiyam etmələri, məxsusən Bəhreynin şücaətli şiələrin ədalət naminə zalımlara qarşı apardıqları mübarizə hərəkatı və Fələstin xalqının sionistlər müqabilndə ümüd verici müqavimətləri, bütün Allahsevərlər üçün fəxr mənbəyidir.

Bu ayda ümum dünya Qüds gününün olması müsəlmanları bir araya vəhdətə gətirib, kafir və münafiqlərin zülmünə, dünya istibdadçıların hegeonçuluğuna son qoyan gündür. Buna görədə gərək bütün müsəlmanlar çox ayıq-sayıq olsunlar ki, ilahi təqva sayəsində qazandıqları birliyi dünya malına qurşanmaqla və Şərq və Qərb dünyasının yalançı vədlərinə aldanmaqla əldən verməsinlər. Biz daim əbədi ilahi kitab olan Qurani Kərimin nicat verici təlimləri sayəsində özümüzün və digər müsəlman qardaşlarımızın dünya və axirət məsələlərinin təmin olunmasından ötrü çalışmalıyıq.

Alim və İslam təbliğatçılarının öz nəfslərini islah etmələri zəruridir. Üləmalıar gərək yalançı Bəşər Hüquq Mühafizəçilərinin yalandan sürütdədikləri siyasətə qarşı çıxaraq onların siyasi oyunbazlıqlarına, müsəlmanların ilk qibləsi olan Qüdsün işğal olunmasına etiraz etsinlər və düşmənlərin hiylələrinin qarşısında dursunlar.

İslam təbliğatçıları və üləmaları bilməlidirlər ki, müsəlmanların düşmən çəngindən xilas olma yolu yanlız düşmənə və onun hiylələrinə agahalıq tapmaqla, bu yolda ciddiyət xərc etməklə, vəhdəti qorumaqla, hamılıqla izzət və şərəf sahibi olan Allaha təvəkkül etməklə mümkün ola bilər.

Nasir Məkarim Şirazi

28.7.2011


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları
Mərifət və itaət
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTİ
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid

 
user comment