İran İslam Respublikasının Xarici İşlər nazirinin göstərişinə əsasən, İran İslam Respublikasının Silahlı Qüvvələri Baş Qərargahının rəisi Cənab Həsən Firuzabadinin söylədiklərinə dair yayılan xəbərlər təkzib edilir.
İRAN SƏFİRLİYİ FİRUZABADİNİN ÇIXIŞINI TƏKZİB ETDİ
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən:
İran İslam Respublikasının ölkəmizdəki səfirliyindən verilən məlumatda bildirilir ki, İran İslam Respublikasının Xarici İşlər nazirinin göstərişinə əsasən, İran İslam Respublikasının Silahlı Qüvvələri Baş Qərargahının rəisi Cənab Həsən Firuzabadinin söylədiklərinə dair yayılan xəbərlər təkzib edilir. Sözü gedən çıxışın Cənab Firuzabadiyə aidiyyatı yoxdur və yayılan xəbərlər isə KİV-nin anlaşılmazlığının nəticəsidir.
Qeyd edək ki, dünən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan Respublikası rəhbərliyinə xəbərdarlıq etməsi barədə məlumat yayılmışdı.
source : ابنا