Azəri
Friday 19th of July 2024
0
نفر 0

BƏHAİLİYİN YARANMASI

Bab e᾿dam edildikdən sonra, ölümündən bir il əvvəl canişin ᾿yin etdiyi Sübhi-əzəl ləqəbini daşıyan Mirzə Yəhya Nuri Mazandarani (1246-1330 H.) babilər üzərində rəhbərliyi öz əlinə keçirdi. Lakin Mirzə Yəhyanın Bəhaullah ləqəbi ilə məşhur olan qardaşı Mirzə Hüseynəli onun canişin olması ilə tam müxalif idi. Bu səbəbdən Sübhi-əzəl qardaşını vəkil ᾿yin edir. Bundan belə tərəfdarları onunla əlaqə saxlamaq istədikdə, Mirzə Hüseynəliyə müraciət etməli idilər. Belə bir təklif onun üçün gələcək hədəflərinə çatmaqda münasib şərait yaradırdı. Məhz bu məqsədlə o, Sübhi-əzəlin təhlükəsizliyini ᾿min etmək bəhanəsi ilə onu hamıdan gizlədərək bütün işləri öz əlinə alır.

Babilərin camaata qarşı törətdiyi cinayət qırğınlar hələ davam etməkdə idi. İran dövləti öz təzyiqlərini gücləndirdiyi bir halda, Hicrətin 1268-ci ilində gözlənilmədən Nəsrəddin şaha sui-qəsd olunur. Dövlət ᾿murları babilərə qarşı apardıqları geniş əməliyyatda onların böyük bir hissəsini ələ keçirə bilirlər. Mirzə Hüseynəli tərəfdarları da onların arasında idilər. Lakin Rusiya səfirliyi bu məsələyə birbaşa qarışaraq onların e᾿dam olunmasının qarşısını alır. Bu səbəbdən Mirzə Hüseynəli qardaşı Sübhi-əzəl tərəfdarları ilə birlikdə İraqa sürgün olunurlar. Sürgün olunmalarına baxmayaraq, babilər üzərində rəhbərlik uğrunda mübarizə hələ davam edirdi. Yaranmış ixtilafın qarşıdurmaya gətirib çıxaracağını görən Osmanlı dövləti (o zaman İraq Osmanlı imperatorluğuna tabe idi) onları müxtəlif məntəqələrə - Sübhi-əzəli Kipirə, Bəhaullahı isə Fələstinə sürgün edir. Bəhaullahın Fələstinə sürgün olunması onun babilər üzərində hakim olmasına münasib şərait yaratdı. Çünki, Sübhi-əzəl Kipirə sürgün olunarkən tərəfdarlarının çox az bir hissəsi onunla getdi orada «Əzəliyyə» firqəsinin bünövrəsini qoydular. Hicrətin 1330- ilində Sübhi-əzəlin vəfatından sonra Mirzə Yəhya Dövlətabadi Tehranda Əzəliyyə firqəsinin rəhbərliyini öz üzərinə götürsə , əksəriyyəti təşkil edən Kipirdəki tərəfdarlarına nicat verə bilmədi. Beləliklə, «Əzəliyyə» çox tez bir zamanda zəifləyib aradan getdi.

Digər tərəfdən Bəhaullah qardaşını aradan götürdükdən sonra tərəfdarların əksər hissəsini öz ətrafına yığaraq geniş təbliğata yeni-yeni dəstələr yaratmağa başladı. Nəhayət, Bəhailik əməli olaraq Babilik üçün canişinlik rolunu ifa etdi.

 

* * *

 

Bəhaullah ləqəbi ilə məşhur olan Mirzə Hüseynəli Nuri Hicrətin 1285-ci ilində Fələstinin «Əkkaməntəqəsində Bəhailik firqəsini ᾿sis etdi. O, Hicrətin 1233- ilində Mazandaran vilayətinin Nur şəhərinin ətraf kəndlərinin birində dünyaya gəlmişdir. O dövrün adəti üzrə ibtidai oxu-yazı mərhələsini başa vurur dövlət idarələrinin birində işə girir. Qeyri-adi xasiyyət əhval-ruhiyyəsi onu, dərvişlərə qoşulub onlara xas olan uzun gen paltarlar geyməyə sövq etdi. Hörüklərini uzadıb dərviş məclislərində iştirak etməyə başladı. Əli Məhəmməd Babın ᾿vətindən xəbərdar olub qardaşı Mirza Yəhya onun qohumları ilə birlikdə Babilik cərəyanına qoşulur.

Bəhaullah, Bəhailik firqəsini təşkil etdikdən sonra Əli Məhəmməd Babın canişini olmağa can atmışdır. Canişinlik məqamından Babilik məqamına çatdı. Sonra İmam Zaman, daha sonra isə mütləq hakimiyyət iddiası etdi. Bir neçə müddətdən sonra peyğəməbrlik iddiası edərək özünün yeni şəriət sahibi olduğunu e᾿lan etdi. Bütün bunlarla kifayətlənməyib Allahın onun vücuduna hülul etdiyini özünün Allahın yer üzündəki məzhəri olduğunu iddia etdi. Allahlıq iddiası Bəhaullahın son iddiası oldu.

«Kitabun-mubin» adlı kitabında yazır: «La ilahə illa ənəl məscunul fərid»

«Əyyamu tis᾿ə» adlı başqa bir kitabında öz doğum günü haqda yazır: «Fəya həbbəza hazəl fəcrul-ləzi fihi vulidə mən ləm yəlid ləm yuləd».

Bəhaullah neçə cild kitab yazmış, orada öz iddia əqidələri barədə ətraflı ᾿lumatlar vermişdir. Kitablarının ən məşhuru bəhailərin ən müqəddəs hesab etdikləri «Əqdəs» «İqan» adlı kitablardır. Bəhaullah kitabdakı bütün mənbələrin ona vəhy olunduğunu iddia etmişdir.

Hicrətin 1310-cu ilində Bəhaullah Əkka şəhərində vəfat edir elə oradaca dəfn olunur. Hal-hazırda onun qəbri bəhailərin qibləgahı hesab olunur.

BƏHAULLAHDAN SONRAKI BƏHAİLİK

Bəhaullahın ölümündən sonra onun «Ğusnu-ə᾿zəm» kimi tanınan oğlu Mirza Abbas Əfəndi atasının yerini tutaraq bəhailərə rəhbərliyi öz üzərinə götürdü. Bəhailərin yeni rəhbəri özünə Əbdül-Bəha təxəllüsünü götürdü.

Bəhaullah Əbdül-Bəhadan sonra Məhəmməd Əli Mirzə adlı başqa bir oğlunun onun canişini olmasını vəsiyyət etsə , vəfat etdikdən sonra canişinlik məsələsi üstündə qardaşları Əbdül-Bəha Məhəmməd Əli Mirzə arasında böyük rəqabət meydana gəldi. Bəhailərin böyük bir hissəsi Əbdül-Bəhanın rəhbərliyini qəbul etdi, çox az bir qismi Məhəmməd Əli Mirzəyə meyl etdikləri üçün Bəhaullahın davamçıları tərəfindən küfr etməkdə ittiham olundular.

Lakin bəhailiyin əsas qolunu təmsil edən Əbdül-Bəha onun tərəfdarları xarici dövlətlərin, xüsusilə İngiltərənin himayəsi ilə fəaliyyətlərini daha da geniş şəkildə aparmağa başladılar.

Birinci dünya müharibəsindən sonra İngilis hökuməti Əbdül-Bəhanı bu ölkəyə göstərdiyi xidmətlərinə görə ən yüksək dərəcə «Ser» ləqəbi ilə mükafatlandırdı.

O, atasının canişinliyinə dair etdiyi vəsiyyətə əhəmiyyət vermədən Bəhaullahın «Rəbbani» ləqəbini daşıyan qız nəvəsi Şövqi əfəndini öz canişini ᾿yin etdi.

Şövqi ömrünün çox hissəsini qərb ölkələrində keçirmiş Kanadalı bir qadınla evlənmişdi. Bu səbəbdən Asiya əhalisindən daha çox Avropa amerikalılara meyl edirdi. Belə ki, həyat yoldaşının məsləhəti ilə amerikalı Çarliz Meyson Reymi öz canişini ᾿yin edərək ona «vəliyyi əmri sani» (ikinci dərəcəli hakim) ləqəbini verdi.

Şövqinin gördüyü işlərdən biri Bəhaullah Əbdül-Bəhanın yazılarında işarə olunan «Beytul-ədli» ᾿sis etmək oldu. Beytul-ədl, bəhailərin ibadətgah, yığıncaq dini mərasimlər keçirdikləri yerə deyilir. İlk olaraq Beytul-ədl ə᾿zəmi ᾿sis edir «vəliyyi əmri əvvəl» kimi tanınan səkkiz nəfər bəhai mübəlliğini öz başçılığı ilə oraya rəhbər ᾿yin edir. Sonra isə tərəfdarları üçün ümumi beytul-ədlin ᾿sis olunmasına dair göstəriş verir. Miladın 1957-ci ilində, Şövqi vəfat etdikdən sonra Əkkada yerləşən Beytul-ədl ə᾿zəm Meysan Reyminin ixtiyarına keçdi Avropa, Amerika bəhailəri onun rəhbərliyini qəbul etdilər. Lakin digər məntəqələrdə yaşayan bəhailər Meysonun belə bir məqama ᾿yin olunmasına razı olmayıb bir neçə hissəyə bölündülər.

Şövqinin ölümündən sonra bəhai firqəsində baş vermiş parçalanma başqa dövrlərdəkindən daha çox olmuşdur. Onun ölümündən sonra bəhailərin elə bir nüfuzlu rəhbəri olmamışdır onlar hal-hazırda işğal olunmuş Fələstin ərazilərində (İsrail) yerləşən Beytul-ədl ə᾿zəm tərəfindən idarə olunurlar.

İşğal olunmuş Fələstin ərazisində ᾿sis olunan İsrail dövləti ilk gündən Şövqi Rəbbaninin rəhbərliyi ilə bəhailiyi rəsmi din kimi tanıdı öz etiraflarına görə, sonralar onların arasında səmimi dostluq əlaqələri yarandı. (İran bəhailərinin əsasları, 16- nömrə, 1331-ci Hicri-şəmsi).


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb

 
user comment