Azəri
Saturday 18th of May 2024
0
نفر 0

SUFİLİK

Sufiliyi müstəqil cərəyan kimi digər məzhəb firqələrdən fərqləndirən xüsusiyyət varsa, o da onun özünəməxsus qayda adət-ən᾿ənələridir. Sufilik varlığın həqiqəti hesab etdiyi bəzi əqidə üsullarına əsaslanır ki, onlara çatmaq üçün bir sıra qayda-qanunlar müəyyənləşdirmişdir. Bu dərsimizdə Sufiliyin ideoloji əsasları adət-ən᾿ənələri haqda söhbət açacağıq.

1.SUFİLİYİN ƏQİDƏ ƏSASLARI

Sufiliyin ən mühüm əsasları aşağıdakılardır:

1. Tövhid vəhdəti-vücud;

Sufilər təkallahlığı vəhdəti-vücud kimi ᾿nalandırırlar. ᾿ni, varlıq yeganə həqiqətdən ibarətdir batində özünün kamil birliyi ilə hər növ təfriqə çoxluqla tam ziddir. Varlıq, çoxluğu əks etdirən zahirdən ibarətdir bu çoxluqlar zahiri olub varlığın həqiqəti deyil, görünüşü hesab olunurlar. Bu bəhs haqqında nəzəri irfanda geniş şəkildə söhbət açılmış, dəlil sübutlar gətirilmişdir. Sufilər isə onu öz əqidə dünyagörüşlərinin əsası kimi qəbul etmişlər.

2. Eşq;

Sufiliyin əsaslarından birini irfani üsullardan olan «eşq» təşkil edir. Ariflər Allaha qarşı olan sonsuz eşqi insanın Allaha yaxınlaşmağının Onun razılığını qazanmağın ən başlıca amili hesab edirlər. Allaha olan eşq insanda Allahın sevdiyi şeylərə qarşı məhəbbət yaradır. İlahi yolun yolçusu Allaha qovuşmaq üçün ilk növbədə Onun razılığını qazanmalıdır. Bu səbəbdən Allaha Onun adının məzhəri olan hər bir varlığa qarşı öz sevgi məhəbbətini biruzə verməlidir. Sevgi istəyin bu şəkildə zahir edilməsi irfanda eşq adlanır bu, məhəbbətin yüksək dərəcəsidir.

3. Fəna;

Arif sufilər belə bir əqidədədirlər ki, insan vəhdət məqamına çatmaq üçün sözün əsl ᾿nasında Allahın vücudunda fani olmalıdır. Fəna insanın xudpəsəndliyi Allaha xas olmayan bütün xüsusiyyətləri özündən uzaqlaşdırıb bütün ilahi xislətlərə yiyələnməsinə tam ᾿nada Allahın əmrinə tabe olmasına deyilir. Bu mərhələyə çatdıqdan sonra Allahdan başqa bir varlıq görməməli Onun istək iradəsindən başqa heç bir şey istəməməlidir.

4. Vilayət;

Vilayət irfanda rəhbərlik, məhəbbət, yaxınlıq Allahın zati xüsusiyyətlərindən birinə deyilir. Belə ki, bunun əsasında bütün məxluqat, o cümlədən insanlar Allah-taalanın mütləq ixtiyarı altındadır. Övliyaların (imamların) vilayəti [rəhbərliyi] ilahi vilayətdən irəli gəlir. Bunun üçün vəli o şəxsə deyilir ki, Allahın müqəddəs zatında fani olaraq insanların hidayətini öz üzərinə götürmüş olsun.

Arif Sufilər vilayətin fasiləsiz olaraq davam etməsini zəruri hesab edirlər. O, bütün dövrlərdə insanlar arasında olmalıdır Allaha yaxınlaşmaq istəyən şəxslər onun hidayətindən bəhrələnməlidirlər.

5. Şəriət təriqət.

Sufilər şəriəti zahid abidlərin kamala çatmaları üçün vasitə hesab edirlər. Kamala çataraq həqiqətə qovuşduqdan sonra şər᾿i vəzifələr onların üzərindən götürülür. Bunun üçün şəriətin zahirinə əməl etməyi adi insanların vəzifəsi hesab edirlər. Lakin ᾿nəvi seyrdə olanlar üçün yəqinə çatanadək şər᾿i hökmlərə əməl etməyi zəruri hesab edirlər. Bu səbəbdən bir çox sufi firqələri Sufiliyin ilkin mərhələsində olanlara vacib müstəhəb şər᾿i hökmləri yerinə yetirmələrinə ᾿kid etmişlər. Lakin özlərinin dedikləri kimi, fəna məqamına çatdıqdan sonra bütün şər᾿i hökmlər götürülmüş olur. Sufilərlə müxalif olanların əsas dəlillərindən biri onların şər᾿i hökmlərə diqqət yetirməmələridir. Müxaliflər Peyğəmbərin (s) həyatını misal gətirərək onlardan soruşurlar ki, o həzrət ömrünün axırına qədər şəri hökmlərə əməl etməmişdimi ya bunların çatmaq istədiyi məqama çatmamışdımı?

Sufilərin şəriətlə yanaşı, təriqətə e᾿tiqadları olmuşdur. Onlar belə bir əqidədə olmuşlar ki, şəriət dinin zahiri görünüşüdür, onun batini isə təriqətdir. Bunun üçün ilahi yolun yolçusu dinin zahirindən keçərək onun batininə qovuşmalıdır. zahiri əməlləri yerinə yetirmək əvəzinə, batinə diqqət yetirməlidir. Bu isə tərkidünyalıq, daimi zikr, varlığın ilkin mənşəyinə diqqət yetirmək, sədaqət ixlasa riayət etməkdən ibarətdir.

2. SUFİLİYİN QAYDA-QANUNLARI

᾿nəvi saflığa fəna məqamına çatmaq üçün sufilər özlərinə xas olan qayda-qanunlar icad etmişlər:

1. Riyazət (ruhi məşğələlər);

Riyazətinsanın özünü haram şeylərdən çəkindirməyə vacib olan şeylərə əməl etməyə adət etdirməsinə deyilir. İslam əxlaq irfanı bu məsələyə xüsusi diqqət yetirmiş bu barədə dini rəhbərlər tərəfindən çoxlu tövsiyələr olunmuşdur. Lakin sufi təriqətində müşahidə olunan riyazət şər᾿i riyazətdən olduqca fərqlidir. Sufilər nəfsin riyazətini «nəfsi öldürmək» kimi qələmə verir, ruhun maddi dünyəvi bağlılıqdan yaxa qurtararaq ᾿nəvi aləmə ucalması üçün bütün nəfsani istəklərinə mənfi cavab verirlər. Bütün nəfsani istəkləri, o cümlədən ailə qurmaq, ev-eşik sahibi olub asayişə yiyələnmək, münasib paltarlar geymək, dadlı yeməklər yeməmək s. işlər Sufi riyazətlərindən hesab olunur.

2. Xanəgah;

Xanəgah, sufilərin yaşayış dini mərasimlər keçirdikləri yerlərə deyilir. Zikr, vəcdə gəlmək, çillə çıxarmaq bu kimi mərasimlər xanəgahlarda keçirilir. Bütün xanəgahlarda mürşidlər üçün ibadət mərasimləri keçirmək məqsədilə xüsusi yerlər nəzərdə tutulmuşdur. Xanəgahlara girmək orada məskunlaşmağın özünəməxsus qayda-qanunları vardır.

3. Xirqə;

Xirqə, pir mürşid tərəfindən sınaqdan müvəffəqiyyətlə çıxmış ilahi yolun yolçusunun əyinlərinə geyindikləri kiçik parçalardan tikilmiş gen paltarlara deyilir. Xirqə iki növdən ibarətdir: İradət təbərrük xirqəsi. Müriddə ᾿nəvi seyrə sədaqət həqiqi istək müşahidə olunduqda, şeyx tərəfindən ona iradət xirqəsi geyindirilir. Beləliklə, bir növ ona Allah tərəfindən bəşarət müjdə verilir. Təbərrük xirqəsi isə mürşidin şeyxdən təbərrük alması üçün geyinilir.

4. Şeyx mürşid;

Sufilər ilahi yolun yolçusunun ən yüksək məqamını xirqə geyinməkdə, pir şeyxlik dərəcəsinə çatmaqda görürlər.

Pir, şeyx ya mürşid o şəxsə deyilir ki, ilahi yolun yolçusuna keçdiyi bütün mərhələlərdə yol göstərib, onu düzgün istiqamətləndirmiş olsun. Mürid şeyxin qarşısında təslim olmalıdır heç bir ixtiyara malik deyildir. Pir mürşidə «qütb» deyilir.

5. Sima;

Sima, sufilərdən birinin avaz oxuyub başqalarının dinləməsinə, ya cəm halda ney dəflə avaz oxumalarına ya heç bir musiqi aləti olmadan rəqs edərək vəcdə gəlmələrinə deyilir. Sima məclisləri avaz oxumaq sufilərin haldan-hala düşmələri üçün təşkil olunur.

6. Şəthiyyat.

Şəthiyyat, sufilərin sima məclislərində vəcdə gəldikdən sonra ixtiyarsız olaraq dedikləri sözlərə deyilir. Şəthiyyat iki hissədən ibarətdir:

1. İlahi eşqin yüksək dərəcələrinə çatdıqlarına dair etdikləri iddialar; Belə bir yüksək məqama çatmaları onları dua ibadətdən ehtiyacsız etmişdir. Onlardan ᾿ziləri iddia etmişlər ki, Allahla onlar arasında olan bütün maneələr götürülmüşdür hətta Onun dediklərini eşidirlər. «Ənəl həqq», «Sübhani, sübhani, ma əzəmə şə᾿ni» (Mənəm haqq) (pakam mən, pakam mən, şə᾿nim qədər böyükdür...) s. ifadələr sufi şəthiyyatlarından hesab olunur.

2. Kimsənin ᾿na məfhumunu başa düşə bilmədiyi cümlələr. Bunlar dinləyicini özünə cəlb edən gözəl aldadıcı ibarətlərdən savayı bir şey deyildir.

Sufilərin istifadə etdikləri digər ifadələrə «tamat» deyilir bu onların şər᾿i ibadətləri özünün zahiri həqiqi ᾿nalarından, batini fərz olunmayan ᾿nalarda işlətmələridir.

 

*  *  *

 

Sufiliyin adət-ən᾿ənələri qayda-qanunları haqda ətraflı söhbət açdıqdan sonra, onların əqidə şəriət əsaslarını İslam dini ilə tətbiq etməyi oxucuların ixtiyarına buraxırıq. Bir qədər dərindən fikirləşdikdə, onların hansı birinin islam dininin əqidəvi şər᾿i əsasları ilə müvafiq olub-olmadığı aşkara çıxır. Peyğəmbərin (s) buyuruq həyat tərzi müsəlmanların haqq yoldan uzaq düşməmələri üçün ən gözəl örnək əxlaq nümunəsidir. Ondan sonra da sadiq davamçılarının həyat tərzini onun sünnə buyuruqları ilə müqayisə edərək bu təriqətin [sufiliyin] dərəcədə doğru-düzgün olmasını müəyyənləşdirmək olar.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam dinində Qədir Xum bayramının həqiqəti
9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
Allahın saleh bəndələri namazı belə qılırdılar
Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi

 
user comment