Azəri
Friday 3rd of May 2024
0
نفر 0

MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2

Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: “Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.” * * *
Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: “Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.” * * *
Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.” * * *
Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.” * * *
Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: “Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.” * * *
Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: “O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.” * * *
Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: “Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.” * * *
Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə verməklə mal azalmaz.” * * *
Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).” * * *
Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.” * * *
Hədis 63: Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.” * * *
Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: “Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.” * * *
Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.” * * *
Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.” * * *
Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.” * * *
Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: “Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.” * * *
Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.” * * *
Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: “Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.” * * *
Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: “Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.” * * *
Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: “Dünya mö`minin zindanı, kafirinsə behiştidir.” * * *
Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).” * * *
Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: “Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.” * * *
Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: “Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.” * * *
Hədis 76: Həzrət Əli (ə) buyurur: “Kim özünü hesaba çəksə, səadətə yetişər.” * * *
Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: “Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.” * * *
Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: “Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.” * * *
Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: “Əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.” * * *
Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: “Bəndə öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.” * * *
Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: “İnsanı üzünə tə`rif etmək, onu qətlə yetirmək kimidir.” * * *
Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: “Allah yolunda bir gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.” * * *
Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.” * * *
Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.” * * *
Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.” * * *
Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya sevgisi bütün xataların başlanğıcıdır.” * * *
Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: “Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.” * * *
Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm övladının xatalarının çoxu dilindədir.” * * *
Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: “Mö`mini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.” * * *
Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmana hiylə quran bizdən deyildir.” * * *
Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: “Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.” * * *
Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü mö`minin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.” * * *
Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.” * * *
Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.” * * *
Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: “Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.” * * *
Hədis 96: Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.” * * *
Hədis 97: Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.” * * *
Hədis 98: Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.” * * *
Hədis 99: Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda qalar.” * * *
Hədis 100: Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”


source : http://www.alhassanain.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları

 
user comment