Azəri
Friday 19th of July 2024
0
نفر 0

MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-4

Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.” * * *
Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir ne`mət bağışlanmayan günah kimidir.” * * *
Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın tə`qib etdiyi bir kəs necə qaça bilər?!” * * *
Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.” * * *
Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.” * * *
Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.” * * *
Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.” * * *
Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.” * * *
Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.” * * *
Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.” * * *
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.” * * *
Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.” * * *
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.” * * *
Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.” * * *
Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.” * * *
Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.” * * *
Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: “Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.” * * *
Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .” * * *
Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.” Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən şəxsdir.” * * *
Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.” * * *
Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.” * * *
Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.” * * *
Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.” * * *
Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.” * * *
Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.” * * *
Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).” * * *
Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.” * * *
Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.” * * *
Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl etmədən behişt istəmək axmaqlıqdır.” * * *
Hədis 181: Həzrət Əli (ə) buyurur: “Dil yarası (tə`nə vurmaq) nizə yarasından daha yandırıcıdır.” * * *
Hədis 182: Həzrət Əli (ə) buyurur: “Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.” * * *
Hədis 183: Həzrət Əli (ə) buyurur: “Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .” * * *
Hədis 184: Həzrət Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.” * * *
Hədis 185: Həzrət Əli (ə) buyurur: “Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.” * * *
Hədis 186: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.” * * *
Hədis 187: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.” * * *
Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: “Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.” * * *
Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətləri əldən vermək qəm-qüssə gətirər.” * * *
Hədis 190: İmam Kazim (ə) buyurur: “Mö`min tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.” * * *
Hədis 191: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşını aldadan şəxs məl`undur.” * * *
Hədis 192: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məl`undur.” * * *
Hədis 193: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşının qeybətini edən şəxs məl`undur.” * * *
Hədis 194: İmam Kazim (ə) buyurur: “Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.” * * *
Hədis 195: İmam Kazim (ə) buyurur: “Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.” * * *
Hədis 196: İmam Kazim (ə) buyurur: “Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).” * * *
Hədis 197: İmam Kazim (ə) buyurur: “Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.” * * *
Hədis 198: Həzrət Əli (ə) buyurur: “Xalqla xoş keçinmək ağıl nişanəsidir.” Hədis 199: Həzrət Əli (ə) buyurur: “Ağılın ən yüksək dərəcəsi cəhli (bilməməzliyi) e`tiraf etməkdir.” * * *
Hədis 200: Həzrət Əli (ə) buyurur: “Aqilin ehtiyacsızlığı onun elminə görədir.” * * *


source : http://www.alhassanain.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment