Azəri
Wednesday 1st of May 2024
0
نفر 0

MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-6

Hədis 251: Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!” * * *
Hədis 252: Həzrət Əli (ə) buyurur: “Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!” * * *
Hədis 253: Həzrət Əli (ə) buyurur: “Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.” * * *
Hədis 254: Həzrət Əli (ə) buyurur: “Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.” * * *
Hədis 255: Həzrət Əli (ə) buyurur: “Hədsiz zarafat axmaqlıq nişanəsidir.” * * *
Hədis 256: Həzrət Əli (ə) buyurur: “Kömək etdiyin kimi kömək görərsən.” * * *
Hədis 257: Həzrət Əli (ə) buyurur: “Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.” * * *
Hədis 258: Həzrət Əli (ə) buyurur: “Çox gülənin qəlbi ölər.” * * *
Hədis 259: Həzrət Əli (ə) buyurur: “Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.” * * *
Hədis 260: Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.” * * *
Hədis 261: Həzrət Məhəmməd (s) buyurur: “Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi e`tibarlı kömək yoxdur.” * * *
Hədis 262: Həzrət Məhəmməd (s) buyurur: “Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.” * * *
Hədis 263: Həzrət Məhəmməd (s) buyurur: “O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.” * * *
Hədis 264: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.” * * *
Hədis 265: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, mö`minlərdə eyb axtarmaqdan uzaqdır.” * * *
Hədis 266: Həzrət Məhəmməd (s) buyurur: “Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.” * * *
Hədis 267: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.” * * *
Hədis 268: Həzrət Məhəmməd (s) buyurur: “İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.” * * *
Hədis 269: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətlər bulud kimi ötüşür.” * * *
Hədis 270: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.” * * *
Hədis 271: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.” * * *
Hədis 272: Həzrət Əli (ə) buyurur: “Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqca qısadır.” * * *
Hədis 273: Həzrət Məhəmməd (s) buyurur: “Əzabı və əvəzi daha tez çatan günah ne`mətə qarşı naşükürlükdür.” * * *
Hədis 274: Həzrət Məhəmməd (s) buyurur: “Özünü fəqirliyə vuran fəqir olar.” * * *
Hədis 275: İmam Həsən (ə) buyurur: “Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.” * * *
Hədis 276: İmam Həsən (ə) buyurur: “Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.” * * *
Hədis 277: İmam Həsən (ə) buyurur: “Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.” * * *
Hədis 278: İmam Əli (ə) buyurur: “Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.” * * *
Hədis 279: İmam Həsən (ə) buyurur: “Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.” * * *
Hədis 280: İmam Həsən (ə) buyurur: “Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.” * * *
Hədis 281: İmam Həsən (ə) buyurur: “Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.” * * *
Hədis 282: İmam Həsən (ə) buyurur: “Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.” * * *
Hədis 283: İmam Həsən (ə) buyurur: “İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.” * * *
Hədis 284: İmam Həsən (ə) buyurur: “Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.” * * *
Hədis 285: İmam Həsən (ə) buyurur: “Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.” * * *
Hədis 286: İmam Həsən (ə) buyurur: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.” * * *
Hədis 287: İmam Həsən (ə) buyurur: “Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.” * * *
Hədis 288: Həzrət Əli (ə) buyurur: “Qəzəb və şəhvətinə məğlub olan şəxs dördayaqlılar (heyvanlar) sırasındadır.” * * *
Hədis 289: Həzrət Əli (ə) buyurur: “Qardaşına quyu qazanın özünü Allah o quyuya salar.”
Hədis 290: Həzrət Əli (ə) buyurur: “Xalqın eybi dalınca gəzən adamın eybini Allah açar.” * * *
Hədis 291: Həzrət Əli (ə) buyurur: “Başqalarının sirrini açan kəsin sirrini Allah açar.” * * *
Hədis 292: Həzrət Əli (ə) buyurur: “Axirət işlərini qaydaya salanın dünya işlərini Allah qaydaya salar.” * * *
Hədis 293: Həzrət Əli (ə) buyurur: “Allahın qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə əhəmiyyət verməz.” * * *
Hədis 294: Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən kəs başqasını islah edə bilməz.” * * *
Hədis 295: Həzrət Əli (ə) buyurur: “Başqasını nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət edir.” * * *
Hədis 296: Həzrət Əli (ə) buyurur: “Bütün qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü ağrı və qüssəsi çox olar.” * * *
Hədis 297: Həzrət Əli (ə) buyurur: “Üzr istəyən halda cəza vermək necə də pisdir!” * * *
Hədis 298: Həzrət Əli (ə) buyurur: “Aşkarda görülməsi ayıb olan işi gizlində də görmə.” * * *
Hədis 299: Həzrət Əli (ə) buyurur: “Çox pisdir ki, insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.” * * *v Hədis 300: Həzrət Əli (ə) buyurur: “Xalqın bir-biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamda əsas hədis qaynaqları
Mərifət və itaət
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTİ
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin

 
user comment