Azəri
Sunday 21st of July 2024
0
نفر 0

əliyevlər erməni vandallarına zəminə yaradır

Gürcü qəhvəsi adı ilə ölkəmizə düşmənlərin istehsal etdiyi mallar daşınır.

əliyevlər erməni vandallarına zəminə yaradır

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Gürcüstanın “Kazbegi Coffee” şirkəti ölkə ərazisində gürcü kofesinin qablaşdırılmasını rəsmən dayandırıb. Bu barədə “The Financial” nəşrinə məlumat verən şirkət rəhbəri Vaya Burduli bildirib ki, erməni idxalçıları Gürcüstan bazarında inhisarçılıq yaradıb.

Xatırladaq ki, adıçəkilən şirkət “Kazbegi” pivə konserninin bir qoludur. V.Burduli müsahibəsində ölkə qanunvericiliyini tənqid edərək Gürcüstan bazarında iqtisadiyyat nazirliyinin antiinhisar qaydalarının işləmədiyini vurğulamışdı. Yerli istehsalat şirkətlərinin böhranda olduqlarını açıqlayan Burduli deyib: “Bütün pul və gəlirlər Ermənistana axır. Bizim rəqabətimiz üçün bərabər imkanlar qalmayıb”.

Şirkət rəhbərinin fikrincə, ermənilər düzgün oyun aparmır və əsl gürcü kofesinin bazarda aşağı keyfiyyətdə olduğu barədə şayiə yayırlar.

Qeyd edək ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya bu il noyabrın 7-8-də Ermənistanda səfərdə olarkən Ermənistanın biznes-sektoru üçün bütün imkanların yaradılacağını bəyan etmişdi. Baş nazir Nikoloz Qulauri isə noyabrın 18-də Batumidə keçirilən Gürcüstan-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında erməni həmkarı Tiqran Sərkisyanla görüşərək İrəvanın rəsmi Tiflisin əsas tərəfdaşlarından olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstan kofesinin Azərbaycan bazarlarına 15 faiz həcmində gətirildiyi bildirilsə də gömrükdəki mənbəmizin məlumatına əsasən, Tiflisdən Azərbaycana qaçaqmalçılıq yolu ilə 70 faizədək kofe gətirilir. Onu da nəzərə alaq ki, “gürcü kofesi” adı ilə Azərbaycana erməni kofesi daşınır. Bu, ermənilərin ölkəmizin bazarlarına daxil olmaq üçün ilk cəhdləri deyil.

Bir müddət əvvəl yazmışdıq ki, işğal olunmuş Əsgəran rayonunda yerləşən “Artsax brend company”nin istehsalı olan “Eau-de-vie” tünd alkoqol içkisi Moskvadan Bakıya gətirilərək bazarlarda satılır. Bu məlumatı şirkətin kommersiya direktoru Tiqran Ambartsumyan da təsdiqləmişdi. O, qəzetimizə eksklüziv müsahibəsində demişdi ki, başçılıq etdiyi şirkətə məxsus alkoqollu içkiləri Moskvada yaşayan azərbaycanlılar sifariş edib. Lakin təbii ki, müharibə şəraiti olduğundan rəsmi sürətdə heç bir hüquqi şəxs daşınma təklifi ilə müraciət etməyib. “Azərbaycana Qarabağ içkiləri daşınırsa, təbii ki, bunlar qaçaqmalçılıq yolu ilə gətirilir” - deyə o bildirmişdi. Ambartsumyan həmçinin alkoqol içkilərinin İrəvan-Tiflis-Bakı marşrutu ilə daşınmasını da istisna etməmişdi. İndiyədək erməni mallarının Azərbaycan bazarlarında və əksinə, Azərbaycan mallarının Ermənistanda satılması haqda bir neçə fakt olub. Məsələn, 2009-cu ilin dekabrında “Binə” ticarət mərkəzində “Artsax” ticarət nişanlı qadın geyimləri tapılmışdı. Elə həmin 2009-cu ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Masallı rayonunda keçirilən reyddə ermənilərə məxsus “Sevan” şirkəti istehsalı meyvə, şirniyyat və desert məhsulları aşkar edilmişdi. 2002-ci ilin iyununda MTN tərəfindən yayılmış məlumatı da yada salmaq olar. “Caspian Fish” şirkəti Ermənistana qaçaqmalçılıq yolu ilə balıq məhsullarının ixracında ittiham olunmuşdu. Və ya heç kimə sirr deyil ki, 2004-cü ildən başlayaraq Ermənistandan Azərbaycana Gürcüstan vasitəsilə tərəvəz (kələm, kök, kartof və s.) gətirilir.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...

 
user comment