Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 4:Xahiş edirik misallarla bu hədisi izah edəsiniz.

 

 

Cavab: لا جبر -Yəni,Allahın istək  və iradəsinin həyata keçməsi üçün insan yaxşı və ya pis işlər görməyə məcbur deyil. Və heç bir güc və qüdrət onu  bu işə vadar edə bilmir. Məcburiyyətin (cəbrin)-batil bir düşüncə olduğu dinin ən sadə məsələlərindəndir. Çünki, hər bir sağlam düşüncə sahibi öz vicdanına arxalanaraq özünü muxtar (azad) hesab edir və azadlığın əsası olan  təsəvvürlə təsdiqi özündə müşahidə edərək belə bir yəqinlik əldə edir ki, onun meydana gəlməsi titrəyişin hərəkətə gəlməsi kimi deyil. Bütün bunları nəzərə alaraq mərhum Mühəqqiq Hilli özünün ,,Qanunlar”-adlı kitabında yazır: Cəbriyyə təriqətinə mənsub olanlar öz əqidələrini sübuta yetirmək üçün yüzlərlə dəlil və sübut gətirsələr belə onların bütün dəlil və sübutları sağlam düşüncənin qəbul etdiyi sadə məsələlərin müqabilində batil və əsassızdır.

     Bütün bunlarla yanaşı cəbriyyə əqidəsinin batil olduğunu sübuta yetirən əsaslı dəlillərdən biridə  Allah-Təalanın axirət dünyasinda Öz bəndələrinə verəcəyi savab  və cəzadır. Belə ki, əgər insan günah və ya xeyirxah işlər görməkdə heç bir ixtiyar  və azadlığa malik olmayıb bütün işləri məcburiyyət üzündən yerinə yetirmiş olarsa axirət dünyasında ona hər hansı bir cəza və ya mükafatın verilməsi də mənasız olardı. Və tək axirət dünyasında deyil, belə bir tərzi-təfəkkürə əsasən insan heç bu dünyada da hər hansı bir cəza və ya savaba layiq görülməmlidir. Bir haldaki kimliyindən asılı olmayaraq hər hansı bi nalayiq işi yerinə yetirən şəxs sağlam düşüncə tərəfindən qınanaraq tənqid olunur, yaxşı və xeyirxah işlər gördükdə isə təriflənir.Elə bu səbəbdən də insan günah işlər gördükdə axirət dünyasının cəzasını xatırlayaraq kədərlənir və Allahdan bağışlanmasını diləyir. Xeyirxah işlər gördükdə isə özündə rahatlıq hiss edir və Allah-Təaladan ondan razı qalmasını  istəyir.

   لا تفويض  -Din və sağlam düşüncə cəbr ilə yanaşı  insanın öz başına buraxıldığını və tam mənada azad olduğunu da  da qəbul etmir. Belə ki, hər bir sağlam düşüncə sahibi öz həyat təcrübəsində dəfələrlə nəzərdə tutduğu və yerinə yetriməyə can atdığı  işin çox keçmədən qeyri mümkün olduğunun dəfələrlə şahidi olmuşdur. Başqa sözlə desək insan bir çox hallarda iradə və məqsədi arasında maneənin mövcud olduğunun şahidi olur. Bir çox hallarda həyata kecməsini istədiyi hadisələr baş vermir,bir çox hallarda isə həyata keçməsini arzu etmədiyi hadisələrin baş verdiyinin şahidi olur və  bütün hallarda bunların qarşısında aciz qalır. Bütün bunları nəzərə alaraq İmam Əli (ə) bəyanatlarından birində buyurur: Allahı, bəşər övladının istək və iradələrin,qərar və səylərin məhv olub aradan getməsi ilə tanıdım.Hər bir sağlam ağıl və düşüncə sahibi özündən nə bir zərəri dəf edə və özünə nə bir xeyir verə bilmədiyinə əmin olduqdan sonra özünü necə fail muxtar (azad) hesab edə bilər?! Matrudilər tərəfindən irəli sürülən belə bir  tərzi-təfəkkür batil və əsassız olmaqla yanaşı Allaha şərik qoşmaq qədər təhlükəlidir. Belə ki,insanın gördüyü işlərdə tam  azad hesab etməklə onu faillik baxımından (yəni işlərin icraçısı baxımından) Allahla bərabər tutmuş olurlar. Və buda bir həqiqətdir ki, matrudi alimlərindən bəziləri Allahın bəndələrin müqəddəratına təsirini inkar  edirlər.

امر بين الامرين

Bəşər övladı  ixriyar və azadlıq baxımından nə tam mənada sərbəst və azaddır,nə də bütün bunlardan tam mənada məhrum. O gördüyü bütün işlərdə Allahın istək və iradəsinin onun gərəcəyi işlə müvafiq olmasına ehtiyac duyur. Əks təqdirdə nəzərdə tutulan işin həyata keçməsi qeyri-mümkün olur. Və eyni zamanda insan gördüyü bütün işlərdə Allahın qüdrət və əzəmətinə ehtiyac duyur. Günah iş gördükdə isə Allah-Təala Öz köməyini ondan əsirgəyir və onu öz başına buraxır.Və əlbətdəki insan Allah-Təalanın köməyini əldə etmək üçün buna layiq işlər görməli və Allahın belə bir böyük lütfünü qazanmağa can atmalıdır. Eə bu səbəbdən də İmam Əli (ə) (Allahdan böyük qüdrəd və əzəmət sahibi yoxdur) ayəsi barədə sual verən şəxsin cavabında buyurur: Allah-Təala bizlərə günah etmək üçün güc və qüdrət verməmişdir,Onun bizlərə bəxş etdiyi varsa o da günahdan çəkinməyimiz üçün bizlərə bəxş etdiyi güc və qüdrətdir. Ona itaət etməyimiz üçün bizlərə bəxş etdiyi şey varsa o da əta etdiyi köməkdir. Başqa bir hədisdə buyurur: (İnsanın gördüyü bütün xeyirxah işlər Allahın lütf və köməyi ilədir, görülən  günah və pisliklər isə Allahın insanı öz başına buraxmasından irəli gəlir.)

                                ****************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment