Cavab: Əhli-beyt (ə) tərəfinfən nəql olunan rəvayətlərdən belə məlum olur ki, İmam Zaman (ə) zühur etdikdən sonra ata-babaları İmam Hüseyn (ə)-mın qətlində iştirak edən, istər dil ilə olsun, istər əməl ilə, istərsədə niyyətlə buna razi olan və bununla fəxr edən şəxslərlə vuruşacaq və onları qətlə yetirəcəkdir. Lakin İmam Hüseyn (ə)-mın qatilinin aqibəti barədə əlimizdə hər hansı bir məlumat yoxdur. Belə ki, nəql olunan rəvayərlərdən belə məlum olur ki, ric’ət zamanı kafirlərdən bir dəstə insan əhli-beytin hakimiyyətini görmək üçün birdaha yer üzünə qaytarılarlar. Və ola bilər ki, İmam Hüseyn (ə)-mın qatilləri də onların arasında olsun. Amma o ki qaldı Muxtarın qətlə yetirdiyi şəxslərə, tarixi mənbələrdə onun İmam Hüseyn (ə)-mın qatillərini bütünlüklə qətlə yetirdiyinə dair hər hansı bir məlumat verilmir. Ola da bilər ki, onun qətlə yetirmədiyi şəxslər İmam Zaman (ə) tərəfindən qətlə yetirilsinlər. Bunu da ehtimal vermək olar ki, Peyğəmbər (s) və məsum imamların şəxsiyyətl və mövqeiyyətləri olduqca əhəmiyyətli olduğundan onların qatillərini bir dəfə öldürməyin özü belə azdır. Bunun üçündə onlar öldürülüb yenidən dirildilməli və yenidən birdaha öldürülməlidirlər ki, öz layiqli cəzalarına çatsınlar. Bu məqsədlə onlar dünyalarını dəyişdikdən sonra İmam Zaman (ə)-mın qiyamı zamanı birdaha dirildilib onun əli ilə qətlə yetirilərlər. Və əgər Quran ayələrində qətlə qətl hökmü verilirsə bu qatilin bir dəfədən artıq öldürülməsinin mümkün olmadığı üçündür. İmam Hüseyn (ə)-mın qatilləri də əgər bir dəfə Muxtar tərəfindən qətlə yetirilmişlərsə onların yenidən dirildilib birdaha İmam Zaman (ə) tərəfindən qətlə yetirilməsi tamamilə haqlı olardı. Lakin bu barədə verilən məlumatlar məsələni hər tətəfli əhatə etmədiyi üçün İsra suraəsinin 33-cü ayəsinin təfsirinə müraciət etmək lazımdır. Orada deyilir:
اًوَمَن قُتِلَ مَظْلُوماً فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَ
(Haqqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik.)(İsra/33)
************
source : الشیعه