Cavab: Axirət dünyasının xüsusiyyəətlərini yaınız vəhy yolu ilə dərk etmək mümkündür.Və bu xəbərlər yalnız Quran ayələrində və Əhli-beytin buyuruqlarında bəyan edildilmişdir. Lakin onların heç birində heyvanat aləminin axirət dünyasındaki aqibəti barədə hər hansı bir məlumat verilmir.Və bu barədə yalnız Quranın
وَإِذَا الْوُحُوشُ حُشِرَتْ
(Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman.)-(Təkvir/5)-buyurduğuna etiqad bəsləmək kifayətdir.
Bəzi təfsir alimlərinin verdikləri açıqlamaya görə bu hadisə qiyamət günündən qabaq baş verəcəkdir.Belə ki, qiyamət qopduğu zaman meşədəki vəhşi heyvanlar meşələri tərk edərək oradan çıxacaq və vəhşi olmayan diğər heyvanalara birləşəcəklər.
Ənam suraəsinin 38-ci ayəsində də buyurulur:
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ
(Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tə’rif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.)
Göründüyü kimi bu ayədə də vəhşi heyvanların məhşərə toplanacaqları barədə məlumat verilir.Lakin nəql olunan heç bir mötəbər hədis və rəvayətdə bu ayə barədə hər hansı bir açıqlama verilməmişdir.
Əllamə Məclisi özünün ,,Həqqul yəqin” adlı kitabında bu barədə bir neçə rəvayət nəql etdikdən sonra deyir.Ayə və rəvayətlərin zahiri mənalarından belə bir qənaətə gəlmək olur ki,qiyamət günü məhşərə toplanan heyvanlar Allahdan dünyada onlara olunan zülmə görə insanlardan intiqam almalarını istəyəcəklər.Heyvanlardan bəziləri bəzi həqiqətlərin üzə çıxması üçün dirildiləcək, bəziləri isə Saleh peyğəmbərin dəvəsi, Kəhf əshabının iti,Yusif peyğəmbərin canavarı və Bəl’əm Baurun ulağı kimi dirildilərək cənnətə daxil olunarlar. Mötəbər mənbələrdə heyvanat aləminin məhşərdə toplandıqlarına dair hər hansı bir məlumat verilmədiyi üçün şiə kəlam alimləri bu barədə ətraflı məlumat verməkdən çəkinmişlər.,,Minhac” adlı təfsir kitabında deyilir: Heyvanat aləmi məhşərə toplandıqdan sonra intiqamları alınar və sonra yenidən torpağa çevrilərlər.Və Adəm övladına sevinc bəxş edən tovuz quşu kimi quşlardan savayı onlardan biri də qalmaz. Müəllif sonra əlavə edərək deyir: Bu barədə verilən ən mötəbər məlumat bundan ibarətdir ki, məhşərə daxil olan heyvanlardan biridə orada qalmayacaqdır. Lakin mələk, şeytan və cinlər kimi varlıqların cənnətə daxil olmaları hecdə Quran ayələri ilə ziddiyətlik təşkil etmir.Sonra mələklər cənnətə, cinlərin az bir qismi, şeytanlar ısə hamılıqla cəhənnəmə daxil olunarlar.Lakin onlardan olan möminlərin cənnətdəki yerləri barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi təfsir alimlərinin verdikləri açıqlamaya görə onların cənnətdəki yerləri insanların qərar tutduqları cənnətlərdən aşağı dərəcədə, bəzilərinin dediklərinə görə isə onlar Əraf da,yəni cənnətlə cəhənnəmin arasında qərar tutacaqlar.Lakin Rəhman surəsində cin və insanlara İlahi nemətlər barədə olunan müraciəti nəzərə alaraq deyə bilərik ki, birinci nəzər daha dəqiq nəzərə çarpır.
************