Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 7: Şeytan bir zamanlar təkallahçı olduğu bir hada bu ayə ona necə şamil ola bilər?

 

 

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا

(Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.)(Nisa/48) .

 

Cavab: Bəli, Şeytan əvvəldən müşrik olmamışdır. Çünki , şirk birinin istər ibadətdə olsun ,istər yaradılışda, istərsədə itaətdə Allaha şərik qoşmasına deyilir. Və bunların heç biri Şeytanda olmamışdır. Lakin bunlardan ən  pisi küfrdür. Küfr isə birinin inadkarlıq üzündən Allaha itaəti tərk etməsinə deyilir. Və biz Quran ayələrinə istinad edərək deyə bilərik ki, Şeytan müşrik yox kafir olmuşdur.

إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنْ الْكَافِرِينَ

(Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.)( Sad/74).

,,Üsuli-Kafidə’’ Zərarənin İmam Məhəmməd Baqir (ə)-dan nəql etdiyi rəvayətdə deyilir: (Küfr şirkdən də böyük günahdır.Bir vaxtlar Allah-Təala İblisə Adəmə səcdə etməyi əmr etdikdə İblis küfr edərək Allaha qarşı itaətsizlik etmiş və beləcə kafir olmuşdur. Bəli, küfr şirkdən də böyük günahdır!).

İmam Məhəmməd Baqir (ə)-dan nəql olunan başqa bir rəvayətdə deyilir:(And olsun Allaha, küfr şirkdən daha qədim və daha böyük günahdır. Bir vaxtlar Allah-Təala İblisə Adəmə səcdə etməyi əmr etdikdə İblis küfr edərək Allaha qarşı itaətsizlik etmişdir və beləcə kafir olmuşdur.Bəli,küfr şirkdən də böyük günahdır!)

    Rəvayətlərdən birində deyilir: İmam Hüseyn (ə)-dan soruşurlar: (Küfr qədim günahdır yoxsa şirk? Buyurur: Küfr, çünki Şeytan ilk dəfə Allaha qarşı çıxaraq küfr etmişdir.Şirk Allahdan qeyrisinə itaət etməyə deyilir,onunku isə ilk mərhələdə şirk yox küfr olmuşdur.)

Imam Cəfər Sadiq (ə)-dan soruşurlar: Küfr qədim günahdır yoxsa şirk? Cavabında buyurur: Küfr şirkdən daha  qədimdir. Çünki, Allaha qarşı çıxan və kafir olan ilk şəxs İblis olmuşdur. O Allahdan qeyrisnə pərəstış etdiyi üçün  deyil, Allaha qarşı çıxdığı üçün kafir olmuşdur. Lakin özü kafir olduqdan sonra başqalarını  Allahdan qeyrisinə pərəstiş etməyə sövq etmiş bunun üçündə həmdə müşrik olmuşdur.

    Hədisdən belə məlum olur ki, şeytan həm kafir olmuş həmdə müşrik. Lakin onun küfru Allaha itaətsizlik üzündən olmuşdur. Sonralar Adəm övladlarını bütpərəstliyə və sair batil  əqidilərə sövq etdiyi üçün şirkin bünövrəsini qoymuş və özü ilk müşrik olmuşdur. Və məlum məsələdir ki, özünün müşrik olması    şirkə sövq etməsindən daha böyük günahdır. Başda İblis olmaqla Allahın lənəti olsun kafir və müşriklərə.

   Verilən sualın  xülasəsi də bundan ibarətdir ki, Allah-Təala küfrdən başqa bütün günahları bağışlayır, onların üzərindən əvf qələmi çəkir  və şirkdən başqa  bütün günahları bağışlayır.

   Şeytan da ilk mərhələdə Adəmə secdə etməkdən imtina edərək Allaha itaətsizlik etdiyi üçün kafir olmuş və Ona heç bir şərik qoşmamışdır. Deməli, əgər həmin mərhələdə tövbə etmiş olsaydı günahlarının bağışlanması mümkün olardı.

   Cavabın xülasəsində deyə bilərik ki, şeytan sonraki mərhələlərdə Adəm övladlarını  müxtəlif  üsullarla  yoldan azdıraraq Allaha şəriklər qoşmuş və bütpərəstliyin bünövrəsini qoymuşdur.Və əgər şeytanın Allaha iman gətirdiyi söylənilərsə cavabında deməliyik ki, bəndənin Allaha iman gətirməsi tək onun dili ilə deyil, əməli və qəlbi ilə də təsdiqlənməlidir. Və bütün bunlarla yanaşı  bəndə kainatın Allah tərfindən idarə olunduğunu və özünün heç bir müstəqillyiyə malik olmadığını  dərk etməlidir. Bunlardan biri qəbul olmadıqda və insan şeytan tək özünü müstəqil varlıq hesab etdikdə Allaha qarşı olan küfrünü açıq-aşkar biruzə vermiş olur.

    Belə bir cıxılmaz girdabda qərq olmamaq üçün insan özünü Allahdan asılı bilməli və heç bir müstəqilliyə malik olmadığını əmin olmalıdır və bir anda olsun bəndəlik dairəsindən çıxmamalıdır. Yəni, öz rəy və nəzərlərini Allahın nəzərindən qabağa salmamalı və azacıq da olsun təkəbbürlük etməməlidir. Əks təqdirdə  axirət dünyasının şiddətli əzabına düçar olacağına əmin olmalıdır. Allah-Təala Qurani-Kərimdə cəhənnəmi belələrinə vədə verdiyini buyurur:

إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

(Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!) (Ğafir/60).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment