Cavab: Həm əqli,həmdə nəqli dəlilləri istinadən deyə bilərik ki, bu kimi şəxslər axirət dünyasında sorğu-sual olunmayacaq və hər hansı bir cəzaya məhkum olunmayacaqlar. İnsan düşüncəsi bunu hökm edir ki, bu dünyada onlara kifayət qədər hüccət və dəlillər görmədikləri üçün onlar axirət dünyasında cəzalandırılmayacaq və sorğu-suala çəkilməyəcəklər. Baxaq görək Quran bu barədə nə deyir:
إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا
(Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!)(Nisa/100).
,,Kifayətul-muvəhhidin”-adlı kitabda deyilir: Ayədə مُسْتَضْعَفِين (mustəzəfin) deyildikdə kişi və qadınlardan olan əqli çatışmamazlığı olan və üzərlərinə Allahın hüccət və dəlili tamamlayan şəxslər nəzərdə tutulur. Yəni , onlar İslami ya əqli çatışmamazlıq üzündən qəbul edə bilməmiş ya fiziki zəiflik üzündən yada sadəcə dini onlara çatdıra biləcək şəxslər olmamışdır. Beləcə onlar cahiliyyət zamanında olduğu kimi İslam dinindən xəbərsiz qalmışlar.
Kafir isə Allaha və qiyamət gününə iman gətriməyən və dünyasını bu vəziyyətdə dəyişən şəxslərə deyilir.Bu arada biz fasiq adlanan başqa bir dəstə ilə qarşılaşırıq. Fasiq,günahkar və zülmkarlara, tövbə etmədən dünyasını harama yol verməklə dəyişən şəxslərə deyilir. Qiyamət günü onlar həqiqəti dərk etməkdə səhlənkarlığa yol verdikləri üçün şiddətli əzaba düçar olarlar. Bu dəstəyə aid olanlar müqəssir olmadıqları halda cəzalandırılmaz, müqəssir olduqları halda isə günahlarına müvafiq qaydada cəzalandırılarlar. Müqəssir deyildikdə yol verdikləri səhlənkarlıqlar, təqsir deyildikdə isə hər hansı bir vacib əməli görə bildikləri halda görməmələri nəzərdə tutulur. Yəni, insan qiyamət günü yalnız görə bildiyi lakin görmədiyi işlər üçün mühakimə olunar. Məsələn,biri ona həyat üçün zəruri olan dəva-dərmanı və ya hər hansı bir ləvazimatı əldə edə bildiyi halda səhlənkarlıq göstərir və bunun nəticəsində ziyana uğrayır. Belə olduğu halda həmin şəxs Allah qarşısında müqəssir hesab olunur. Həmin şeylərə ehtiyac duyduğu ,lakin əldə etməyə qadir olmadığı halda isə heç bir məsuliyyət daşımır. Bir sözlə əqli çatışmamazlığı olan və ya doğrudan da həqiqəti dərk etmək imkanına malik olmayan şəxslər qiyamət günü cəzalandırılmaz və dünya həyatındaki mövcud şərait üçün məsuliyyət daşımazlar. Lakin birisini haqsız yerə qətlə yetirənlər, müxtəlif cinayətlərə düçar olanlar, başqalarının haqqına təcavüz edənlər bir sözlə insanın maaddi və mənəvi həyatı ilə zidd olan hər növ çirkin işə düçar olanlar qiyamət günü müvafiq qaydada cəzalandırılar, günahlarından əl çəkmədikləri təqdirdə isə heç bir halda güzəşt olunmaz və bağışlanmazlar. Yəni, insan dinlə əlaqəli olan hər hansı bir əqidəvi məsələni başa düşmədiyini və bu səbəbdən də iman gətirmədiyini bəhanə gətirsədə heç vaxt başqa birisini haqsız yerə öldürməyin günah olduğunu bilmədiyini bəhanə gətirə bilməz. Çünki bunu Allahın onun vücudunda qərar verdiyi ağıl adlanan batini dəlil hökm edir.
************
...... وَاللّهُ يَهْدِي مَن يَشَاء
(Allah istədiyini hidayət edər.........)