Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 11: Insanların bəzilərinin qara, bəzilərinin ağ dərlii, bəzilərinin kor, bəzilərinin görə bilməsi, bəzilərinin gözəl, bəzilərinin isə çirkin olmaları İlahi ədalətlə ziddiyətlik təşkil etmirmi? Kor və çirkin şəxslərin dünya nemətlərindən lazımınca i

 

 

 Cavab: İnsanların korluq, çirkinlik, anadangəlmə xəstəlik və bu kimi   cismani  çatışmamazlığı, habelə birinin kasıb başqa birisnin  varlı olması İlahi hikmətdən irəli gəlir. Onlardan bəzilərinə işarə edirik:

1- Belə bir deyim var: (Əşyalar onlara zidd olan şeylərlə tanınarlar). Əgər çirkinlik olmasaydı məlum məsələdir ki kimsədə gözəllik barədə bir təsəvvür olmaz və eyni qaydada əgər nöqsan və çatışmamazlıq olmasaydı kamillikdə heç bır məna kəsb etməzdi.

2-  Allahın hər şeyə qadir olması yaradılış aləmində öz əksini tapmalıdır.

3- Əgər korluq, yoxsulluq çirkinlik və bu kimi xoşagəlməz çatışmamazlıqlara düçar olan insanlardan bəziləri yaxşı diqqət yetirmiş olsaydılar Allahdan onlara verilən belə bir sınağa razı olar  və onu  etirazla  qəbul etməzdilər.

Rəvayətlərdən birində deyilir: (Günlərin biri peyğəmbərlərdən biri çayın kənarı ilə ötüb keçırmiş. Orada bir neçə uşağın oynadığı və onlardan birinin kor olduğunu görür. Uşaqlar onu suya batırır və beləcə əziyyət edirdilər. Peyğəmbər bunu görcək çox mütəəssir olur və Allahdan onun gözlərini açmasını istəyir. Peyğəmbərin duası qəbul olur və uşağın gözləri açılır. Amma bu dəfə o uşaqları suya batırır və onları boğulana qədər  suyun altında saxlayır. Belə bir təsiredici mənzərənin şahidi olan peyğəmbər Allah-Təalaya müraciət edərək deyir:İlahi ! Sən bildiyin məsləhətdir,onu əvvəlki vəziyyətinə qaytar.) İstər nəql olunan rəvayətlərdə, istərsədə yaşadığımız həyatta bu kimi hallara çox rast gəlmək olar.

4- İnsanların imtahana çəkilmələrindən məqsəd onların səadət və bədbəxtçiliklərini biruzə verməkdir. Belə ki,ağır imtahanlarla sınanan bəzi mömin və əməli saleh şəxslər səbr və mətinlik göstərərək bütün çətinliklərə sinə gəlir və bununlada Allahın razılığını qazanmış olurlar. Onlar qarşılaşdıqları bəla və müsibətlərin məşəqqətli olmasına baxmayaraq daim Allaha şükr edər və Ondan yalnız bağışlanmalarını istərlər.

وَما أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ وَكَانَ رَبُّكَ بَصِيرًا

((Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir! )(Furqan/20).

Amma o ki qaldı qiyamət günü bu kimi şəxslərlə necə rəftar olunacğına bunu deməliyik ki, onların dünyada daddıqları acılara görə  axirət dünyasında ən gözəl   tərzdə əvəz verilər. Bildiyimiz kimi Allah-Təalanın adlarından biridə Cəbbar, yəni əvəz verəndir. Kəlam elmində də sübuta yetirilir ki,  Allah-Təala dünya həyatında maaddi və cismani məhrumiyyətlərlə qarşılaşan şəxsləri axirət dünyasında razı qalacaqlarına qədər mükafatlandıracaqdır.

   ,,Üsuli-Kafidə’’- ,,Möminlərin bəlaya düçar olmaları” fəslində nəql olunan rəvayətlərdən birində deyilir: (İbn Əbi Yəfur deyir: İmam Cəfər Sadiq (s)-ma uzun müddət mənə əziyyət verən ağrılardan şıkayət etdim. Cavabında buyurdu: Ey Allah bəndəsi əgər bəndə bəla və müsibətlərdə nə kimi fəzilətləri olduğunu bilsəydi özünün qayçi ilə tikə-tikə doğranmasını arzulayardı.)

    ,,Biharul-Ənvarın’’ 11-ci cildində nəql olunan rəvayətdə deyilir: (Görmə qabiliyyətini itirmiş  Əbu Bəsir günlərin biri İmam Cəfər Sadiq (ə)-mın yanına gəlib deyir: Siz ölüləri dirildə və qotur xəstələrinə şəfa verə bilirsinizmi? İmam Cəfər Sadiq (s) buyurdu: Bəli, Allahın izni ilə bunu bacarırıq. Əbu Bəsir ondan gözlərini açmasını istədi. İmam Cəfər Sadiq (s) ona dedi: Yaxın gəl,sonra mübarək əllərini onun hər iki gözlərinə çəkdi və Əbu Bəsirin gözləri açıldı. Əbu Bəsir gözlərinin açıldığını görüb dedi: Mən artıq hər şeyi görürəm.İmam Cəfər Sadiq (s) ona dedi: Bu halda qalıb hamiya veriləcək nemət və çətinlikləri dadmaq istəyirsən yoxsa əvvəlki halına qayıdıb sorğu-suaılsız cənnəti qazanmağı? Əbu Bəsir deyir: Əvvəlki halıma qayıtmaq istəyirəm. Bundan sonra İmam Cəfər Sadiq (s) onu əvvəllki vəziyyətinə qaytardı.)

    Hədisdən belə bir qənaətə gəlmək olur ki, insan bu dünyadaki müvəqqəti çətinliyə səbr etməklə axirət dünysaının əbədi cənnətini qazana bilər.

    Bu kimi  rəvayətlərdən də belə məlum olur ki,qiyamət günü Allah-Təala dünya həyatında bəzi səbəblər üzündən müxtəlif məhrumiyyətlərə məruz qalan şəxslərə müraciət edərək deyər: Bü gün sizə nə istəsəniz verəcəyəm. Bundan sonra onların ehtiyaclarını o qədər aradan qaldırar ki, onlardan hər biri kaş dünya həyatında heç bir istək və arzularının qəbul olunmayaydığını diləyər.

   Amma o ki qaldı dünya həyatında cismani və maaddi məhrumiyyətə düçar olan və imansız halda dünyalarını dəyişən yəni, (dünya və axirətdə onların bir nəsibi yoxdur)-ayəsinin zahiri nümunəsinə çevrilən şəxslərə bunu deyə bilərik ki, bu kimi məhrumiyyətlər Allahın bu kimi insanlara küfr etdikləri üçün qiyamət gününə saxladığı  bir növ əvəzdir. Kafirin isə qiyamət günü Allah tərəfindən heç bir payı daha dəqiq desək güzəşti olmaz. Bunun üçün də  bu kimi suala artıq heç bir yer qalmır.

 

 إِنَّ اللَّهَ لَا يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَكِنَّ النَّاسَ أَنْفُسَهُمْ يَظْلِمُونَ

(Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! ).(Yunus/44).

                                ************   


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment