Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 12: İki nəfər əməli saleh şəxsdən biri otuz, digəri altmış il ömür sürür. Otuz il ömür sürən əməlisaleh şəxs altmış il ömür sürmüş möminn qardaşı qədər ömür sürə bilmədiyi və onun qədər mükafat ala bilmədiyinə üçün Allaha şikayət edərsə onun mükafa

 

 

Cavab: Əməlin azlığı və ya çoxluğu  ya  kəmiyyət baxımından ola bilər ya da keyfiyyət.Yəni, kəmiyyət baxımından bir il gecələr namaz qılıb gündüzlər oruc  tutaraq (ehtiyacı ödəyəcək qədər  istisna olmaqla) bütün var-dövləti sədəqə verməkdə  olar və ya keyfiyyət baxımından  bir günün məğrib və işa namazlarını ixlasla qılmaqlada. Sözsüz ki ixllasla qılınan belə bir namaz  illər boyu diqqətsiz olunan ibadətlərdən və ixlasla verilməyən sədəqələrdən daha xeyirli və daha fəzilətlidır. ,,Biharul-ənvar’’-da Həzrəti Peyğəmbər (s)-dan nəql olunan hədislərdən birində deyilir: (Sakitlikdə ixlasla qılınan iki rükət namaz axşamdan səhərə qədər qılınan namazlardan daha xeyirlidir.) Və sözsüz ki, ibadət edən şəxsin təqva və ixlası da ibadətinin  dahada keyfiyyətli olmasına və Allah dərgahında daha tez qəbul olunmasına səbəb ola bilər.

   Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, otuz il ömür etmiş və bu müddət ərzində Allaha bəndəlik etmiş bir şəxs öz ixlas və təqvası ilə Allahın lütf və mərhəmətini elə bir yüksək səviyyədə qazana bilər ki bu, altmış il və ya daha artıq ömür sürmüş şəxsin ibadətindən daha da artıq olsun. Belə olduğu bir halda artıq nə etiraza  edə bilər, nədə  suala  yer qalar.

    İkinci cavab: Belə də ola bilər ki ,otuz il ömür sürmüş  bir şəxs əgər bundan artıq yaşasaydı bəlkədə yolunu azar və gördüyü xeyirxah işləri belə zay edərdi. Bu kimi şəxslər ömürlərini cavan yaşlarında dəyişsələr belə qiyamət günü bunu Allah tərəfindən onlar üçün yalnız lütf olduğunu başa düşər və bunu üçün Ona şükürlər edərlər.

     Üçüncü cavab: Bəzən də elə olur ki, insanlar ömürlərinin qısalmasına və ya uzanmasına özləri səbəb olurlar. Nəql olunan hədislərdən  belə  məlum olur ki, insan qohum əqraba ilə münasibətlərini kəsmək, Allahın haramını özünə halal bilmək və günah işlər görməklə ömürünün qısalmasına şəxsən özü səbəb olur. Və əksinə olaraq qohum-əqraba ilə yaxşı münasibətdə olmaq və Allah yolunda sədəqə verməklə öz ömürünü uzada da bilər.

    Necə ki,İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir:(Günahı ucbatından dünyalarını dəyişənlərin sayı öz əcəli ilə ölənlərin sayından ,xeyirxah işlər görənlərin də sayı  adı həyat sürənlərin sayından daha çoxdur.)

    Qiyamər günü hər şeyi həqiqəti üzə çıxdığından artıq heç bir şübhəyə yer qalmayacaqdır.

                                  ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün

 
user comment