Sual 26: Möminlərin əmiri Əli (ə) Xəvariclə döyüşdə qoşuna həm quyunun başında , həmdə aşağı hissəsində su vermiş onu ilahiləşdirən ğullat isə onu hər iki yerdə görərək dahada ifrata varmışlar. Bütün bunlar onun ruhiyəsinin böyüklüyündən xəbər verirmi? Bunun necəliyini izah edə bilərsinizmi?
Cavab: Möminlərin əmiri İmam Əli (ə)-mın eyni zamanda bir neçə yerdə olması bir çox mötöbər rəvayətlərdə nəql olunmuşdur və bu kimsədə şübhə doğurmur. Misal olaraq bir tarixi hadisəyə işarə edək. Xeybər döyüşündə kafirlərin qoşunu yetmiş dəstəyə bölünür və İmam Əli (s) onların hər birini arxasından qılınc zərbəsi endirir. Süffeyn döyüşündə isə Kətibənin qoşununda iyirmi beş min nəfər qöyüşçü iştirak etdiyi göstərilir. Əli (ə) tək başına onlarla döyüşərək məğlub edir. Döyüş meydanından canını qurtara bilən fərarilər Müaviyyənin yanına gələrək heyrətlə hər yerdə Əli (ə)- mın onlara qılınc və nizə ilə hücüm etdiyini etiraf edirlər. Nəql olunan bir çox rəvayətlərdə də qeyd olunur ki, möminlər ölüm ayağında olduqları zaman Əli (ə)-mı müşahidə edərlər. Deməli, eyni zamanda minlərlə mömin şəxs dünyasını dəyişə bilsədə onlar Əli (ə)-mın mübarək simasını müşahidə edə bilirlər. Əllamə Məclisi ,,Biharul-Ənvar”- da yazır: Bütün bu halların heç birində Əli (ə) özünün cismani bədənində deyil, cismani bədənə bənzər və olduqca lətif və zərif misal bədəni ilə təzahür edir. Misal bədəni cin və mələklərin bədənlərinə bənzər, bərzəx aləminə ruhlar məhz belə bir bədən də qərar tutarlar. Allahın mərhəmət etdiyi imamət və vilayət sahibləri də həmin misal bədənlərinin vasitəsilə eyni zamanda bir neçə yerdə təzahür edə və istədikləri işi yerinə yetirə bilirlər. Mərhum Hacı Nurinin təlif etdiyi ,,Darus-səlam” adlı kitabda bu barədə digər maraqlı məlumatlarda vermişdir ki, maraqlananlar oraya müraciət edə bilərlər.
************