Sual 28:İmam Hüseyn (ə)-mın Aşura ziyarətnaməsində bir yerdə deyilir: ان يرزقني طلب ثارك- başqa bir yerdə isə deyilir: ان يرزقني طلب ثاري-Burada məqsəd birlik və vəhdət naminə İmam Hesyn (ə)-mın intiqamını almaqdır yoxsa bunun başqa bir mənası var?
Cavab:Duada istifadə olunan sar(ثار) kəlməsi bir neçə məna ifadə edir.Onlardan biri sualda işarə etdiyiniz məqamdır. Belə ki, o həzrətin sadiq tərəfdarları daim ona ruhən bağlı olar və özlərini onun bir hissəsi hesab edərlər. Necəki, İmam Hüseyn (ə)-mın özü bu barədə buyurardı: (Bizim tərəfdarlar ən fəzilətli torpaqdan xəlq olunmuş və bizim imamətimizlə qarışmışıar). Möminlərin əmiri Əli (ə) Rəmiləyə buyurur.(İstər qərbdə olsun,istərsədə şərqdə bizim tərəfdarlarımızdan birinə xəsarət toxunduqda dərhal bizə də toxunar).Günlərin biri bir şəxs İmam Rza (ə)-ma deyir.Hərdən elə olur ki, səbəbsiz yerə sevinir və ya kədərlənirəm. İmam Rza (ə) cavabında buyurur: Bu heçdə səbəbsiz deyil, sənin kədərlənmənə və ya sevinmənə səbəb olan İmamının sevinib kədərlənməsidir.Başqa bir anlama əsasən bunu deyə bilərik ki, istər ərəb dialektində olsun, istərsədə qeyri ərəb millətlərin dialektində bir millətə hər hansı bir müsibət üz verdikdə onu özlərinə aid edir və deyirlər: Başımıza elə bir müsibət gəlmiş,qanımızı elə tökmüşlər ki............
Məlum məsələdir ki, imamət İlahi bir məqamdır və imamın qarşılaşdığı hər hansı bir müsibət onun bütün sadiq davamşılarına da aid olur və elə bu səbədən də onun müsibətini öz müsibətləri hesab edir və özlərini onun haqlı intiqamçisi adlandırırlar.
Lakin sar(ثار) kəlməsi başqa bir mənaya da dəlalət edə bilər. Oda bundan ibarətdir ki, əgər qəsbkar Əməvi sülaləsi xilafəti ələ keçirərək ilk öncə İmam Əli (ə),sonra İmam Həsən (ə) və daha sonra İmam Hüseyn (ə)-mı faciəvi şəkildə şəhid etməsəydi kimsəyə nə zülm olunar, nədə haqqı taptalınardı. Lakin qiyamətə qədər olunan bütün zülm və haqsızlıqlar Həzrəti Məhəmməd (s) və onun ailəsinin haqqını qəsb edən qəsbkarların üzərinə düşəcəkdir.
Buradan belə qənaətə gəlmək olur ki, Kərbəlada İmam Hüseyn (ə)-mın başına gələn müsibətlər tək onun müsibəti deyil, bəlkə bütün müsəlman ümmətinin müsibəti olmuşdur. Tək onun qanı deyil,bəlkə bütün müsəlman ümmətinin qanı tökülmüşdür və tək Həzrəti Məhəmməd (s) və onun ailəsinə qarşı deyil,bəlkə bütün müsəlman ümmətinə qarşı zülm və haqsızlıq olunmuşdur
************
السلام عليك يا ثار الله وابن ثاره
(Salam olsun sənə ey Allahın qanı,salam olsun sənə ey Allahın qanının oğlu.)