Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 29:Günlərin biri bir məsihi ilə mübahisə ediridm.

Sual 29:Günlərin biri bir məsihi  ilə mübahisə ediridm. O dedi: Siz İmam Hüseyn (ə)-mı  Allahın qanı və Allahın qanının  oğlu hesab etdiyiniz kimi bizdə  tam haqlı olaraq İsa Məsihi Allahın oğlu hesab edirik. Cavabında  dedim: Bizim o Həzrətə belə bir ad verməyimiz məcazi məna daşıyır və bununla onun məqamının ucalığını göstərmək istəyirik. Lakin siz bunu məcazi mənada demirsiz və Həzrəti İsa (ə)-mı həqiqətən də Allahın oğlu hesab edir və onun cisimləşdirirsiniz. Xahiş edirik bu barədə bir qədər geniş açıqlama verəsiniz.

 

Cavab: Ərəb ədəbiyyatında sar (ثار) zülm və haqqsızlıqla tökülən qana deyilir. Və əgər dualarda

 سلام عليك يا ثار الله و ابن ثاره -yəni, Salam olsun sənə ey o kəs ki, sənin qanının intiqamı Allahladır və salam olsun sənə ey o kəsin oğlu  ki,onun da qanının intiqamı Allahladır.

İmam Hüseyn (ə)-mın Allah yanındaki məqam və mənziləti, habelə onun Allaha nədərəcədə yaxın olması  kimsədən gizli deyil. İmam Hüseyn(ə) Kərbəla torpağında Allahın haqq dini yaşasın deyə  özünün, əzizlərinin və yaxınlarının qanının töküləcəyinə əmin olduğu bir halda döyüş meydanına qədəm qoyur və haqqın sönməkdə olan çirağını yenidən şölələndirir. Deməli, İmam Hüseyn (ə)-mın qanı Allahın dini uğrunda tökülmüş  və elə bu səbəbdən də məcazi olaraq onun Kərbəla torpağında töküldüyü qanını Allahın qanı adlandırırıq. Necə ki, məscidləri də məcazi olaraq Allahın evi adlandırırıq. Bir haldaki Allahın birliyinə iman gətirdiyimiz andan Onun cisim olmadığını və cisimə xas olan xüsusiyyətlərə malik olmadığına inanır və buna etiqad bəsləyirik. Hər hansı bir ibarətdən məcazi mənada istifadə etmək  isə nəzərdə tutulan  şeyin əzəmət və ya əhəmiyyətinə əsla xələl gətirmir. Sarəllah-(Allahın qanı) deməklə də biz İmam Hüseyn (ə) Allah yanındaki yüksək məqam və mənzilətə sahib olduğundan xəbər vermək istəyirik və biz bunu məcazi mənada istifadə edirik. Lakin o ki qaldı məsihilərin Həzrət İsa (ə)-mı Allahın oğlu adlandırmalarına  onlar bunu  məcazi mənada deyil, həqiqi mənada deyir və buna etiqad bəsləyirlər. Bir haldaki  dünyaya gəliş hər bir insana, heyvan və nəbatat aləminə xas olan bir xüsusiyyətdir. Canlı orqanızmdəm meydana gələn növbəti nəsl isə onun dünyaya gətirən varlığın malik olduğu xüsusiyyətlərə malik olur. Bütün bunlar isə Allahın müqəddəs zatına yad olan xüsusiyyətlərdir. Allahın maddi varlıqların malik olduqları xüsusiyyətlərdən uzaq və  münəzzəh olması bütün maddi varlıqların mümkün, Özünün isə mütləq varlıq omasından xəbər verir. Hər bir varlıq Onun müqəddəs zatından asılı olduğu  halda O heç nədən asılı və heç nəyə möhtac deyil. Hər bir varlıq Onun vücudundan meydana gəldiyi bir halda O heçnədən vücuda gəlməmiş və hər şeyə can və görünüş vermişdir. Bütün bunları nəzərə alaraq  məsihi dünyasının Həzrəti Məsih (ə)-mı Allahın oğlu adlandırması   nəinki həqiqi mənada,bəlkə məcazi mənada belə düzgün deyil. Çünki həqiqi mənada istifadə etmək dinin əsasları ilə ziddiyətlik təşkil edir, məcazi mənada istifadə olunsa belə yenədə istər əqli baxımdan olsun ,istərsədə dini, öz əsassızlığını biruzə verir.Belə ki, məcazi mənada istifadə olunduqda adi insan övladının özü kimi birisindən dünyaya gəldiyi təsəvvür olunacaq, bu  isə qeyri mümkündür. Çünki Həzrəti İsa (ə) İlahi möcüzə olaraq atasız  dünyaya gəlsədə diğər uşaqlar kimi  müəyyən müddət ana bətnində qalmış,adi uşaqlar kimi dünyaya gəlmiş və onlar kimi böyüyüb boya-başa çatmışdır. Yəni, onlar kimi nəyisə xoşlamış,nəyəsə nifrət etmişlər və s.

    Onun atasız dünyaya gəlişı,ölüləri diriltməsi, anadan gəlmə korların gözlərini açması,cuzam və bu kimi ağır xəstələrə şəfa verməsidə  onun Allahlığına və Allah oğlu olmasına əsla dəlalət etmir. Çünki  bəşəriyyətin atası olan Həzrəti Adəm (ə) atasız və anasız dünyaya gəlmiş, ondan əvvəl və sonra gələn peyğəmbərlər də Allahın izni ilə xariqüladə  işlər görərək öz peyğəmbərliklərini sübuta yetirmişlər.Lakin nə onlar özləri nə də başqaları onları Allahlıq dərəcəsinə qaldırmamışlar. Həzrəti İsa (ə)-mın da istər həyat tərzi olsun,istər təkallahlıq istiqamətində göstərdiyi fəaliyyətlər onun Allahlıq iddiasında  olmaslndan əsla xəbər vermirdi. O da sair peyğəmbərlər kimi yaşamış və onlar kimi ətrafına sadiq insanlar toplamışdır. İnsanları təkallahlığa dəvət edərək dəfələrlə deyərdi: (Ey insanlar!  Allahın izn və iradəsi olmadan mən nə özümə, nədə başqa birisinə nə bir xeyir verə bilərəm nədə bir ziyan). İncil ayələrini mütaliə etdikdə də biz bir daha bunun şahidi oluruq ki, Həzrəti İsa (ə) insanları daim Allaha tərəf çağırmış və bir dəfədə olsun onları özünə tərəf çağırmamışdır.

Nisa surəsinin 172-ci ayəsində bu haqqda buyurulur:

لَّن يَسْتَنكِفَ الْمَسِيحُ أَن يَكُونَ عَبْداً لِّلّهِ

(İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. )

Və əgər məsihi dünyası belə bir adı Həzrəti İsa (ə)-ma verməkdə məqsədləri məcazi məna deyil,onun məqam və mənzilətinin böyüklüyünü bildirmək istədiklərini deyərlərsə cavabında deməliyik ki, onların belə bir addan istifadə etmələri İncilin öz ayələri ilə ziddiyətlik təşkil edir. Misal olaraq onlardan birinə işarə edirik: Yuhənnanın  İncilində (14-cü fəsl,173-cü səh)  deyilir: Həzrəti İsa (ə) buyurdu: (Mənim atamda olduğuma, atamın da  məndə olduğuna inanmırsınızmı? Mənim sizə dediklərim özümdən deyil. Bu işləri məndə olan ata yerinə yetirir. Məni təsdiq edin ki, mən atadayam,ata da məndə.)

Həmin İncilin 161-ci səhifəsində deyilir:(Mən Allah tərəfindənəm gəlmişəm, mən özüm öz başıma gəlmədim,bəlkə məni O göndərdi.)

Yuhənanın İncilinin 10-cu fəslinin 165-c- fəslində deyilir:(Mən və atam bir varlığıq.....) Bu fəsldə qeyd olunan ibarətlərdən belə məlum olur ki, Həzrəti İsa (ə)-da sair insanlar kimi atadan ayrı olmuş və sair ata və oğullar kimi biri diğərindən fərqli varlıq olmuşlar. O ki qaldı onların bunu Həzrəti İsa (ə)-mın məqam və mənzilətini ucaltmaq üçün demələrinə belə bir tərzi-təfəkkür məsihi dininin öz prinsipləri ilə ziddiyətlik təşkil edir. Belə ki, məsihi dininin əsasını üç əsas prinsip,yəni, ata,müqəddəs ruh və oğul təşkil edir. Onların əqidəsinə görə ata öz müqəddəs ruhunu Həzrəti Məryəmin vücuduna üfürmüş və ondan oğul dünyaya gəlmişdir. Belə bir tərzi-təfəkkürə əsasən vücudu uca və müqəddəs tutulacaq varlıq varsa o da bir nəfər deyil, əslində üç nəfər olmalıdır.Bütün bunlarla yanaşı nəsranlərin Həzrəti İsa (ə)-mı ibnullah –(ابن الله)(Allahın oğlu) və İmam Hüseyn (ə)-mı sarəllah-(ثار الله) (Allahın qanı) məcazi olaraq belə adlandırıldığını və bundan əsas məqsəd onların məqam və mənzilətini uca tutmağa dair irəli sürdüyü iddianın yalan olduğu da məlum  olur. Çünki, əhili-beyt davamçılarının İmam Hüseyn (ə)-ma sarəllah-( ثار الله)  demələri ilə məsihilərin İsa (ə)-ma İbnullah–( ابن الله) demələri arasında böyük fərq vardır  və o fərqdə bundan ibarətdir ki, hər hansı bir kəlməni məcazi mənada istifadə etmək üçün əldə bir və ya bir neçə  qərinə olmalıdır ki, onu özünün həqiqi mənasından götürüb məcazi mənaya dəlalət etdirsin. Qərinə olmadıqda isə hər hansı bir kəlmənin məcazi mənada istifadə olması səhv və yalnış olacaqdır. Əhli-beyt davamçılarının da İmam Hüseyn (ə)-ma belə bir adı vermələrinin və nahəyət qeyd olunan ibarəti məcazi mənada istifadə etmələri üçün müəyyən qərinə vardır. Və bu da İmam Hüseyn (ə)-mın öz qanını İslam yolunda tökməsindən ibarətdir. Lakin məsihi dünyasının Həzrəti İsa (ə)-mı ibnullah–( ابن الله)yəni, Allahın oğlu adlandırmaları üçün heç bir qərinə yoxdur. Müsəlman ümməti Allahın cismaniyyətini qəbul etmədiyi bir halda məsihi dünyası bunu dinlərinin əsas prinsiplərindən biri hesab edir və buna etiqad bəsləyir.

                                 ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment