Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 33

Sual 33:Quranın مُسْتَضْعَف(mustəzəf)-adlandırdığı şəxslər kimlərdir?  Xahiş edirik onların məhşərə necə toplanacaqları və necə cəzalandırılacaqları barədə acıqlama verəsiniz. 

 

Cavab:Verdiyimiz 5-ci cavabda bu barədə açıqlama vermişdik. Lakin deyilənlərə dahada aydınlıq gətirmək üçün Əllamə Məclisinin ,,Həqqul yəqin”adlı kitabında nəql etdiyi mətləbə işarə etmək istəyirəm.Bu barədə ümumilikdə bunu bilmək lazımdır ki, Quran ayələrindən, hədis və rəvayətlərdən, habelə əldə olunan əqli və nəqli dəlillərdən belə məlum olur ki, Allah-Təala mütləq adil bir varlıqdır,O kimsəyə zərrə qədərdə olsun zülm və haqsızlıq etməz.Qiyamət günü uşaqları,ruhi xəstələri, yaxşını pisdən ayıra bilməyən şəxsləri, üzürlü olan və hüccəti üzərlərinə tamamlayan insanlara əzab verməz. Onlar ya cənnətlə cəhənnəm arasında Əraf adlanan yerdə,ya cənnətin aşağı təbəqələrində saxlanılar, yada cənnət  əhlinə xidmət edərlər. Mərhum Koleyni ,,Üsuli-Kafi”-də Zərarənin nəql etdiyi mötəbər rəvayəti işarə edərək deyir: Günlərin biri İmam Cəfər Sadiq(ə)-dan soruşdum:Qiyamət günü yetginlik yaşına çatmamış uşaqların aqibəti necə olacaq? Buyurdu: Bu barədə Allah Peyğəmbərindən soruşduqda buyurdu:Allah onların aqibətini daha yaxşı bilir. Sonra buyurdu: Bu barədə müzakirə etməyin və bunu Allahın elminə həvalə edin.Elə isə biz də bu barədə  hər hansı bir fikir irəli sürməyək və onların aqibətini Allahın ədalət və fəzlinə həvalə edək.O da Öz ədalət və  fəzlinə nəyi məqsədə uyğun bilirsə qoy onu da  etsin. Bunu da bilmək lazımdır ki,onlar cənnət  əhlinə xidmət etsələrdə bundan yorulmaz, əksinə ləzzət  alarlar. Necəki mələklər bu işı görməkdən ləzzət alarlar. Burada bunu da qeyd etmək lazımdır ki, Quranda haqlarında söhbət açılan ,,mustəzəfin”-lər möminlərin  az yaşlarında dünyalarını dəyişən uşaqlarından fərqli bir dəstədir. Onların da valideyinlərini daha çox sevindirmək üçün  axirət dünyasında onlara qovuşmaları və cənnətdə onlarla birlikdə olmaları  mümkün olası bir haldır.Şiə məzhəbinin dörd mötəbər hədis kitabında İmam Cəfər Sadiq(ə)-dan nəql olunan hədislərdən birində deyilir: (Möminlərin az yaşlarında dünyalarının dəyişmiş uşaqlarının üzərlərinə heç bir şəri vəzifə düşməsədə  Allah-Təala axirət günü valideyinlərinin gözünə işıq gəlsin və onların sevinc və fərəhinə səbəb olsun deyə onları valideyinlərinə qovuşdurar.)

                                 ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 7: Şeytan bir zamanlar təkallahçı olduğu bir hada bu ayə ona necə şamil ola ...
SUAL-1.Azərbaycan Respublikasında krosnı antenalarından istifadə etmək və orada ...
Sual 9: İmam Hüseyn (ə)-mın qatilləri Muxtar tərəfindən bir-bir tutularaq edam ...
Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2

 
user comment