Azəri
Friday 27th of December 2024
0
نفر 0

«Dedilər sizi Xocalıdan betər edəcəyik»

Lənkaranda baş verən olayın şok təfərruatları açıqlandı: bir nəfər zirehli texnikanın altında qalıb.
Nərimanabad-2 kəndinə qoşun yeridilib, hərbçilər sakinləri rezin güllələr, göyzyaşardıcı qaz və dəyənəklə dağıdıb.

«Dedilər sizi Xocalıdan betər edəcəyik»

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dekabrın 15-də axşam saatlarında Lənkəran rayonunun Nərimanabad-2 kəndində sərhədçilərlə sakinlər arasında insident baş verib. Yüzərlə insan etiraz aksiyası keçirib.

Sərhədçilər yerli sakinləri balıq ovuna buraxmadıqları üçün tərəflər arasında qarşıdurma yaranıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bir qrup sakin dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovlayıb. Bu zaman onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb: «Həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər.

Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Amma onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər».

Nazirliyin məlumatında bu da deyilir ki, ictimai qaydanı pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılsa da, 6-sı saxlanıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Nərimanabad sakinləri «Azadlıq» Radiosuna bildiriblər ki, onlar 9 həmkəndlilərinin buraxılması üçün sərhəd zastavasının qarşısına yığışıblar. Az sonra kəndə Daxili Qoşunların əsgərləri və hərbi texnika yeridilib. Kənd sakinləri gecə atılan rezin güllələrin qalıqlarını da nümayiş etdiriblər. Yaralananlar olsa da onların sayı məlum deyil. Kənd sakinlərinin dediklərinə görə Rahil Vəliyev adlı sakinin vəziyyəti daha ağırdır. Üstündən PDM keçib. İndi o, Lənkəranda «Böyük Xəstəxana» kimi tanınan müalicə müəssisəsinə yerləşdirilib.

Hadisə zamanı yaralanan Ramiz Xankişiyevin qardaşı İsrail Xarkişiyev bildirib ki, onu öz həyətində vurublar. «Ona atılan güllə də əlimdədir. Gecənin bir yarısı öz xalqına belə basqın olar? Belə deyirdilər ki, sizi Xocalıdan betər edəcəyik. Bu, prezidentə qarşı təxribatdır. Camaatı veriblər gülləbarana. Elə adam var evinin içində yaralayıblar. Gözyaşardıcı qazdan istifadə ediblər. 70 yaşında ananın ürəyi getdi».

İsrail Xankişiyev deyib ki, Nərimanabad sakinlərinin yeganə dolanışıq yeri dənizdir. Amma onlara da balıq ovlamağa imkan vermirlər. Dünən dənizə çıxan balıqçıları da buna görə saxlayıblar:

«Balıqçılar dənizə çörəkpulu qazanmaq üçün gedirlər. Dənizçilərin qayıqlarını tutub batırıblar, sındırıblar. Dünəndən əsir-yesir olmuşuq. 9 nəfər tutublar. Camaat da xahiş elədi ki, uşaqları buraxın. Bir də gördük ki, Daxili Qoşunlar kəndə daxil oldu».

İsrail Xankişiyev deyir ki, saxlananlar arasında eləsi var yeməkxanadan çıxıb evinə gedirmiş: «Elə adam var yolda tutublar. Eləsi də var yeməkxanadan çıxanda, içkili halda tutublar. Ağlı başında olmayan adamı aparıblar ki, guya dövlət əleyhinə çıxıb...».

Nərimanabad sakini Tamilla Ağayeva həyəcandan çox danışa bilmir:

«Balalarımızı öldürürlər. Dünən bizim kəndimizi gülləbaran etdilər. 20 yanvar 15 dekabrla əvəz olunub».

Dilarə Eyvazova isə bunları deyib: «Qəhrəman anayam, 20 uşağım var. Sabah müharibə olsa, birinci mənim uşaqlarım gedəcək. Bizim uşaqlarımızı tuturlar. Əlimizdə avtomatdan tökülən güllələr var. Uşaqlarımızı dəryada toka verib tutdular. 71 yaşım var, müharibədə belə şey görmədim. Uşaqlarımız xəstəxanadadırlar. Heydər baba sağ olsaydı, bizə zülm etməzdilər».

Kənd sakinləri deyirlər ki, həbs olunanlar buraxılmasalar, Bakıya gələcəklər. Yaralananlardan yalnız 1 nəfər Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu da Nərimanabad sakini Rahil Vəliyevdir. O, «Azadlıq» Radiosunun müxbirinə deyib ki, hadisə zamanı zirehli texnikanın altında qalıb. Nəticədə sınıqları var.

Xəstəxanadan da bildiriblər ki, R.Vəliyevin qolunda və ayağında 2 yerdən sınığı var.

Prokurorluqda izahat verən balıqçı Fədail Orucov isə bildirib ki, hüquq-mühafizə orqanları balıqçıların 3 qayığını müsadirə edib. Bir qayıq isə hadisə zamanı batıb. Hərbi gəmi qəfildən qayığın üstünə hücuma keçibmiş. Nəticədə qayıq batıb. Qayıqdakılar isə canlarını birtəhər qurtarıblar.

Hazırda Nərimanabad polis maşınları ilə əhatə olunub, polis kəndə nəzarət edir. Kənd sakinləri deyirlər ki, tutulan 6 nəfər buraxılmasa, Bakıda etiraz aksiyası keçirəcəklər. Onlar prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevadan yardım istəyirlər.

Masallıda nəşr olunan «Cənub xəbərləri» qəzetinin redaktoru Zahir Əmənov isə Nərimanabadda balıqçılara qoyulan məhdudiyyətlərdən danışıb:

«Hansı quruluş olur-olsun, burda dolanışıq mənbəyi balıqçılıqdır. Balıq yoxdursa, bu onları diri-diri məhv etməkdir. Biz də vaxtaşırı yazırıq. Onları dənizdən uzaqlaşdırmaq üçün min cür məhdudiyyət fikirləşirlər. Gah deyirlər ki, 2 km uzağa çıxmaq olmaz, balıq da o məsafədən uzaqda olur, gah da min cür kvotalar qoyulur. Nəzarətçilərin də öz haqqı var. Onlara pul verəndə, balıqçılara heç nə qalmır. Camaatın qayığını aşırırlar, adını da qəza qoyurlar. Belə şayiələr də gəzir ki, narkotik alverçilərinə görə onları dənizə buraxmırlar». Z.Əmənovun fikrincə, görünür, son hadisələr camaatın səbir kasasını daşırıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağamirzə Ağayev APA-ya saxlanılan qəsəbə sakinlərindən Qabil Nadir oğlu Əliyevin sərbəst buraxıldığını, qalan beş nəfərin də yaxın saatlarda buraxılmasının gözlənildiyini deyib.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudi işğalçı ünsürlər də sələfilər kimi azyaşlı uşağı ...
Qurani-Kərimin alman dilində tərcümə və təfsiri
Fransız senatorlar İslam əleyhinə nümayişlərin qarşısının alınmasını ...
Nigeriyada Zariya Şiə Soyqırmına etiraz əlaməti olaraq Şəhidlərin 40-da Şeyx ...
Burundi müsəlmanları İslam Peyğəmbəri (s)-nin mövludu münasibətilə bayram ...
Mosul əməliyyatına qatılan '' Əbu Əzrail '' işid qəsbkarlarına Belə meydan oxudu
Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi
Ərəbistanda şiələrin hüquqlarının pozulması və onlara qarşı diqqətsizlik, ...
Qətərdə “100 Quran xətmi” layihəsinin icrasına başlanılır
Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr

 
user comment