Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 44:Quran Peyğəmbər (s)-ma birdəfəyə nazil olmuşdur yoxsa tədriclə? Xahiş edirik bu barədə açıqlama verəsiniz.

 

 

Cavab:

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ

 (İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.)(Bəqərə/185).

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ إِنَّا كُنَّا مُنذِرِينَ                                   

(Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vasitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! )(Duxan/3)

Qeyd olunan ayələrin zahiri mənalarından belə məlum olur ki,Quran Peyğəmbər (s)-ma mübarək Ramazan ayında birdəfəyə nazil olmuşdur.Lakin

وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً

(İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik.).(İsra/106).-ayəsimim zahiri mənasından belə bir qənaətə gəlmək olur ki, Qurani-Kərim Peyğəmbər (s)-ma birdəfəyə deyil, tədrici olaraq nazil olmuşdur. Bu məzmunda nəql olunan rəvayətlərdə də Quranın Peyğəmbər (s)-ma be’sət dövründə, yəni 23 illik peyğəmbərlik dövründə nazil olduğu göstərilir.  Yuxarda qeyd olunan ayələrin zahiri mənalarında ziddiyət nəzərə çarpdığı üçün təfsir alimləri bu barədə müxtəlif fikirlər irəli sürmüşlər ki, onlardan daha doğrusu İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəvayətdə öz əksini tapır. Mərhum Koleynin ,,Üsuli-kafi”-adlı kitabında  Həfəs ibn Ğəyyasdan və onun da İmam Cəfər Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyilir: Ravi deyir: İmam Cəfər Sadiq (ə)-dan

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.)(Bəqərə/185).-ayəsi barədə soruşdum. İmam Cəfər Sadiq (ə) buyurdu: Qurani-Kərim Ramazan ayında beytul-mə’mura birdəfəyə sonra isə iyirmi üç il müddətində tədrici olaraq Peyğəmbər (s)-ma nazil olmuşdur. İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəayətdən də belə məlum olur ki, Quran  Həzrəti Məhəmməd (s)-ma peyğəmbərlik verilməzdən əvvəl  beytul-mə’mura birdəfəyə nazil olmuş, peyğəmbərlik verildikdən sonra zaman və məkanın tələblərinə uyğun olaraq iyirmi üç il müddətində Həzrəti Cəbrailini vasitəsilə tədrici olaraq ona nazil olmuşdur. Tədqiqatçılardan biri  belə bir fikirdədir ki, Beytul-mə’mura birdəfəyə nazil olan Quran hal-hazırda əlimizdəki Quran olmamış, bəlkə bəşər düşüncəsindən üstün olan Quranın həqiqəti olmuşdur. Allah-Təala da onu Peyğəmbər (s)-mın qəlbinə birdəfəyə, sonra isə tədrici olaraq kəlmə-kəlmə nazil etmişdir. Peyğəmbər (s)-da zaman və məkanın tələblərini nəzərə alaraq ayə və surələri camaata çatdırmış və onları İlahı göstərişlərdən agah etmişdir. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər Əllamə Təbatəbainin,,Təfsirul mizan” adlı  təfsir kitabına müraciət edə bilərlər.

                                    ************

 

 

 

                                  وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ

 

(Peyğəmbərləri haqqsız yerə öldürdürürlər.) (Ali-İmran/181).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün

 
user comment