Sual 55:Yaşadığımız hal-hazırki dövrdə qul alqı-catqısı mümkündürmü? Yəni bir nəfər şəxs Afrika çöllərindən əsir götürdüyü qara dərəli zənciləri öz ölkəsində qul kimi alıb və ya sata bilərmi? Bildiyimiz kimi Ramazn ayının orucunu bilərəkdən pozulmasına təyin olunan kəffarələrdən biridə bir qul azad etməkdir. Lakin İslamın dininin göstərişləri əbədi olmasına baxmayaraq yaşadığımız zəmanədə belə bir kəffarədən demək olar ki əsla istifadə olumur.
Cavab:Bəli,bu iş mümkündür. Kafir bir bir şəxs hər hansı bir müsəlmanın himayəsi altında olmadığı təqdirdə müsəlman tərəfindən əsir götürülüb onun köləsinə çevrilə bilər.
Amma o ki qaldı kəffarə olaraq qulun azad olunmasına uzun illər buna əməl olunmadığından hal-hazırda kimsə köləlikdən azadlığa buraxılmır və bu iş başqa bir əməl ilə əvəz olumur. Bunun üçündə Ramazan ayının orucunun bilərəkdən pozulmasına dair təyin olunan kəffarədə hansının secilməsində hər hansı bir fərq yoxdur.
İslamda quldarlığın hikmət və fəlsəfəsi.
Tarix boyu İslam düşmənlərinin bu müqəddəs dinə qarşı apardığı əks təbliğatlardan və tutuduqları iradlardan biridə məhz quldarlıq olmuşdur. Bir haldaki bu məsələ tarix boyu bütün dövrlərdə demək olar ki, bütün millətlər arasında geniş yayılmış və ağa ilə kölə arasında nəzərə çarpacaq dərəcədə fərqlər olmuşdur. Avropa cəmiyyətinə nəzər saldıqda tərəflər arasında mövcud olan münasibətlərin son dərəcədə ağır və dözülməz olduğunu şahidi olarıq. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər orta əsirlərin tarix kitablarına müraciət edə bilərlər. Müqəddəs İslam dini zühur etməklə cəmiyyətdə mövcud olan belə bir adət-ənənəyə kafir müsəlmanın himayəsi altında olmadığı təqdirdə digər müsəlmanlar tərəfindən əsir götürülməsinə müsbət münasibət bəsləyir. Əslində müsəlman hər hansı bir kafiri qul olaraq əsir götürməklə tək ona deyil, bəlkə bütün bəşəriyyətə böyük xidmət göstərmiş olur. Çünki kafir müsəlanın köləsi olduqda İslam dini ilə yaxından tanış olur bununlada həqiqəti dərk etməyə imkan yaranır. Belə ki tarixə nəzər saldıqda məhz əsir götürülmüş qulların ağalarının onlara göstərdikləri diqqət və qayğı nəticəsəndə ilk mərhələdə İslamı qəbul etdiklərinin sonradan dahada yüksələrək mühüm dövlət işlərində fəaliyyət göstərdiklərinin şahidi oluruq.
Bütün bunlarla yanaşı hər zaman bərabərlik və ədalət şüarını verən müqəddəs İslam dini əsir götürülmüş qulların hüquqlarının qorunmasına xüsusi diqqət yetirmiş və cəmiyyətin islah olunması üçün onların azadlığa buraxılmalarını tövsiyə etmişdir.
************