Azəri
Friday 19th of July 2024
0
نفر 0

HARAM [MÜQƏDDƏS] AYLARDA MÜHARİBƏNİN HARAM OLDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ

 

«[Ya Məhəmməd!] Haram olan ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: O ayda vuruşmaq böyük günahdır...» (Bəqərə-217).

Əbu Cəfər Nəhas deyir: Əta istisna olmaqla, əhli-sünnə alimlərinin bir çoxu belə bir fikirdədirlər ki, ayə nəsx olunmuş və haram aylarda müşriklərlə müharibə etmək halal və mubahdır (yəni icazə verilir). Ətanın fikrincə ayə nəsx olunmamışdır və möhkəm ayələr icrasına daxildir. Və haram aylarda müşriklərlə müharibə etmək ayənin verdiyi hökmə əsasən haram və yol verilməzdir.

Amma şiə alimlərinin fikrincə ayə nəsx olunmamış və nəql olunmuş rəvayətlərə, verilən fitvalara əsasən ayənin verdiyi hökm qüvvədə qalmaqdadır. Belə ki, «Təfsir tibyan» və «Cəvahirul kəlam» kitablarında bu nəzəriyyə haqda ətraflı məlumatlar verilmişdir.

Müəllif:

Bizim fikrimizcə haqq şiə alimləri tərəfindədir və ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyələr bir neçə səbəbdən zəif və əsassızdır.

1. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Nəhas dediyi kimi bu ayəyə (Müşrikləri harada görsəniz öldürün.)  istinad etsəydilər təəccüb doğurar və bir o qədər inandırıcı olmazdı. Çünki, ayə müşriklərlə müharibənin haram ayları başa çatdıqdan sonra elan olunduğunu qətiyyətlə bəyan edir. Həmən ayədə bu haqda buyurulur:

«Haram aylar [onlara möhlət verilmiş, Zilhiccə, Məhərrəm, Səfər və Rəbiuləvvəl ayları] çıxınca müşrikləri harda görsəniz öldürün.» (Tövbə-5).

Belə bir qəti hökm verildiyi bir halda haram aylarda müşriklərə qarşı müharibə etməyi və ayənin nəsx olunduğunu qəbul etmək nə dərəcədə düzgün olardı?!

2. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Səyf ayəsinin nəzərdə tutulduğuna istinad edirlərsə («Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun.)  , bilmədikləri ayə «mütləq» xarakter daşıyır və məlum olduğu kimi «mütləq» xarakteri daşıyan ayələr məzmun baxımından qeyri-müəyyən və qeydli ayələri nəsx etmir. Xüsusilə elə bir şəraitdə ki, qeydli ayələrdə verilən hökmlər zaman baxımından mütləq ayələrdən bir qədər sonra verilmiş olsun.

3. Və əgər İbni Abbasdan və Qətadən nəql olunan hədisə istinad edərək bu ayənin Səyf ayəsi ilə nəsx olunduğunu iddia edərlərsə bilmədidirlər ki, əldə etdikləri nəticə bir neçə səbəb üzündən batil və əsassızdır.

1. Nəsx vahid xəbərlə sabit olunmur (sübuta yetirilməyir);

2. Rəvayət, məsum tərəfindən nəql olunmuşdur və bəlkə də İbni Abbasın və Qətadənin şəxsi ictihadları olmuş və əməli olaraq həyata keçirilmişdir;

3. Bu rəvayət İbrahim ibni Şərikdən nəql olunmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir. O deyir: «Əhməd ibni Abdulla ibni Yusif, Əbi Əzhərdən, o da Cabirdən Peyğəmbərdən (s) bu hədisi nəql edir. «Haram aylar düşmən müharibəyə başlamayınca onlarla vuruşmamalıyıq.»

4. Əgər Peyğəmbərin (s) haram aylarda (Şəvval, Ziqədə və Zilhiccə) Hunəyndə, Bəni-həvazən və Taifdə Bəni-səqiflə müharibə etməsinə istinad edərlərsə bilməlidirlər ki, onların istinad etdikləri bu dəlil bəzi səbəblər üzündən əsassızdır.

1. Quranın nəsxi vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sabit olunmayır;

2. Müharibənin hansı şəraitdə baş verdiyi bizlərə bir qədər məlum deyildir. Bəlkə də Peyğəmbər (s) zərurət üzündən verilən ümumi hökmdən istifadə edərək müsəlmanlara cihad hökmünü vermişdir. Və belə bir halda rəvayətin, ayəni nəsx edəcəyinə heç də istinad etmək olmaz.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment