Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 59: Nə üçün haramzadələr (qanunsuz dünyay gələn şəxslər) irs aparmaq hüququndan məhrum olurlar.

 

 

Cavab: Haramzadələrə xas olan xüsusiyyətlərdən biridə onların başqalarından irs apara bilməmələridir.Bu kimi şəxslər irs apara bilmədikləri kimi özləri dünyalarını dəyişdirdikdə də başqalarına irs qoymaq hüququna malik olmurlar. Onlardan miras olaraq qalan var-dövlət qanunni yolla dünyay gəlmədikləri üçün  ya imam (şəriət hakiminin) ya da onun naibinin (nümayəndəsinin) ixtiyarına keçir, bölgü də onların öhdəsinə düşür..  Bütün bunlarla yanaşı haramzadələrin  nütfəsi haram yolla bağlandığı üçün  heç bir hörmət və ehtirama malik olmazlar. Lakin məsum imamlardan nəql olunan rəvayətlərdən belə məlum olur ki, irs və haqq baxımından deyil, əxlaqi baxımından  haramzadələrə nələrisə vəsiyyət etmək müstəhəb əməllərdəndir.  Üsuli-kafidə bu məzmunda nəql olunan rəvayətlərdən birində deyilir:  Günlərin biri ənsardan olan bir şəxs İmam Məhəmməd Baqir (ə)-mın yanına gələrək deyir. Kölələrimdən birini cariyələrimdən biri ilə zina etdiyindən xəbərim var. Qadın köləmlə yaxınlıq etmiş və ondan hamilə olmuşdur. Dünyay gələcək uşağın hökmü nədir?   İmam Məhəmməd Baqir (ə) buyurur: Səbr et uşaq dünyaya gəlsin , dünyay gəldikdən sonra onun üçün öz malindan müəyyən qədər pul və məişət ləvazimatı ayır və nəqədər ki maaddi rifahı yaxşılaşmayıb onu hərtərəfli təmin et. Dünyanı dəyişdiyin zaman da öz malından onun üçün müəyyən qədər ayırmalarını vəsiyyət et.

    Digər tərəfdən isə əgər haramzadələr irs aparmalı olsaydılar zinakarlıq  və zinakarlığa dair verilən şəhadətlər dahada artardı. Və bütün bunlarla yanaşı kimlərsə haramzadələrin halalzadə olmalarına dair yalan şəhadət verər və bu yolla var-dövlət əldə etmiş olardılar. 

                                    ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün

 
user comment