: Sual 63Quran öz ayələrindən birində müşrik iddiaçıları mübarizə meyd anına çağıraraq onlardan heç olmasa oxşar bir ayə gətirmələrini tələb edir. Lakin bəzi ifratçı şəxslər bir vaxtlar Quranda ,,vilayət”-(imamət və rəhbərlik) surəsinin olduğunu sonralar isə oradan çıxarıldığını iddia edirlər. Doğurdanmı Quranda belə bir ayə mövcud olmuşdur?
Cavab:Şübhəsiz ki,bütün bunlar saxtakar insanların əsassız uydurmalarından savayı bir şey deyildir. Onlar öz əsassız idialarına etibar qazandırmaq üçün həmin surənin hətta 25 ayədən ibarət olduğunu qeyd etmişlər.
Lakin irəli sürülən iddianın əsassız olduğunu sübuta yetirəcək bir neçə başqa dəlil də vardır ki, onlara nəzər salsaq daha məqsədə uyğun olar.
1-Quran özü öz toxunulmamazlığı barədə verdiyi bəyanatlardan birində buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
(Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” )(Hicr/9).
Deməli, Allahın izn və iradəsi olmadan nə bir ayə azaldıla bilər nədəki çoxaldıla.
2-İrəli sürülən iddia ,,Dəbbestane məzahib”-adlı kitabdan savayı heç bir şiə mənbəsində öz əksini tapmamışdır.
3-Quranın üslub və ədəbiyyatı ilə yaxından tanış olan şəxslər bu saxta yazıları oxuyarkən dərhal onun İlahi kəlam olmadığın başa düşürlər. Çünki, onun Quran ayələri ilə nəinki heç bir oxşarlığı yoxdur , bəlkə özünəməxsus qeyri ədəbi üslubu ilə də oxucuda yorğunluq yaradır.
4-Bu ayələr özünün qeyri ədəbi üslubu ilə yanaşı ərəb dilinin sintaksis və morfoloji qanunları ilə tanış olan şəxslərin diqqətini cəlb edir. Adi kəlmə yığımından ibarət olan cümlələr heç bir məna ifadə etməməklə yanaşı hər hansı bir fikiri də tamamlamır. Misal olaraq onlardan birinə nəzər salaq(-vəstəfa minəl məlaikə və cəələ minəl mumininə ulaikə fi xəlqih واصطفى من الملائكة و جعل من المؤمنين اؤلئك في خلقه). İndisə ifadə etdiyi mənaya nəzər salaq(mələklərdən birini seçdi,möminlərdən birini qərar verdi,yaradılışda onlardır). Göründüyü kimi cümlə natamam olmaqla yanaşı heç bir məna da ifadə etmir. Əvvəldə mələklərdən söhbət açılır , sonra heç bir əlaqəsi olmadan nədənsə möminlərə işarə olunur ən axırda isə yaradılmışlar onlardır deyilərək ümumiyyətlə kimlərin nəzərdə tutulduğu bəlli olmadan cümlə tamamlanır.Orada bu kimi qeyri ədəbi cəfəngiyatlara çox rast gəlmək olur , lakin biz onlardan biri ilə kifayətlənirik.
Mərhum Aştiyani ,,Risail”-adlı kitabınınn haşiyəsində buyurur: Bütün bunlar uydurmadan savayı bir şey deyildir və ərəb dili ilə tanış olan hər bir şəxs onları oxşarını yazıb ortaya çıxara bilər. Mən tam əminliklə deyə bilərəm ki , ərəb dili ilə tanış olan və ərəb dilinin qramatikasına bələd olan hər bir alim bunların Quranın üslub və ədəbiyyatı ilə heç bir oxşarlığı olmadığını və istər fəsahət və bəlağət baxımından olsun , istərsədə qramatik qanunlar baxımından olduqca aşağı səviyyədə olduğunu etiraf edərlər.
************