Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual 66: Ruhun bədənlə neçə növ əlaqəsi vardır? Və hər mərhələdə o bədənlə olan əlaqələrini necə kəsir?

 

 

Cavab:Ruhun bədənlə olan  əlaqələrindən biri də tərbiyə xarakterli əlaqədir. Yəni , Allah-Təala ruhu bədən üçün bir növ tərbiyəçi və onu kamala çatması üçün  vasitə qərar vermişdir. Deməli, ruhun bədən üzərində ifa etdiyi rol iki hissədən ibarətdir. Onlardan birincisi tənəffüs , həzm kimi qeyri ixtiyari , ikincisi isə idrak və hiss orqanları kimi ixtiyari yiyələnmədir. İnsan yuxuda olarkər onun ruhu birinci və ikinci hissəyə aid olur vəfat etdikdə isə hər iki yiyələnmə  öz qüvvəsini itirərək aradan gedir.

    Bütün bunlarla yanaşı ruh Allahın izn və iradəsi ilə bədən üzvlərinin hər birini və insanın malik olduğu hər bir qüvvəni kamilləşdirərək Ona yaxınlaşdırır.

     Ruhun bədənlə olan əlaqələrindən biri də bədən üzvlərini idarə etməsidir. Bunun nəticəsində insan öz nəsliniini artıra və idrak qüvvəsi ilə qarşısına çıxan məsələləri araşdıra və təhlil edə iblir . Deməli , insanın idrak qüvvəsi Allahın izn və iradəsi ilə ruhun nəzarəti altında qalır. Belə ki , insanın əlini tikan və ya iynə batdıqda dərhal onu çıxarmağa can atır. Ruhun qəribəliklərindən biridə bədən üzvlərindən birinin hər hansı bir işi icra etməyə sövq və ya vadar etməsi, digər üzvlərə  mane olmamasıdır. Bildiyimiz kimi insan orqanizmi ayrı-ayrılıqda eyni anda  yüzlərlə funksiya yerinə yetirir və onlardan heç biri başqa birisinə əsla mane olmur. Onların hamısını idarə edən isə qeyd etdiyimiz kimi ruhun özüdür . Məsələn , eyni anda biz yol gedirik , gözümüzlə ətrafa nəzər salırıq , ətrafdan qalxan qoxunu iyləyirik və s.

    Və nəhayət ruhla bədən arasında olan əlaqələrdən biridə ruhun bədənə hakim olmasıdır. Bu mənada ki , ruh bütün bədən üzvlərinə nəzarət  edir və onun təsiri olmadan heç bir bədən üzvü üzərinə düşən işi icra edə bilmir. Lakin bəzi hallarda bədən üzvlərindən bəziləri xəstəlik üzündən ruhun nəzarəti altından çıxaraq öz işini dayandırır.İnsan vəfat etdikdə isə bədən bütünlüklə ruhun nəzarəti altından çıxır.

                                      ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün

 
user comment